“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair
Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında informasiya
cəmiyyətinin inkişafına dair 2014 -2020-ci illər üçün Milli
Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamının
3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair
Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün
Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə
edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 sentyabr 2016-cı il.-0—ZƏ İM
Azərbaycan Respublikası
Prezidentinin
2016-cı il 20 sentyabr tarixli
Sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair
Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün
Dövlət Proqramı
1. GİRİŞ
Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl və məqsədyönlü
siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında mühüm
irəliləyiş əldə edilmişdir. Aparıcı beynəlxalq qurumların
hesablamalarına əsasən, respublikamızın iqtisadiyyatı hazırda rəqabət
qabiliyyətinə görə dünya ölkələri arasında 40-cı yerədək yüksəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası” ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı
inkişafın təmin olunması üçün biliklərə əsaslanan rəqabətədavamlı
iqtisadiyyatın qurulmasının zəruriliyini müəyyən etmişdir. Bu məqsədə
nail olmaq üçün qarşıda duran əsas vəzifələrdən biri müasir dəyərlərə
və prinsiplərə əsaslanan informasiya cəmiyyətinin inkişaf
etdirilməsidir.
Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı,
informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra - İKT)
sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə
çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin
tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17
fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012)”nın və onun icrası
ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi
nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda,
biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə
səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji
yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil
texnologiyalarla çıxış imkanları yaradılmışdır. Bunun sayəsində
əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet
istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə edilən
kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G və
4G xidmətləri tətbiq olunmuşdur. İlk telekommunikasiya peyki
“Azerspace-1” və yer səthinin müşahidə peyki “Azersky” orbitə
çıxarılmış və bununla da Azərbaycan kosmik ölkələr sırasına
qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilmiş,
“elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş və
cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilmişdir.
Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində
görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilmişdir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının
“İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf
dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya
İqtisadi Forumunun “Qlobal informasiya texnologiyalan-2016” hesabatında
Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə
139 ölkə arasında 53-cü yerə layiq görülmüşdür.
Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam
etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət
idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir
vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin
daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair
2014-2020-ci illər üçün Milli Strategiya” (bundan sonra - Milli
Strategiya) təsdiq edilmişdir.
Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli
Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət
Proqramı” (bundan sonra - Dövlət Proqramı) hazırlanmışdır. Dövlət
Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si
üzrə konkret tədbirlər nəzərdə tutulmuşdur. Milli Strategiyanın
“elektron hökumət”in inkişafı” istiqamətinin yerinə yetirilməsi üzrə
tədbirlər digər dövlət proqramı çərçivəsində həyata keçiriləcəkdir.
Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, texnoloji
yeniliklər və inkişaf meyilləri nəzərə alınmış, vətəndaş, cəmiyyət,
dövlət prioritetləri və onların informasiya cəmiyyətinin imkanlarından
səmərəli istifadəsi əsas götürülmüşdür. Dövlət Proqramı ilə müəyyən
edilmiş tədbirlərin həyata keçirilməsinə özəl sektorun və qeyri-hökumət
təşkilatlarının fəal cəlb olunması, vətəndaş və ictimai təşəbbüslərin
irəli sürülməsi və onların reallaşdırılmasında birgə fəaliyyətə şərait
yaradılması planlaşdırılır.
2. Dövlət Proqramının məqsəd və vəzifələri
2.1. Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya
cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və
vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin
edilməsidir.
2.2. Dövlət Proqramının məqsədinə nail olunması üçün aşağıdakı
vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
2.2.1. İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla
inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi
və onlara çıxış imkanlarının təmin olunması;
2.2.2. ölkənin tranzit informasiya dəhlizi imkanlarının
genişləndirilməsi, beynəlxalq internet magistrallarına alternativ və
yüksəksürətli birləşmələrin təmin edilməsi;
2.2.3. rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar
sektorunun inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji
məhsulların istehsalı və onların dünya bazarına çıxışına şərait
yaradılması, yerli və xarici investisiyaların stimullaşdırılması,
qabaqcıl təcrübənin və yeni texnologiyaların idxalı və texnoloji
transferin təmin olunması;
2.2.4. yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın
gücləndirilməsi, nüvə, nano və kosmik texnologiyaların,
biotexnologiyaların inkişafı üzrə elmi tədqiqatların genişləndirilməsi,
informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və
texnologiyaların yaradılması və yayılması;
2.2.5. informasiya cəmiyyəti şəraitində normativ hüquqi tənzimləmə
sisteminin təkmilləşdirilməsi, vətəndaşların informasiya əldə etmək
hüququnun səmərəli təmin edilməsi və qorunması;
2.2.6. yüksək texnologiyalar sahəsinin tələblərinə cavab verən elmi və
ixtisaslı kadrların hazırlanması, alim və mütəxəssislərin elmi
fəaliyyətinin, gənclərin yeni təşəbbüslərinin və “start-up”
layihələrinin dəstəklənməsi;
2.2.7. ölkədə işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması,
rəqabətədavamlı kadr potensialının formalaşdırılması məqsədi ilə peşə
təhsili sistemində multimedia texnologiyalarının, distant təhsil və
digər müasir tədris formalarının tətbiqinin genişləndirilməsi;
2.2.8. cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının
genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni
texnologiyalara inamın artırılması;
2.2.9. informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi
hazırlığın və maarifləndirmənin yüksəldilməsi;
2.2.10.milli kontentin zənginləşdirilməsi, müasir texnologiyaların
tətbiqi ilə ölkənin milli-mədəni irsinin qorunub saxlanılması və
əhalinin ondan istifadəsinin genişləndirilməsi;
2.2.11.informasiya cəmiyyəti quruculuğunda dövlət-sahibkar-vətəndaş
tərəfdaşlığının gücləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlığın
ikitərəfli və çoxtərəfli müstəvidə genişləndirilməsi.
3. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı
3.0. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin
aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
3.0. 1. müəssisə və təşkilatların vəsaitləri;
3.0. 2. kreditlər və qrantlar;
3.0. 3. qanunvericiliyə zidd olmayan digər mənbələr.
4. Gözlənilən nəticələr
4.0. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
4.0. 1. ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu
inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT
xidmətlərinə artan tələbatı təmin olunacaq;
4.0. 2. sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən
istifadə
genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı və sosial
cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin
imkanlarından
bəhrələnməsinə əlverişli şərait yaradılacaq;
4.0. 3. əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri
arasında “rəqəmli fərqlilik” azaldılacaq;
4.0. 4.informasiya cəmiyyəti şəraitində vətəndaşların informasiya əldə
etmək hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılacaq;
4.0. 5.ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq,
tranzit
informasiya xidmətləri genişləndiriləcək;
4.0. 6. ümumi daxili məhsulda İKT-nin, poçt və informasiya sektorunun
payı artırılacaq;
4.0. 7. İKT sahəsinin sürətli inkişafında xarici və yerli
investisiyaların, o
cümlədən vençur maliyyələşmənin payı artırılacaq;
4.0. 8. yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında
əlaqə
möhkəmləndiriləcək, kosmik, nano və nüvə texnologiyaları,
biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə
elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək;
4.0. 9. yüksək texnologiyalar, o cümlədən İKT sektorunda
rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial
gücləndiriləcək, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması
və dünya bazarına çıxış imkanları genişləndiriləcək;
4.0. 10. yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə və
elmi
kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq;
4.0. 11. təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə
genişləndiriləcək;
4.0. 12. vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması
səviyyəsi
artırılacaq;
4.0. 13. distant təhsil, elektron elm, elektron ticarət, telesəhiyyə və
digər
müasir fəaliyyət formalarının tətbiqi genişləndiriləcək;
4.0. 14. ölkənin informasiya məkanının təhlükəsizliyi qorunacaq,
əhalinin,
özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində hazırlıq və
məlumatlılıq səviyyəsi artırılacaq;
4.0. 15. milli-mədəni irsin qorunması üzrə elektron resursların sayı
artırılacaq və Azərbaycan dilində internet resursları inkişaf
etdiriləcək;
4.0. 16. ölkəmizdə informasiya cəmiyyətinin inkişafı üzrə əldə olunan
nailiyyətlərin beynəlxalq aləmdə təbliği gücləndiriləcək.
5. Dövlət Proqramının həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI
Sıra
N-si
|
Tədbirin adı |
İcraçı təşkilatlar |
İcra
müddəti
(illər
üzrə)
|
|
|
|
5.1. İKT infrastrukturu və xidmətləri
|
5.1.1.
|
Telekommunikasiya və informasiya infrastrukturunun
əhalinin artan tələbatına uyğun yeni texnologiyalar
əsasında inkişaf etdirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2016
2020
|
5.1.2.
|
Ölkə ərazisini əhatə edən yüksəksürətli optik şəbəkəyə
əsaslanan genişzolaqlı internet infrastrukturunun
qurulması və onun normativ hüquqi əsaslarının
yaradılmasına dair tədbirlərin görülməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2016
2020
|
5.1.3.
|
Müxtəlif müasir texnologiyaların tətbiqi ilə son mil
probleminin həllinə dair tədbirlərin davam etdirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2016
2020
|
5.1.4.
|
“Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM)
layihəsinin reallaşdırılmasına dair zəruri tədbirlərin
davam etdirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər
Nazirliyi
|
2016
2020
|
5.1.5.
|
Beynəlxalq internet magistrallarına alternativ və
yüksəksürətli birləşmələrin təmin edilməsi və internet
tutumlarının həcminin artırılması üzrə tədbirlərin
görülməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2017
2020
|
5.1.6.
|
Data mərkəz xidmətlərinin inkişaf etdirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial
|
2016
2017
|
|
|
İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
|
5.1.7.
|
Rəqəmli televiziya yayımına keçidin başa çatdırılması
və analoq yayımın dayandırılması
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli
Televiziya və Radio Şurası
|
2016
|
5.1.8.
