Nazir müavini
Bakı şəhərində anadan olmuşdur.Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almışdır.Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili almışdır.Şotlandiyanın Edinburq Universitetində təhsil almış və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi almışdır.ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışmışdır.“Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləmişdir.“Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer vəzifəsində çalışmışdır.ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləmişdir.Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunmuşdur.Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışmışdır.Bakı Mühəndislik Universitetində işləmişdir.“Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışmışdır.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.