Nazir müavini
anadan olmuşdur.Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi almışdır.Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi almışdır.İqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır."Azərpoçt" MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır.“Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində çalışmışdır.Təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirmişdir. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdir.
Rus və ingilis dillərini bilir. Ailəlidir.