|
Respublikanın efir məkanının təhlükəsizliyinin təmin
edilməsi məqsədi ilə yeni texnologiyaların tətbiqi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2016
2020
|
5.1.9.
|
Peyk infrastrukturunun və xidmətlərinin inkişaf
etdirilməsi, bu xidmətlərə keyfiyyətli çıxışın təmin
edilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2016
2020
|
5.1.10
|
İKT sahəsində xidmətlər bazarının monitorinqinin
aparılması, sağlam rəqabət mühitinin inkişaf
etdirilməsinə dair təkliflər hazırlanması və həyata
keçirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat
Nazirliyi
|
2016
2019
|
5.1.11
|
Genişzolaqlı internet xidmətlərinin universal xidmətlər
siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin
hazırlanması və həyata keçirilməsi üçün tədbirlərin
görülməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2017
2018
|
5.2. Yüksək texnologiyalar sektorunun inkişafı
|
5.2.1.
|
Yüksəkixtisaslı beynəlxalq ekspertlərin cəlb olunması
ilə yüksək texnologiyalar sahəsində innovativ və
elmi-texniki fəaliyyətin normativ hüquqi bazasının
təkmilləşdirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
2016
2020
|
5.2.2.
|
Yüksək texnologiyalar sahəsində patent alınması və elmi
tədqiqatların nəticələrinin kommersiyalaşdırılması
mexanizmlərinin
təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və
həyata keçirilməsi üçün tədbirlərin görülməsi
|
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
Müəllif Hüquqları Agentliyi, Azərbaycan Milli Elmlər
Akademiyası
|
2016
2019
|
5.2.3.
|
Qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə
qorunan obyektlərdən istifadə edilməsinə
“one-stop-shop” formatında və onlayn qaydada icazə
verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə
sisteminin yaradılması
|
Müəllif Hüquqları Agentliyi
|
2016
2017
|
5.2.4.
|
Elmtutumlu və yüksək texnoloji məhsulların yeni milli
təsnifatının hazırlanması və tətbiqi üçün tədbirlərin
görülməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Milli
Elmlər Akademiyası
|
2016
2017
|
5.2.5.
|
İKT sahəsində innovativ sahibkarlığın inkişaf
etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların
yaradılması və tətbiqi layihələrinə dəstək göstərilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Energetika
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
2016
2020
|
5.2.6.
|
Yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən
şirkətlərin məhsul və xidmətlərinin tanıdılması məqsədi
ilə həmin şirkətlərin Azərbaycan Respublikasında və
xaricdə təşkil olunan biznes forum və sərgilərə cəlb
olunması
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Xarici İşlər Nazirliyi
|
2016
2020
|
5.2.7.
|
Yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən
şirkətlərin ixrac fəaliyyətinin dəstəklənməsi üçün bu
sahədə bilik və bacarıqların artırılması üzrə təlim
kurslarının təşkil edilməsi
|
İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Xarici İşlər Nazirliyi
|
2016
2020
|
5.2.8.
|
Yüksək texnologiya məhsulları bazarının inkişaf
etdirilməsinə dair təkliflərin hazırlanması və həyata
keçirilməsi üçün tədbirlər görülməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Təhsil Nazirliyi, Müəllif Hüquqları
Agentliyi
|
2016
2020
|
5.2.9.
|
İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən biznes
münasibətləri üzrə qanunvericiliyin təkmilləşdirilməsi
və internet biznes fəaliyyətinin təşviqinə dair
tədbirlərin görülməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat
Nazirliyi
|
2016
2020
|
5.2.10
|
Yüksək texnologiyalar sahəsində innovativ təşəbbüslərə
(“start- up”lara) dəstək verilməsi, müsabiqələrin,
təbliğat tədbirlərinin, seminar və təlimlərin
keçirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2016
2020
|
5.3. Yüksək texnologiyalar üzrə elmi-texniki
potensialın gücləndirilməsi
|
5.3.1.
|
Yüksək texnologiyalara dair elmi tədqiqat işlərinin
reyestrinin yaradılması
|
Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası, Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu
|
2016
2017
|
5.3.2.
|
Yüksək texnologiyalar sahəsində dövlət, elm, təhsil,
biznes və vətəndaş cəmiyyəti əlaqələrinin
gücləndirilməsi üçün forumlar, konfranslar, dəyirmi
masalar və digər tədbirlər keçirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi,
İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi,
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu
|
2016
2020
|
5.3.3.
|
Xaricdə yüksək texnologiyalar sahəsində çalışan
azərbaycanlı alim və mütəxəssislərlə əməkdaşlığın
genişləndirilməsi, birgə tədqiqat və proqramların
həyata keçirilməsi üçün tədbirlərin görülməsi
|
Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Xarici
İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi,
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu
|
2016
2020
|
5.4. İKT - cəmiyyətin inkişaf amili kimi
|
|
5.4.1.
|
E-təhsil
|
|
5.4.1.1
|
Genişzolaqlı internetə qoşulan təhsil
müəssisələrinin sayının artırılması
|
Təhsil Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi
|
2016-
2020 |
|
|
|
|
5.4.1.2
|
“İnformatika” fənni üzrə yüksəkixtisaslı pedaqoji
kadrların hazırlanması və onların peşəkarlıq
səviyyəsinin daim artırılmasına dair tədbirlərin həyata
keçirilməsi
|
Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
2016
2020
|
5.4.1.:
|
Təhsilin bütün pillələri üçün informatikanın vahidlilik
və davamlılıq prinsipi əsasında tədrisinin təşkili üzrə
təkliflərin hazırlanması və həyata keçirilməsi
|
Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
2016
2018
|
5.4.2. E-səhiyyə
|
5.4.2.
|
T ibb müəssisələrinin genişzolaqlı internetə
qoşulmasının təmin olunması üçün tədbirlərin görülməsi
və Milli Səhiyyə şəbəkəsinin yaradılmasına dair
təkliflər hazırlanması
|
Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi
|
2016
2020
|
5.4.2.
|
Ümumi istifadə üçün tibbi resursların yaradılması
|
Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
2016
2020
|
5.4.2.
|
T elesəhiyyə xidmətlərinin tətbiqinin
genişləndirilməsinə dair tədbirlərin görülməsi
|
Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti
|
2016 -
2020 |
5.4.2.
|
T ibb işçilərinin İKT biliklərinin artırılmasına dair
təkliflərin hazırlanması və həyata keçirilməsi üçün
tədbirlərin görülməsi
|
Səhiyyə Nazirliyi
|
2016
2020
|
5.4.3. E-vətəndaş
|
5.4.3.
|
Əhalinin, o cümlədən məhdud fiziki imkanlı şəxslərin
İKT həlləri üzrə bilik və bacarıqlarının artırılması
üçün təlimlərin, kursların təşkili
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi
|
mütəmadi
|
|
|
Nazirliyi
|
|
5.4.3.
|
İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi üçün müxtəlif
konfransların, forumların, seminarların, dəyirmi
masaların, sərgilərin keçirilməsi, KİV vasitəsilə
təbliğat-təşviqat işlərinin aparılması
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil
Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər
Akademiyası,
|
mütəmadi
|
5.4.3.
|
(Gənclərin İKT biliklərinə yiyələnməsinin
stimullaşdırılması üçün müsabiqə, viktorina, olimpiada
və digər həvəsləndirici tədbirlərin keçirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil
Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
mütəmadi
|
5.4.3.
|
K içik və orta sahibkarlar tərəfindən İKT həllərinin
tətbiqinin genişləndirilməsi üçün maarifləndirici və
təşviqedici tədbirlərin görülməsi
|
İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi
|
2016
2020
|
5.4.3.
|
T eleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun
tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi
|
2016 -
2017 |
5.4.3.
|
“ASAN 2.0” Konsepsiyasının tətbiqi ilə xidmətlər
göstərilməsində innovativ texnologiyalardan istifadənin
genişləndirilməsi
|
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi
|
2016
2020
|
5.4.3.
|
Genişzolaqlı internetə qoşulan gənclər evlərinin və
olimpiya mərkəzlərinin sayının artırılması
|
Gənclər və İdman Nazirliyi
|
2016
2020
|
5.5. Kadr hazırlığı
|
5.5.1.
|
İKT sahəsində beynəlxalq sertifikatların əldə edilməsi
imkanlarının genişləndirilməsi üçün tədbirlərin
görülməsi
|
Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
2016
2020
|
5.5.2.
|
Ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət
göstərən tanınmış xarici və yerli şirkətlərin tədris və
təcrübə laboratoriyalarının yaradılmasının
genişləndirilməsinə dair tədbirlər görülməsi
|
Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
2016
2020
|
5.5.3.
|
İKT ixtisasları üzrə təhsil alan tələbələrin sahə üzrə
aparıcı şirkətlərdə və müəssisələrdə təcrübə keçməsi
imkanlarının genişləndirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil
Nazirliyi
|
2016
2020
|
5.5.4.
|
İnformasiyanın kriptoqrafik və texniki mühafizəsi,
xüsusi telekommunikasiya sistemləri və şəbəkələri
ixtisasları üzrə mütəxəssis hazırlığının təşkili
|
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Təhsil
Nazirliyi
|
2016
2017
|
5.5.5.
|
Yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə
dair maarifləndirmə işlərinin aparılması, ümumtəhsil
məktəblərinin yuxarı sinif şagirdləri üçün “açıq qapı”
günlərinin keçirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil
Nazirliyi
|
2016
2020
|
5.6. İnformasiya təhlükəsizliyinin təmin edilməsi
|
5.6.1.
|
Beynəlxalq təcrübə əsasında kibertəhlükəsizlik üzrə
normativ hüquqi aktların təkmilləşdirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət
Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə
Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi, Müdafiə Nazirliyi
|
2016
2020
|
5.6.2.
|
Dövlət orqanlarının internet informasiya resurslarının
və informasiya sistemlərinin təhlükəsizlik parametrləri
üzrə monitorinqinin həyata keçirilməsi
|
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi
|
mütəmadi
|
5.6.3.
