date icon
12.06.2021 / 20:09

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

12 iyun 2021-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
 
Seçkidə vətəndaş cəmiyyəti institutlarının seçki gününə 10 gün qalanadək qeydiyyatdan keçmiş 102 təmsilçisindən 85-i seçici qismində iştirak edib.
 
Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 85 seçki bülletenindən 2-si etibarsız sayılıb.
 
Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış adları aşağıda qeyd olunan şəxslər İctimai Şuranın tərkibinə seçiliblər. 
 
Məhərrəmova Elnarə Aşır qızı – “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri
 
Nəbiyev Qalib Təsim oğlu – “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri
 
Bu seçkilər nəticəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın tərkibi tam formalaşmadığı üçün 16 iyun 2021-ci il tarixində nazirliyin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 77 ünvanında yerləşən inzibati binasında  seçkilərin II turu keçiriləcək. 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R