date icon
09.09.2022 / 15:42

Bakıda Azərbaycan, İran və Rusiya arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib

9 sentyabrda Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib.

 

Görüşdə həmçinin Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

 

Görüş zamanı Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.

 

Tərəflər Azərbaycan, İran və Rusiyanın yüksək intermodal tranzit potensialından tam həcmdə istifadəsi və bu xüsusda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

 

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 2000-ci ildə Sankt-Peterburqda imzalanmış Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Hökumətlərarası Sazişlə yaradılıb.

 

Görüşün yekunu olaraq tərəflər arasında Bakı Bəyannaməsi imzalanıb.

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R