|
“Elektron hökumət” infrastrukturunun əsas
komponentlərinin təhlükəsizliyinin
|
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi
|
mütəmadi
|
|
təmin edilməsi üçün tədbirlər həyata keçirilməsi
|
Dövlət Agentliyi, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi
|
|
5.6.4.
|
İnformasiya təhlükəsizliyi sahəsində digər ölkələrdəki
analoji strukturlarla və beynəlxalq təşkilatlarla
əməkdaşlığın qurulması və inkişaf etdirilməsi
|
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi
Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi
Xidməti, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi,
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi
|
2016
2020
|
5.7. Milli kontentin inkişaf etdirilməsi
|
5.7.1.
|
Qlobal informasiya məkanında Azərbaycan Respublikası
ilə əlaqədar məlumatların genişləndirilməsi
|
Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
|
2016
2020
|
5.7.2.
|
Azərbaycan həqiqətlərinin virtual məkanda təbliği və
yayılmasının genişləndirilməsi üzrə tədbirlər görülməsi
|
Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi,
Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət
Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi
|
2016
2020
|
5.7.3.
|
Yerli xalqların və milli azlıqların adət-ənənələrinin
qorunmasına dair müxtəlif elektron informasiya
resurslarının yaradılması
|
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər
Akademiyası, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik
Fondu və yerli icra hakimiyyəti orqanları
|
2016
2020
|
|
|
|
|
5.7.4.
|
Onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlər
görülməsi
|
Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
2016
2020
|
|
20/09/2016 |
 |
«Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 — 2012-ci illər üçün Dövlət Proqramı»nın (Elektron
Azərbaycan)» təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli, 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya»nın (2003 — 2012-ci illər)» həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı» (Elektron Azərbaycan)»
təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
3.1. Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 11 avqust 2010-cu il
№ 1056
«Azərbaycan» qəzetində dərc edilmişdir (12 avqust 2010-cu il, № 174) («VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2010-cu il, № 8 (158), maddə 731) («VneshExpertService» LLC).
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 11 avqust tarixli, 1056 nömrəli
Sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 — 2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)
1. Giriş
Azərbaycan Respublikasında aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın
iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunmuşdur. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət
olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın
bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır.
Müasir mərhələdə Azərbaycanın davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya-kommunikasiya
texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi
münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət
aparılır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli, 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 — 2012-ci illər)», bu Strategiyanın icrasının
ilkin mərhələsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 — 2008-ci illər üçün Dövlət Proqramı» (Elektron Azərbaycan)» və
həyata keçirilən genişmiqyaslı işlər qeyd edilə bilər. Hal-hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini
təxminən üç dəfə qabaqlayır. Dünya İqtisadi Forumu tərəfindən 2008 — 2009-cu illər üçün hazırlanmış «İnformasiya texnologiyalarının qlobal inkişafı
haqqında hesabat»da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla, bir çox nüfuzlu ölkələri qabaqlamışdır və MDB-nin iştirakçısı olan dövlətlər
arasında lider olmuşdur.
2005 — 2008-ci illər üçün «Elektron Azərbaycan» Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin
mərhələdə görüləcək işləri əhatə etmişdir. Proqram üzrə görülmüş işlər sayəsində respublikanın rabitə və informasiya texnologiyaları bazarında azad
rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atılmışdır. Sahənin
normativ hüquqi bazası inkişaf etdirilmiş, telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, ən yeni texnologiyaların tətbiqi genişləndirilmiş,
əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldilmişdir. Respublika əhalisinin İKT-dən istifadə
səviyyəsinin artırılması, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görülmüşdür. Bütün bunlar Milli
Strategiyanın növbəti mərhələsinin icrası üçün əsaslı zəmin yaratmışdır.
Telekommunikasiya və poçt infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsinin tam başa çatdırılması, keyfiyyətli və qənaətbəxş
telekommunikasiya xidmətlərinin təqdim olunması, peyk rabitəsi texnologiyalarından istifadə, «E-hökumət» həllərinin tətbiqinin genişləndirilməsi və
bütövlükdə cəmiyyətdə İKT-dən istifadənin səviyyəsinin artırılması mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin
edilməsinə, e-imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron və poçt-maliyyə xidmətlərinin təşkilinə, yerli istehsalın və onun ixrac
potensialının gücləndirilməsinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT
üzrə kadr hazırlığına diqqət yetirilməsi vacibdir.
Qeyd olunanları əsas tutaraq, ilkin Dövlət Proqramının məntiqi davamı və Milli Strategiyanın icrası məqsədi ilə 2010 — 2012-ci illəri əhatə edən
növbəti mərhələ üçün yeni Dövlət Proqramı hazırlanmışdır. Bu Proqram əvvəlki Dövlət Proqramının nəticələrinin qiymətləndirilməsi, dövlət orqanlarının,
biznes sektorunun və cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatının təhlil edilməsi, dünya təcrübəsinin öyrənilməsi,
beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyələri, həmçinin
respublikanın sosial-iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla tərtib edilmişdir. Dövlət Proqramı sahələrarası xarakter daşıyır və cəmiyyətin
inkişafına xidmət edəcək tədbirləri və nazirlik, komitə və digər təşkilatların təqdim etdiyi layihələri özündə cəmləşdirir.
2. Mövcud vəziyyət
«Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 — 2008-ci illər üçün Dövlət Proqramı» (Elektron Azərbaycan)»
çərçivəsində həyata keçirilmiş tədbirlər və sektorun inkişafı istiqamətində aparılan ardıcıl dövlət siyasəti nəticəsində son 5 ildə İKT və poçt sektoru
üzrə gəlirlər mütəmadi artmış və orta illik artım 25 faiz olmuşdur. Bu müddət ərzində sahə üzrə investisiya qoyuluşunun həcmi 850 mln. manatdan çox
olmuşdur.
Əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və çeşidinin genişləndirilməsi məqsədi ilə son 5 ildə respublikada
elektron Avtomat Telefon Stansiyalarının (ATS) xüsusi çəkisi 55,5 faizdən 87,1 faizə, Bakı şəhər telefon şəbəkəsində isə 63,9 faizdən 90 faizə
çatdırılmışdır. Sabit şəbəkə operatorları üzrə modernləşdirmə sahəsində görülmüş işlər nəticəsində son 5 ildə ümumistifadəli sabit telefon şəbəkəsinin
tutumu 45 faiz, əsas telefon aparatlarının sayı isə 38,1 faiz artmışdır. Hazırda hər 100 nəfərə düşən əsas telefon aparatlarının sayı 16 ədəd, o
cümlədən Bakı şəhərində 34,4 ədəd, respublikanın digər əraziləri üzrə isə 10,5 ədəd təşkil edir. Hər 100 nəfərə 86,2 mobil telefon abunəçisi düşür.
Respublikanın 24 şəhər və rayonunun telefon şəbəkələri yenidən qurularaq tam elektronlaşdırılmışdır. MDB-nin iştirakçısı olan dövlətlər arasında ilk
dəfə olaraq Azərbaycanda «Yeni Nəsil Şəbəkələri» (NGN) texnologiyalarının tətbiqinə başlanılmışdır. Hazırda Bakı və Sumqayıt şəhərlərinin telefon
şəbəkələri ilə yanaşı, bir neçə rayonda, o cümlədən Naxçıvan Muxtar Respublikasında NGN texnologiyaları tətbiq edilir. Ucqar ərazilərdə yerləşən və
coğrafi cəhətdən fiziki xətlə telefonlaşdırılması mümkün olmayan yaşayış məntəqələrində telefon rabitəsi peyk avadanlıqlarının quraşdırılması
vasitəsilə təmin edilmişdir. Beləliklə, artıq 2008-ci ildə respublikada bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır.
Respublikanın 24 rayonunda Simsiz rabitə xidməti (CDMA) texnologiyalı simsiz rabitə istifadəyə verilmiş və bu şəbəkənin xidmətləri respublika
əhalisinin 63 faizdən çoxunun yaşadığı ərazini əhatə etmişdir.
Ölkədaxili telekommunikasiya infrastrukturunun keyfiyyətini yüksəltmək məqsədi ilə Azərbaycanın rayonlarını birləşdirən fiber-optik kabel magistralları
tikilib istifadəyə verilmişdir və respublikanın rayon mərkəzlərinin artıq 90 faizi optik xətlə əlaqələndirilmişdir.
Son 5 ildə respublikada 564 yeni poçt binası tikilib istifadəyə verilmişdir. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən «Maliyyə xidmətlərinin
inkişafı» layihəsi çərçivəsində «Azərpoçt» DM-nin mövcud infrastrukturunun yenidən qurulması və onun əməliyyatlarının avtomatlaşdırılması üzrə
regionlarda ənənəvi poçt xidmətləri ilə yanaşı yeni, xüsusilə də poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi üzrə işlər görülməkdədir.
Azərbaycan Respublikası ərazisinin, xüsusilə də ucqar ərazilərindəki əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi universal telekommunikasiya
xidmətlərinin və universal poçt xidmətlərinin təşkili və göstərilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
Sektorda dövlət qurumlarının iştirakı ilə yaradılmış birgə müəssisələrin özəlləşdirilməsi davam etdirilməkdədir.
Sahə üzrə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartlar işlənilir, milli informasiya sistemlərində tətbiq olunacaq təsnifatlar hazırlanır.
İnformasiya cəmiyyətinə keçidin təmin olunmasına, dövlət orqanlarının fiziki və hüquqi şəxslərə təqdim etdiyi xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılmasına, ümumiyyətlə, dövlət idarəçiliyinin səmərəli və optimal təşkil edilməsinə yönəldilmiş «E-hökumət»in formalaşdırılması üzrə
layihələr həyata keçirilir.
Respublikada e-imza xidmətinin təşkili məqsədi ilə milli infrastrukturun yaradılması işləri aparılır və bu, «E-hökumət» layihələrinə, elektron
xidmətlərin tətbiqinə şərait yaradacaqdır.
Son 5 ildə dövlət orqanlarının informasiyalaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Əksər dövlət orqanlarının internet saytları yaradılmışdır
və gov.az domenində yerləşdirilmişdir. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək məqsədi ilə vahid
konfidensial multiservis şəbəkəsinin yaradılmasına və dövlət orqanlarının bu şəbəkəyə qoşulmasına başlanılmışdır.
Dövlət orqanları tərəfindən informasiya xidməti ilə yanaşı, ilkin elektron xidmətlər də göstərilir. Elektron bəyannamələrin, elektron ərizələrin
qəbulu, kommunal xərclər üzrə borcların öyrənilməsi və digər xidmətlər buna misaldır.
Beynəlxalq əməkdaşlıq inkişaf etdirilmişdir, İKT üzrə beynəlxalq biznes forumları, sərgi və konfranslar təşkil edilmişdir. Tanınmış İKT şirkətlərinin
əksəriyyəti respublikada nümayəndəliyini açmışlar və fəaliyyətlərini genişləndirmişlər.
Mövcud vəziyyətin təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir:
-
İKT-nin dayanıqlı inkişafı üçün təşkilati, normativ hüquqi, texniki və texnoloji baza əsasən yaradılmışdır;
-
son illərdə görülən irihəcmli işlərə baxmayaraq, sahənin bəzi inkişaf göstəriciləri hələlik ümumdünya, o cümlədən Avropa üzrə orta səviyyədən
aşağıdır (hər 100 nəfərə düşən əsas telefon aparatların sayı və s.);
-
dövlət orqanlarının informasiya resursları və sistemlərinin vahid prinsip və standartlar əsasında yaradılması və inteqrasiyasına diqqət
artırılmalıdır;
-
e-imza infrastrukturunun yaradılmasına və dövlət orqanlarında elektron sənəd dövriyyəsinin tətbiqi, həmçinin dövlət orqanları tərəfindən
elektron xidmətlərin göstərilməsinin təşkili mühüm əhəmiyyət kəsb edir;
-
respublikada İKT-dən, xüsusən də internetdən istifadənin genişlənməsi artan tələbatı təmin etmək üçün daha yüksək göstəricilərə və keyfiyyətə
malik infrastrukturun və xidmətlərin göstərilməsini şərtləndirir.
3. Dövlət Proqramının məqsədi
Dövlət Proqramının məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin
edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və
inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində
vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun
ödənilməsidir.
Dövlət Proqramında qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:
-
respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının
fəaliyyəti haqqında məlumatlara, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışının genişləndirilməsi, informasiya və
kommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması;
-
dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf
etdirilməsi;
-
vahid texnoloji standartlar əsasında dövlət informasiya resursları və sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət orqanları arasında
etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi,
təşkilati-texniki, texnoloji tədbirlərin həyata keçirilməsi və müvafiq mühitin formalaşdırılması;
-
dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin
artırılması üçün «E-hökumət» həllərinin geniş tətbiqi, «bir pəncərə» prinsipi əsasında elektron xidmətlərin təşkili;
-
müasir inkişaf tələblərinə uyğun olaraq, sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi;
-
sahə üzrə standartlaşdırma və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi;
-
müasir İKT ixtisasları üzrə mütəxəssis hazırlığının keyfiyyətinin artırılması;
-
İKT xidmət və məhsullarının istehsalının inkişaf etdirilməsi və ixrac potensialının artırılması;
-
yeni texnika və texnologiyaların tətbiqi, sahə üzrə xidmətlərin, o cümlədən poçt və telekommunikasiya (o cümlədən peyk rabitəsi) xidmətlərinin
genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi;
-
poçt şəbəkəsi vasitəsilə poçt-maliyyə xidmətlərinin həyata keçirilməsinin inkişaf etdirilməsi;
-
e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət formalarının inkişaf etdirilməsi;
-
«rəqəmsal geriliyin» azaldılması üçün tədbirlərin həyata keçirilməsi;
-
informasiya cəmiyyətinin qurulması istiqamətində vahid elmi-texniki və innovasiya siyasətinin həyata keçirilməsi;
-
informasiya cəmiyyətinin qurulması üzrə görülən işlərə ictimai nəzarətin təmin edilməsi.
4. Dövlət Proqramının həyata keçirilməsinin əsas istiqamətləri
Dövlət Proqramı aşağıdakı dörd əsas istiqamət üzrə həyata keçiriləcəkdir:
4.1. Milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı
-
yeni texnologiyalar əsasında ölkədə telekommunikasiya və poçt infrastrukturunun müasirləşdirilməsi və inkişaf etdirilməsi, respublikanın bütün
ərazisi üzrə fiziki və hüquqi şəxslərin telekommunikasiya və poçt xidmətlərinə çıxışının təmin olunması;
-
peyk rabitəsi texnologiyalarının və xidmətlərinin inkişaf etdirilməsi;
-
radio-televiziya, o cümlədən rəqəmli televiziya yayımının genişləndirilməsi;
-
internetin milli seqmentinin infrastrukturunun inkişaf etdirilməsi;
-
cəmiyyətə keyfiyyətli və qənaətbəxş telekommunikasiya və poçt (o cümlədən poçt-maliyyə) xidmətlərinin təqdim olunması.
4.2. Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi
-
dövlət orqanlarında İKT həllərinin geniş tətbiqi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi və vahid informasiya
fəzasının formalaşdırılması;
-
dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması, inteqrasiyası və inkişaf etdirilməsi, dövlət orqanlarının öz aralarında,
həmçinin fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqə zamanı təhlükəsiz informasiya mübadiləsi üçün mütərəqqi mexanizmlərin tətbiq edilməsi;
-
«E-hökumət» həllərinin tətbiqi və «bir pəncərə» prinsipi əsasında elektron xidmətlərin təqdim olunması;
-
İKT sahəsində görülən işlər barədə məlumatların yayılması.
4.3. İnformasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması
-
«rəqəmsal geriliyin» azaldılması üçün tədbirlərin genişləndirilməsi;
-
kompüter istifadəçilərinin sayının artırılması;
-
əhalinin müasir informasiya və kommunikasiya texnologiyaları vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi, cəmiyyətin İKT
savadlılığının artırılması;
-
əhalinin bütün kateqoriyaları, eləcə də məhdud imkanlı qruplar (əlillər və sağlamlıq imkanları məhdud uşaqlar) üçün İKT-dən, o cümlədən
internetdən istifadənin genişləndirilməsi;
-
iqtisadi, sosial və mədəniyyət sahələrində informasiya resurslarının yaradılması və inkişaf etdirilməsi;
-
informasiya və kommunikasiya texnologiyaları sahəsində lisenziyalaşdırma ilə bağlı fəaliyyətdə şəffaflığın təmin olunması, beynəlxalq
təcrübənin nəzərə alınması;
-
elektron iqtisadiyyata keçidin sürətləndirilməsi;
-
informasiya təhlükəsizliyi üzrə tədbirlərin görülməsi;
-
İKT və informasiya təhlükəsizliyi sahələrində müasir ixtisaslar üzrə kadr hazırlığı və ixtisasartırma üçün tədbirlərin görülməsi.
4.4. Rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi
-
İKT sahəsində dövlət standartlarının hazırlanması;
-
milli elektron informasiya məkanında Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi.
5. Maliyyə mənbələri
Dövlət Proqramının maliyyə təminatı aşağıdakı mənbələrdən həyata keçirilir:
-
dövlət büdcəsi;
-
daxili və xarici investisiyalar;
-
beynəlxalq və xarici ölkə təşkilatlarının texniki-maliyyə yardımları, kreditlər və qrantlar;
-
qanunvericiliyə zidd olmayan digər mənbələrin vəsaitləri.
Dövlət büdcəsi üzrə maliyyələşdirmə dövlət büdcəsində aidiyyəti dövlət orqanlarının rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət və
xidmətləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir, həmçinin Dövlət Proqramında nəzərdə tutulmuş ayrı-ayrı tədbirlər üçün məqsədli
ayırmalar formasında ola bilər.
6. Gözlənilən nəticələr
Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
-
İKT-nin geniş tətbiqi sayəsində respublikada informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması;
-
fiziki və hüquqi şəxslərin İKT-dən istifadəyə aktiv cəlb olunması, kompüterlərin və internetin yayılma səviyyəsinin artması, respublika
daxilində «rəqəmsal geriliyin» azaldılması;
-
fiziki və hüquqi şəxslərə keyfiyyətli və qənaətbəxş telekommunikasiya və poçt xidmətlərinin təqdim olunması;
-
e-imzanın və e-sənəd dövriyyəsinin tətbiqi, dövlət orqanları arasında informasiya mübadiləsi ilə bağlı xərclərin azalması, dövlət
idarəetməsində operativliyin və səmərəliliyin artması;
-
«E-hökumət» həllərinin tətbiqi, səmərəli, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması,
əhalinin geniş təbəqələrinin idarəetmə prosesində iştirakı, dövlət orqanlarından informasiyanın elektron formada əldə edilməsinin
genişləndirilməsi, vətəndaşların dövlət orqanları ilə əlaqəsinin daha səmərəli təşkili;
-
İKT üzrə yerli sənayenin inkişafı, yeni iş yerlərinin açılması, sektorun ixrac potensialının yüksəldilməsi;
-
fiziki və hüquqi şəxslərin poçt şəbəkəsindən istifadə etməklə, respublikanın bütün ərazisində poçt-maliyyə xidmətlərindən istifadəsinə imkan
yaradılması;
-
milli informasiya resurslarının formalaşdırılması, Azərbaycan dilinin milli elektron informasiya məkanında geniş tətbiqi, maddi-mədəni irsin
qorunub saxlanılması və təbliği üçün İKT-dən istifadənin təmin olunması;
-
e-ticarət həllərinin geniş tətbiq edilməsi;
-
İKT infrastrukturundan istifadənin liberallaşdırılması, azad rəqabətin təmin olunduğu İKT bazarının inkişaf etdirilməsi və beynəlxalq İKT
bazarına inteqrasiyasının genişləndirilməsi;
-
İKT üzrə insan kapitalının inkişaf etdirilməsi və sahə üzrə mütəxəssislərə olan tələbatın ödənilməsi.
Akronimlər
|
ÜTT
|
Ümumdünya Ticarət Təşkilatı
|
BTİ
|
Beynəlxalq Telekommunikasiya İttifaqı
|
ÜPİ
|
Ümumdünya Poçt İttifaqı
|
TAE
|
Trans-Asiya-Avropa
|
İKT
|
İnformasiya-Kommunikasiya Texnologiyaları
|
İT
|
İnformasiya Texnologiyaları
|
ATS
|
Avtomat Telefon Stansiyası
|
NGN
|
«Yeni Nəsil Şəbəkələr» (Next Generation Networking)
|
CDMA
|
Simsiz rabitə xidməti (Code Division Multiple Access)
|
7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı
Sıra №-si
|
Tədbirin adı
|
Tədbirin məqsədi
|
İcra müddəti
|
İcraçı təşkilatlar
|
1
|
2
|
3
|
4
|
5
|
7.1. Milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişaf etdirilməsi
|
7.1.1.
|
Ölkə ərazisində kommutasiya şəbəkələrinin ən müasir texnologiyaların tətbiqi ilə elektronlaşdırılmasının başa çatdırılması və
şəbəkələrin tələbata uyğun genişləndirilməsi
|
Xidmətin yaxşılaşdırılmasının texniki cəhətdən təmin edilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.2.
|
Bakı şəhər telefon şəbəkəsinin texniki infrastrukturunun idarə edilməsi və istismarında İT həllərinin tətbiqi
|
Məlumatların emalının təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.3.
|
Fiber-optik kabel magistralları şəbəkəsinin inkişaf etdirilməsi
|
Xidmətin yaxşılaşdırılmasının texniki cəhətdən təmin edilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.4.
|
Sahə üzrə müstəqil tənzimləyici qurumun yaradılması
|
Sahə üzrə ədalətli rəqabətin təmin edilmə şəraitinin yaxşılaşdırılması
|
2010 — 2012
|
Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti dövlət orqanları
|
7.1.5.
|
Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üzrə sertifikatlaşdırma mərkəzinin və akkreditasiya olunmuş
sınaq laboratoriyalarının müasirləşdirilməsi və funksional imkanlarının genişləndirilməsi
|
Sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi və informasiya sistemlərinin sertifikatlaşdırılmasının təmin
edilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
|
7.1.6.
|
Universal telekommunikasiya xidmətlərinin təşkili
|
Əhatə dairəsinin genişləndirilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.7.
|
Mərkəzləşdirilmiş avtomatik radiomonitorinq sisteminin yaradılması
|
Milli radiotezlik resurslarından səmərəli istifadə edilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.8.
|
Radio-televiziya (o cümlədən rəqəmli televiziya) yayımının əhatə dairəsinin genişləndirilməsi, radio-televiziya kanallarının
səmərəli yayımının və efir məkanının informasiya təhlükəsizliyinin təmin edilməsi
|
Xidmətin yaxşılaşdırılması və yayımın genişləndirilməsi, efir məkanının qorunması
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Televiziya və Radio Şurası
|
7.1.9.
|
Peyk rabitəsi texnologiyaları əsasında xidmətlərin təşkili üzrə tədbirlərin görülməsi
|
Yeni texnologiyaların tətbiqi və İKT-dən istifadə imkanlarının genişləndirilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.10.
|
Müasir informasiya texnologiyalarından istifadə vasitəsilə sahə üzrə xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi
|
Təqdim olunan xidmətlərin tərkibinin genişləndirilməsi, keyfiyyətinin və əhalinin bu xidmətlərə çıxış imkanlarının artırılması
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.11.
|
Respublikada genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi üçün tədbirlərin görülməsi
|
Respublikada sürətli internetdən istifadənin genişlənməsinə və keyfiyyətin yüksəlməsinə təsir edəcək şəraitin yaradılması
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.12.
|
Poçt şəbəkəsində poçt-maliyyə və digər yeni xidmətlərin təşkili və inkişaf etdirilməsi
|
Müasir poçt xidmətlərinin inkişaf etdirilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mərkəzi Bank
|
7.1.13.
|
Universal poçt rabitəsi xidmətlərinin göstərilməsinin genişləndirilməsi
|
Əhatə dairəsinin genişləndirilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.14.
|
Naxçıvan MR kommutasiya şəbəkəsinin modernləşdirilməsi
|
Xidmətin yaxşılaşdırılmasının texniki cəhətdən təmin edilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.1.15.
|
İşğaldan azad olunan rayonlarda rabitə şəbəkəsinin bərpası
|
İşğaldan azad olunan bölgələrdə rabitənin bərpası
|
azad olunandan sonra 1 il ərzində
|
Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.2. Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi
|
7.2.1.
|
«E-hökumət» həllərinin tətbiqi və «bir pəncərə» prinsipi əsasında elektron xidmətlərin təşkili
|
Dövlət orqanlarında İKT-nin tətbiqi səviyyəsinin yüksəldilməsi və dövlət xidmətlərinin elektron şəkildə təqdim olunması
|
2010 — 2012
|
Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları
|
7.2.2.
|
Dövlət informasiya resurslarının formalaşdırılması və inkişaf etdirilməsi:
|
|
|
|
7.2.2.1.
|
Mədəniyyət və turizm sahəsi üzrə vahid informasiya portalının yaradılması
|
Sahə üzrə informasiya xidmətinin yaxşılaşdırılması
|
2010 — 2012
|
Mədəniyyət və Turizm Nazirliyi
|
7.2.2.2.
|
Dövlət Qulluqçuları Reyestrinin inkişaf etdirilməsi
|
Dövlət qulluğu sahəsində informasiya təminatının inkişaf etdirilməsi
|
2010 — 2012
|
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
|
7.2.2.3.
|
«Elektron bələdiyyə» pilot layihəsinin işlənilməsi və həyata keçirilməsi
|
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin və onlar tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlərin İKT-nin
tətbiqi ilə səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli özünüidarəetmə orqanları
|
7.2.2.4.
|
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin növbəti mərhələ üzrə formalaşdırılmasının davam etdirilməsi
|
Respublika əhalisinin yerləşməsi və tərkibi, miqrasiyanın dairəsi və istiqaməti, demoqrafiya və digər məsələlərə dair məlumatların
toplanması və bununla da əhali barədə vahid dövlət informasiya ehtiyatının yaradılması
|
2010 — 2012
|
Ədliyyə Nazirliyi və aidiyyəti dövlət orqanları
|
7.2.2.5.
|
Ailə, qadın və uşaq problemləri üzrə vahid informasiya resursunun yaradılması
|
Ailə, qadın və uşaq problemləri ilə bağlı informasiyaların vahid dövlət portalında mərkəzləşdirilməsi, onların əldə olunmasının
asanlaşdırılması və statistik göstəricilərdə olan çatışmazlıqların aradan qaldırılması
|
2010 — 2011
|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
|
7.2.3.
|
Dövlət informasiya sistemlərinin inkişaf etdirilməsi və inteqrasiyası:
|
|
|
|
7.2.3.1.
|
Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin iştirakı ilə virtual konfransların təşkili üçün müvafiq sistemin yaradılması
|
Diaspor təşkilatları ilə müxtəlif məsələlər üzrə operativ müzakirələrin təşkili
|
2010 — 2012
|
Diasporla İş üzrə Dövlət Komitəsi
|
7.2.3.2.
|
«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin inkişaf etdirilməsi
|
Hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının fəaliyyətləri ilə bağlı işlərin (sənədləşmə, yoxlama, sorğu və s.)
avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsi
|
2010 — 2012
|
Daxili İşlər Nazirliyi və aidiyyəti dövlət orqanları
|
7.2.3.3.
|
«Təhlükəsiz şəhər» avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi
|
Sistem daxilində elektron müşahidə vasitələri ilə dövlət əhəmiyyətli binaların, əhalinin kütləvi toplantı yerlərinin, küçə və
meydanların, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin, sosial və nəqliyyat infrastrukturlarına aid obyektlərin və ərazilərin
tam əhatə olunmasının təmin edilməsi, bütövlükdə ictimai təhlükəsizliyə nəzarətin daha da gücləndirilməsi
|
2010 — 2011
|
Daxili İşlər Nazirliyi
|
7.2.3.4.
|
Banklar və digər kredit təşkilatları ilə vergi orqanları arasında inteqrasiyanın təşkili
|
Hesabların açılması üçün təqdim olunan şəhadətnamə-dublikatların və hesablanmış vergilər üzrə borclar və faizlər, tətbiq edilmiş
maliyyə sanksiyaları və digər işlər barədə məlumatların mübadiləsinin elektron şəkildə həyata keçirilməsi
|
2010 — 2011
|
Vergilər Nazirliyi
|
7.2.3.5.
|
Vətəndaşların «Elektron sağlamlıq kartı» sisteminin inkişaf etdirilməsi
|
Tibbi məqsədlər üçün vətəndaşlar barədə məlumatların mərhələlərlə sistemə daxil edilməsi, elektron qeydlərin aparılması, mövcud
informasiya sistemlərinin bu sistemlə funksional inteqrasiyası
|
2010 — 2012
|
Səhiyyə Nazirliyi və aidiyyəti dövlət orqanları
|
7.2.3.6.
|
Nümunəvi tibbi-informasiya sisteminin dövlət səhiyyə müəssisələrində mərhələlərlə tətbiqi
|
Dövlət səhiyyə müəssisələrinin fəaliyyətinin, vətəndaşlara göstərilən səhiyyə xidmətlərinin, səhiyyə idarəçiliyinin və maliyyə
xərclərinin proqnozlaşdırılmasının səmərəliliyinin yüksəldilməsi
|
2010 — 2012
|
Səhiyyə Nazirliyi
|
7.2.3.7.
|
«Dövlət qulluğuna qəbul» informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi
|
Müsabiqə və müsahibələrdə vətəndaşlardan ərizə qəbulu prosesinin sadələşdirilməsi, test imtahanı mərhələsində interaktivliyin təmin
olunması, müsahibə, vəzifəyə təyinat və ehtiyat kadrların idarə edilməsinin həyata keçirilməsi
|
2010 — 2012
|
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
|
7.2.3.8.
|
Azərbaycan terminoloji informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi
|
Azərbaycan dilində terminlərin elektron bazasının yaradılması, Azərbaycan dili kontentlərdə terminoloji monitorinqin həyata
keçirilməsi
|
2010 — 2012
|
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu və aidiyyəti qurumlar
|
7.2.3.9.
|
Ali Məhkəmənin «Elektron kargüzarlıq və sənəd dövriyyəsi» sisteminin təkmilləşdirilməsi
|
Ali Məhkəmənin «Elektron kargüzarlıq və sənəd dövriyyəsi» sisteminin yeni texnologiyalardan istifadə etməklə müasirləşdirilməsi və
beynəlxalq təcrübəni nəzərə alaraq inkişaf etdirilməsi
|
2010 — 2012
|
Ali Məhkəmə
|
7.2.3.10.
|
Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin yaradılması
|
Fiziki və hüquqi şəxslərin bir mənbədən sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı, fəaliyyət növləri üzrə lisenziyalar, vergilər
və s. barədə məlumat almalarının təmin olunması
|
2010 — 2011
|
Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti dövlət orqanları
|
7.2.3.11.
|
Yerli icra hakimiyyəti orqanları üçün nümunəvi informasiya sisteminin yaradılması
|
Yerli icra hakimiyyəti orqanının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti dövlət orqanları
|
7.2.4.
|
Dövlət orqanlarında e-imzanın və e-sənəd dövriyyəsinin mərhələlərlə tətbiqi:
|
|
|
|
7.2.4.1.
|
Dövlət orqanlarında elektron imza sisteminin tətbiqi üçün tədbirlərin görülməsi
|
Dövlət orqanlarında elektron imzadan istifadə üçün imkanların yaradılması
|
2010 — 2011
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti
|
7.2.4.2.
|
Dövlət orqanlarının vahid elektron sənəd dövriyyəsi sisteminin yaradılması və tətbiqi
|
Dövlət orqanları arasında effektiv sənəd mübadiləsi üçün infrastrukturun yaradılması
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və aidiyyəti dövlət orqanları
|
7.2.5.
|
Dövlət orqanlarının vahid konfidensial multiservis rabitə şəbəkəsinin inkişaf etdirilməsi
|
Dövlət orqanları arasında təhlükəsiz və operativ informasiya mübadiləsinin təmin olunması
|
2010 — 2012
|
Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
7.2.6.
|
Dövlət orqanlarının lisenziyalı proqramlarla təmin olunması üçün tədbirlərin görülməsi
|
Dövlət orqanları tərəfindən əqli mülkiyyətin qorunmasının və istifadə edilən proqram təminatının təhlükəsizliyinin təmin edilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları
|
7.3. İnformasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması
|
7.3.1.
|
Normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
İnformasiya cəmiyyətinə keçidi təmin edən normativ hüquqi bazanın işlənilməsi və inkişaf etdirilməsi
|
2010 — 2012
|
Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları
|
7.3.2.
|
E-ticarətin inkişaf etdirilməsi
|
E-ticarət həllərinin geniş tətbiq edilməsi və elektron iqtisadiyyata keçidin sürətləndirilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti dövlət orqanları
|
7.3.3.
|
Vətəndaşların İKT savadlılığının artırılması və «rəqəmsal geriliyin» azaldılması üçün tədbirlərin görülməsi
|
«Rəqəmsal geriliyin» azaldılması, vətəndaşların İKT-nin imkanlarından istifadə səviyyəsinin yüksəldilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və aidiyyəti qurumlar
|
7.3.4.
|
Əhalinin İKT və informasiya cəmiyyəti barədə maarifləndirilməsi üzrə müxtəlif tədbirlərin keçirilməsi, kitabçaların, terminoloji
lüğətlərin, öyrədici vəsaitlərin və s. hazırlanması
|
Əhalinin İKT və informasiya cəmiyyəti barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, İKT imkanlarından bəhrələnməsinə şərait
yaradılması
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti qurumlar
|
7.3.5.
|
Məhdud imkanlı qrupların İKT-dən istifadə imkanlarının artırılması üçün tədbirlərin görülməsi
|
Məhdud imkanlı qrupların cəmiyyətdə rolunun artırılması
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti qurumlar
|
7.3.6.
|
İKT və informasiya təhlükəsizliyi sahələrində ixtisaslı kadrların hazırlanması üçün tədbirlərin görülməsi
|
Yüksəkixtisaslı kadrlara olan tələbatın ödənilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti qurumlar
|
7.3.7.
|
İKT üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, sərgilərin, elmi-praktik konfransların, müsabiqələrin, televiktorinaların,
olimpiadaların və s. keçirilməsi
|
Dövlət Proqramına beynəlxalq və ictimai dəstəyin təmin olunması, İKT-nin inkişafının perspektiv və problemlərinin elmi müzakirəsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və aidiyyəti qurumlar
|
7.4. Rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi
|
7.4.1.
|
İKT sahəsində dövlət standartlarının hazırlanması və beynəlxalq standartların tətbiqi üçün tədbirlərin görülməsi
|
İKT-nin inkişafı, rəqabət qabiliyyətli məhsul və xidmətlərin istehsalının normativ hüquqi bazasının təkmilləşdirilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
|
7.4.2.
|
Azərbaycan dili üçün tətbiqi-linqvistik proqram təminatlarının yaradılması
|
Milli elektron informasiya məkanında Azərbaycan dilinin istifadəsi imkanlarının genişləndirilməsi
|
2010 — 2012
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu və aidiyyəti qurumlar
|
|
08/11/2011 |
 |
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» Azərbaycan Respublikası
Prezidentinin 4 noyabr 2008-ci il tarixli, 27 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilsin.
3. Müəyyən edilsin ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Dövlət büdcəsi vəsaiti, habelə qanunvericiliklə qadağan olunmayan
digər mənbələr hesabına maliyyələşdirilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 17 avqust 2009-cu il
№ 443
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 avqust 2009-cu il, № 181) («VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2009-cu il, № 8 (146), maddə 651) («VneshExpertService» LLC).
13 sentyabr 2010-cu il tarixli, 1093 nömrəli Sərəncama əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı
1. Giriş
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrün reallıqlarına uyğun həyata keçirilən siyasət nəticəsində son illər Azərbaycan
Respublikası sosial-iqtisadi inkişaf, ictimai-siyasi sabitlik şəraitində yaşayır və regionun aparıcı dövlətinə çevrilmişdir. Ölkədə qeyri-neft sektorunun
inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı
üçün geniş imkanlar açmışdır.
İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi
potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur.
İnformasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilmişdir. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən
sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin
hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda
yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən
olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi
baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədi ilə «Azərbaycan Respublikasında
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 noyabr
tarixli, 27 nömrəli Sərəncamında kosmik sənayenin yaradılması və inkişafına dair Dövlət Proqramının hazırlanması nəzərdə tutulur. Bu istiqamətdə görülən
işlərin ardıcıllığını və sistemliliyini təmin etmək, qarşıya qoyulmuş strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması,
kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması ilə telekommunikasiya peyk şəbəkələrinin yaradılması,
kosmik informasiyanın qəbulu və emalı üzrə çoxfunksiyalı superkompüter mərkəzinin yaradılması, kadrların hazırlanması vacibdir. Eyni zamanda, kosmik sənaye
və informasiya texnologiyalarının nanotexnologiyalardan geniş istifadə etməklə inkişafı və bu sahədə hüquqi bazanı təkmilləşdirərək yeni normativ hüquqi
aktların qəbulu nəzərdə tutulur.
Dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Kosmik
fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş cihazlar və
komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları operativ şəkildə əldə etməyə, aerokosmik laboratoriyalar isə
komponentlərin, dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə geniş imkanlar yaradır.
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı növbəti 5 ildə kosmik sənayenin yaradılması və inkişafına xüsusi
təkan verəcək, Dövlət Proqramının yerinə yetirilməsi üzrə nəticələr və sahə üzrə dəyişikliklər nəzərə alınmaqla, sonrakı mərhələlər üçün tədbirlər
müəyyənləşdiriləcəkdir.
2. Mövcud vəziyyət
XX əsrin 60-70-ci illərində orbitə çıxarılan peyklər əsasən rabitə və analoq teleradio yayımı üçün istifadə olunurdusa, 80-ci illərdə yeni VSAT
(kiçikölçülü peyk terminalı) texnologiyasının yaranması lokal, şəhərlərarası və beynəlxalq rabitənin daha geniş ərazilərdə inkişafına böyük təkan
vermişdir. 90-cı illərin sonundan etibarən isə peyk sistemlərinin tətbiqi dünyada daha keyfiyyətli və etibarlı rabitə sistemlərinin yaranmasına və rəqəmli
teleradio yayım sistemlərinin və şəbəkələrinin qurulmasına imkan yaratmışdır. 2000-ci ildən peyk resurslarına olan tələbat bu sahədə yeni texnologiyaların
tətbiqini daha da sürətləndirmişdir.
2008-ci ilin sonuna dünyada təqribən 270 peyk fəaliyyət göstərir ki, bu peyklərin transponderlərinin ümumi sayı beş mindən çoxdur. Telekommunikasiya
peyklərinin əsas hissəsi geostasionar orbitdə yerləşdirilmişdir. Hazırda 30-dan çox ölkə belə peyklərə malikdir. Peyk rabitəsindən əldə olunan gəlir
1996-cı ildə 16 milyard ABŞ dolları təşkil edirdisə, 2002-ci ildə bu rəqəm 50 milyard ABŞ dollarına, hazırda isə 100 milyard ABŞ dollarına çatmışdır.
2009-cu ilin əvvəlinə respublikada peyk tutumları təxminən 120 Mbs. təşkil edir və onların yarıdan çoxu VSAT sistemlərində, xeyli qalan hissəsi isə dövlət
və özəl TV və radio yayımları üçün istifadə olunur. Növbəti 15 il üçün peyk tutumlarına yaranacaq tələbatın 1700 Mbs. təşkil edəcəyi proqnozlaşdırılır.
Respublikada beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur.
Respublikanın ərazi relyefinin 50 faizindən artıq hissəsinin dağlıq ərazi olduğunu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyünü
nəzərə alsaq, gələcəkdə bu xidmətə olan tələbatın daha da artacağı gözlənilir.
Telekommunikasiya xidmətlərini təmin edən peyk stansiyaları ilə yanaşı, respublikada fəaliyyət göstərən radio-televiziya yayım şirkətlərinin proqramlarının
həm respublikada, həm də respublikadan kənarda yayımlanması üçün DVB-S texnologiyası əsasında qurulan peyk stansiyalarının tətbiqi yaxın bir neçə ildə daha
da genişlənəcəkdir.
2006-cı ildə Azərbaycana plandan kənar orbital mövqe və tezliklərin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) ilkin müraciət edilmişdir. 2008-ci ildə artıq koordinasiya tələbləri BTİ-yə təqdim
edilmiş və hazırda prosedur qaydalarına uyğun iş aparılır.
Respublikada kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə,
təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin yaradılması ilə başlanılmışdır. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində «Kosmik
cihazqayırma məxsusi konstruktor bürosu» yaradılmış və kosmik tədqiqatların aparılmasına başlanılmışdır. Hazırda respublikada kosmik texnika və
texnologiyaların yaradılması və aerokosmik məlumatlardan istifadə etməklə, müxtəlif tətbiqi məsələlərin həlli ilə bilavasitə məşğul olan dövlət qurumu —
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində Milli Aerokosmik Agentliyi (MAKA) fəaliyyət göstərir. Öz fəaliyyəti dövründə
MAKA-da kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, keçmiş SSRİ Hərbi Sənaye
Kompleksinin, Müdafiə Nazirliyinin, Maşınqayırma Nazirliyinin və Elmlər Akademiyasının qurumları ilə sıx əlaqə yaradılmış, müxtəlif təyinatlı layihələr
həyata keçirilmişdir. MAKA-nın Kosmik Cihazqayırma Təcrübi Zavodunda hazırlanmış, rentgen və qamma şüalanmanın lokal mənbələrini aşkarlamağa imkan verən
«PulsarX-1» spektrometri 15 ilə yaxın «Salyut-7» və «Mir» orbital komplekslərində fəaliyyət göstərərək, öz funksional imkanlarını müvəffəqiyyətlə nümayiş
etdirmişdir.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı «İqtisadi Əməkdaşlıq Sazişi» çərçivəsində MAKA-nın Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosu
və Rusiya Kosmik Cihazqayırma Elmi-Tədqiqat İnstitutu arasında bağlanılmış müqavilə əsasında UNİSCAN-24 Kosmik Məlumatların Qəbuledici Kompleksi 2007-ci
ilin əvvəlində MAKA-da quraşdırılmışdır və hal-hazırda fəaliyyət göstərir. Qəbuledici kompleksə xidmət edən yüksək hazırlıqlı kadr potensialı formalaşmış,
alınmış məlumatların sistemləşdirilməsi, arxivləşdirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi üçün mühüm tədbirlər görülmüşdür. Kompleksin
imkanlarının artırılması respublikanın torpaq-bitki obyektlərinin inventarlaşdırılmasında, metroloji məsələlərin həll edilməsində, təbii-dağıdıcı
proseslərin qiymətləndirilməsində, yerüstü boru-kommunikasiya şəbəkələrinin monitorinqinin aparılmasında, rəqəmli elektron xəritələrin yaradılmasında və
onların yeniləşdirilməsində, həmçinin bir sıra digər iqtisadi, strateji və müdafiə əhəmiyyətli məsələlərin həllində əvəzedilməz vasitə ola bilər.
Respublikada olan mövcud kosmik sənaye kompleksi, kosmik məlumatın qəbulu və emalı üzrə texnologiya fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Bu sahədə
fəaliyyət göstərən zavodlarda, digər istehsal və təcrübə məntəqələrində yeni istehsal və emal texnologiyasının yaradılmasında, idarəetmədə İKT-nin
tətbiqinə ciddi zərurət yaranmışdır. Qeyd edilən sahənin Dövlət Proqramı əsasında yenidən qurulması, ən yeni texnologiyaların mənimsənilməsi və yerli
istehsalın təşkili sahənin yaradılması və inkişafında vacib istiqamətlər kimi nəzərdə tutulur. Bu sahədə 30 ildən artıq dövrdə əldə edilmiş potensialın
təkmilləşdirilərək yenidən qurulması və inkişaf etdirilməsi Proqramda xüsusi yer tutur.
Telekommunikasiya peykinin idarə edilməsi, kosmik sənaye sahəsində istehsalın təşkili və idarə edilməsi, kosmik məlumatların qəbulu və emalı sahəsində ilk
mərhələdə xaricdə, sonradan isə respublikada yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına Proqramda əhəmiyyətli yer ayrılmışdır.
3. Dövlət Proqramının məqsədi
Dövlət Proqramının əsas məqsədi respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının
ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan
səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsidir. Kosmik sənaye sahəsində beynəlxalq
əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə
xidmətlərinin təşkili, teleradio yayımı, Yerin məsafədən zondlanması, hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə hallara nəzarət, kosmik
tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlar və s. bu sahənin inkişafına geniş perspektivlər yaradacaqdır.
Dünyada telekommunikasiya və İKT sektorunun çox böyük inkişafı peyk şəbəkələrinin rəqabət qabiliyyətinin artırılması istiqamətində əməli tədbirlərin
görülməsini tələb edir. Bununla əlaqədar, kosmik sənaye kompleksinin perspektiv inkişafı üçün aşağıda qeyd edilənlər aktual hesab olunur:
-
peyk rabitə və yayım xidmətlərinin daha cəlbedici olması və geniş əhali kütləsi üçün nəzərdə tutulması;
-
orbitə yeni çıxarılan peyklərin rəqabət qabiliyyətinin artırılması;
-
fiksasiya olunmuş peyk sistemləri peyklərinin kommersiya effektliliyinin artırılması;
-
yeni peyklər vasitəsilə təqdim olunan xidmətlərin qiymətlərinin tənzimlənməsi;
-
yeni peyklər vasitəsilə göstərilən xidmətlərin infrastrukturunun təkmilləşdirilməsi;
-
peyk rabitə sistemlərinin yerüstü yayım xidmətləri ilə inteqrasiyasının genişləndirilməsi.
Peyk rabitəsi xidmətlərinin respublikada daha geniş və keyfiyyətli təşkili məqsədi ilə Azərbaycana məxsus peykin geostasionar orbitə çıxarılması xüsusi
əhəmiyyət kəsb edir. Bu məqsədlə bir telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır. Azərbaycan telekommunikasiya peykinin C və Ku band
tezlik diapazonunda fəaliyyət göstərməsi Avropanın tam, Asiyanın isə böyük bir hissəsini əhatə edəcəyi planlaşdırılır. Bu peyk vasitəsilə telefon rabitəsi,
televiziya və radio yayımları, yüksəksürətli internet, multimedia xidmətləri göstəriləcək və korporativ VSAT şəbəkələri yaradılacaqdır.
Dövlət Proqramında aşağıdakı əsas strateji məqsədlər nəzərdə tutulur:
-
gələcək inkişaf üçün potensialın yaradılması;
-
milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi;
-
qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi;
-
dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi;
-
peyk sistemləri, onların idarə edilməsi və istismarı, eyni zamanda, kosmik sənayenin yaradılması və inkişafı üzrə normativ hüquqi bazanın
təkmilləşdirilməsi;
-
kosmik sənaye sahəsinə investisiyaların cəlb edilməsinə şəraitin yaradılması;
-
respublika ərazisinin peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi;
-
dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi;
-
respublika ərazisində ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların
aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi;
-
respublikanın beynəlxalq kosmik proqramlarda iştirakına şəraitin yaradılması;
-
kosmik sənayenin inkişafının təmin edilməsi, yerli istehsalın stimullaşdırılması və onun ixrac potensialının dəstəklənməsi;
-
kosmik sənaye və peyk sistemləri sahəsində mütəxəssislərin hazırlanması;
-
strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə monitorinqin aparılması.
-
kosmik sənayenin yaradılması və inkişafı.
4. Proqramın həyata keçirilməsinin əsas istiqamətləri
Dövlət Proqramında qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə işlərin həyata keçirilməsi nəzərdə tutulur:
-
struktur-təşkilati məsələlərin həll edilməsi;
-
telekommunikasiya peykinin orbitə çıxarılması və idarə edilməsi;
-
peyk vasitəsilə alınan kosmik informasiyanın qəbulu və emalının təşkil edilməsi;
-
kadrların hazırlanması.
4.1. Təşkilati-struktur məsələlər
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli
Aerokosmik Agentliyi, telekommunikasiya peykinin idarə edilməsi və istismarı isə yeni yaradılması nəzərdə tutulan «Azərkosmos» ASC tərəfindən həyata
keçiriləcəkdir. Peyk sistemləri, onların idarə edilməsi və istismarının mövcud qanunvericiliyə uyğun təşkili məqsədi ilə normativ hüquqi aktların və
normativ sənədlərin hazırlanması da zəruri hesab edilir.
4.2. Peykin orbitə çıxarılması və idarə edilməsi
Telekommunikasiya peykinin orbitə çıxarılması üçün aşağıdakı sahələrin öyrənilməsi və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
-
Azərbaycan Respublikasına BTİ tərəfindən ayrılmış orbital mövqelərin imkanlarının artırılması üçün təkliflərin hazırlanması;
-
telekommunikasiya peyki üçün optimal orbital mövqenin seçilməsi;
-
peykin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması;
-
peykin istehsalçısı, buraxılma vasitəsi və sığorta şirkətlərinin seçilməsi;
-
peykin idarə edilməsi və istismarı üzrə yerüstü sistemin quraşdırılması;
-
telekommunikasiya peykinin orbitə çıxarılması.
Telekommunikasiya peyk şəbəkəsinin inkişafı üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
-
telekommunikasiya peykinin idarə edilməsi sisteminin yaradılması;
-
teleradio yayımı, fiksasiya olunmuş rabitə sistemlərinin kosmik kompleksinin yaradılması;
-
çoxfunksiyalı kosmik retranslyasiya sistemlərinin təşkili;
-
çoxfunksiyalı fərdi kosmik rabitə və verilənlərin ötürülməsi;
-
peyk rabitəsinin yayım texnologiyası üzrə yeni texniki komplekslərin yaradılması.
4.3. Kosmik sənayenin yaradılması və inkişafı
Respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
-
ilk mərhələdə kosmik sənayenin yaradılması məqsədi ilə hazır sistemlərin alınaraq geniş tətbiq edilməsi, effektivliyinin öyrənilməsi və ölkədə
istehsalı üçün təkliflərin hazırlanması;
-
kosmik avadanlıqların əsas hissələri xaricdən alınmaqla, respublikada müxtəlif avadanlıqların yığılması və istehsalının təşkili;
-
kosmik sənaye avadanlıqlarının istehsalının əsas profillərinin yerli bazasının yaradılması;
-
kiçik peyklərin hazırlanması və orbitə çıxarılması üçün texnoloji potensialın yaradılması imkanlarının öyrənilməsi;
-
kosmik informasiyanın qəbulunun və emalının təşkil edilməsi.
5. Kadrların hazırlanması
Peykin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı Dövlət Proqramının uğurla
yerinə yetirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Kosmik sənayenin yeni sahə olduğu nəzərə alınaraq, bu məqsədlə aşağıdakı istiqamətlər üzrə ABŞ və
Avropada qısamüddətli kadr hazırlığının aparılması nəzərdə tutulur:
-
peykin idarə olunması və istismarının təşkili üzrə;
-
peyk xidmətləri və marketinq üzrə;
-
orbital mövqenin koordinasiyasının aparılması və digər kosmik operatorlarla əlaqənin tənzimlənməsi üzrə;
-
kosmik informasiyanın qəbulu və emalı üzrə;
-
müasir tələblərə cavab verən kosmik sənayenin yaradılması üzrə.
Kadr hazırlığının aparılması məqsədilə yerli ali təhsil müəssisələrində müvafiq elmi-tədris və praktiki bazanın yaradılması imkanları nəzərdən
keçiriləcəkdir.
6. Maliyyə mənbələri
Dövlət Proqramının maliyyə mənbələri aşağıdakılardır:
-
dövlət büdcəsi;
-
daxili və xarici investisiya;
-
texniki-maliyyə yardımları, kreditlər və qrantlar;
-
qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
7. Gözlənilən nəticələr
Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
-
respublika əhalisinin yüksək keyfiyyətli teleradio yayımı ilə təmin edilməsi;
-
dövlət orqanlarının dayanıqlı xüsusi rabitə xidmətləri ilə təmin olunması;
-
peyk rabitə xidmətləri istifadəçilərinin Azərbaycanın telekommunikasiya peykindən istifadəsinə şəraitin yaradılması;
-
Azərbaycanın xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəlikləri ilə birbaşa və etibarlı kosmik rabitənin yaradılması;
-
ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsi və qorunmasının təmin edilməsi;
-
ölkənin digər peyk şəbəkələrindən asılılığının aradan qaldırılması;
-
yüksəksürətli peyk internet xidmətinin təşkili;
-
fövqəladə hallar zamanı ölkənin istənilən bölgəsindən informasiyanın əldə olunması və idarəetmənin təşkili;
-
kosmik informasiyanın qəbulu, emalı, qorunması, paylanması və istifadəsinə xidmət edən yerüstü infrastrukturun yaradılması və inkişafı yollarının
müəyyən edilməsi;
-
məhsul istehsalında və xidmətlərin göstərilməsində peyk şəbəkəsindən istifadənin təşkili;
-
mobil abonentə multimedia peyk yayımı xidmətlərinin təqdim edilməsi (interaktiv video);
-
kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni imkanların yaradılması.
8. Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı
Sıra №-si
|
Tədbirin adı
|
Yerinə yetirilmə müddəti
(illər üzrə)
|
İcraçı
|
1
|
2
|
3
|
4
|
1.
|
Ümumi məsələlər
|
|
|
1.1.
|
Azərbaycan Respublikasında telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması
və fəaliyyətinin təmin edilməsi
|
2009
|
NK, RİTN, İİN, ƏMDK
|
1.2.
|
Peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin
verilməsi və tədbirlərin görülməsi
|
2009 — 2010
|
NK, RİTN, SMPDK, ƏN
|
2.
|
Peyk şəbəkələri və sistemləri
|
|
|
2.1.
|
Azərbaycan Respublikasına Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən ayrılmış, Azərbaycana və qonşu ölkələrə yayımı nəzərdə
tutan planlı orbital mövqedə yayım imkanlarının artırılması üçün təkliflərin hazırlanması
|
2009 — 2010
|
RİTN
|
2.2.
|
Azərbaycan Respublikasına plandankənar orbital mövqelərin ayrılması məqsədi ilə BTİ ilə işlərin davam etdirilməsi və əlavə orbital
mövqelərin əldə olunması üçün tədbirlərin görülməsi
|
2009 — 2013
|
RİTN
|
2.2.1.
|
BTİ tərəfindən müəyyən edilmiş peyk şəbəkələri ilə koordinasiya işlərinin aparılması
|
2009 — 2013
|
RİTN
|
2.2.2.
|
Orbital mövqelərin qeydiyyatı ilə bağlı BTİ ilə müvafiq tədbirlərin görülməsi
|
mütəmadi
|
RİTN
|
2.2.3.
|
Azərbaycan Respublikasına ayrılmış orbital mövqelərdən Azərbaycan Respublikasının sahiblik və istifadə hüquqlarının qorunması üçün
tədbirlərin görülməsi
|
mütəmadi
|
RİTN, ƏN
|
2.3.
|
Peykin orbitə çıxarılması üçün texniki və marketinqlə bağlı hazırlıq işlərinin görülməsi
|
|
|
2.3.1.
|
Peyk üçün optimal orbital mövqenin seçilməsi
|
2009
|
RİTN
|
2.3.2.
|
Peykin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması
|
2009
|
RİTN, İİN
|
2.3.3.
|
Peykin istehsalı və orbitə çıxarılması üzrə şirkətlərin seçilməsi və müqavilələrin bağlanılması
|
2009 — 2010
|
RİTN, İİN, Müd.N
|
2.3.4
|
Peykin orbitə çıxarılması və istismarının təşkil edilməsi, müvafiq satınalmaların həyata keçirilməsi, sığorta və hüquqi məsələlərin
həll edilməsi
|
2009 — 2012
|
RİTN, İİN, Maliyyə Nazirliyi
|
2.3.5
|
Peykin idarə edilməsi və istismarı üzrə yerüstü sistemin quraşdırılması
|
2010
|
RİTN, Müd.N
|
2.3.6
|
Peykin orbitə çıxarılması
|
2011 — 2012
|
NK, RİTN
|
2.3.7
|
Peykin yerüstü idarəetmə sisteminin və kosmik informasiyanın təhlükəsizliyi üzrə tədbirlərin görülməsi
|
2009 — 2012
|
RİTN, MSN
|
3.
|
Kosmik sənayenin yaradılması və inkişafı
|
|
|
3.1.
|
İlkin mərhələdə kosmik sənayenin yaradılması məqsədi ilə VSAT və digər terminal stansiyaların element və hissələrinin, müxtəlif tipli
və funksiyalı peyk qəbulediciləri (internet, direkt TV, GPS və digər) sistemlərinin ölkədə yığılması və istehsalı üçün təkliflərin
hazırlanması
|
2010 — 2013
|
NK, MSN, RİTN, İİN, Müd. N
|
3.2.
|
Peyk şəbəkə və qurğuları üçün ehtiyat hissə və elementlərinin bazasının, kiçik tutumlu peyklərin sahə üzrə digər avadanlıqlarının
hazırlanması ilə bağlı tələbatı öyrənməklə təkliflərin hazırlanması
|
2012 — 2013
|
NK, İİN, MSN, RİTN, Müd.N
|
4.
|
Kosmik informasiyanın qəbulu və emalı
|
|
|
4.1.
|
Çoxməqsədli peyklərdən kosmik informasiyanın əldə edilməsi, qəbulu və emalı üçün avadanlıqların alınması, onun ölkənin aidiyyəti
strukturlarına çatdırılması üçün tədbirlərin görülməsi
|
2010 — 2011
|
NK, İİN, MSN, RİTN, Müd. N, AMEA
|
5.
|
Kadrların hazırlanması
|
|
|
5.1.
|
Peykin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı
|
2009 — 2011
|
NK, RİTN, MSN, Müd.N TN
|
5.2.
|
Kadrların hazırlanması sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi və xarici mütəxəssislər cəlb edilməklə tədrisin təşkil
edilməsi
|
mütəmadi
|
RİTN, MSN, Müd.N, TN
|
Akronimlər:
NK — Nazirlər Kabineti
RİTN — Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
MSN — Müdafiə Sənayesi Nazirliyi
Müd.N — Müdafiə Nazirliyi
İİN — İqtisadi İnkişaf Nazirliyi
ƏN — Ədliyyə Nazirliyi
TN — Təhsil Nazirliyi
ƏMDK — Əmlak Məsələləri Dövlət Komitəsi
SMPDK — Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
|
17/09/2009 |
 |
Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sürətli elmi-texniki inkişafla, informasiya və kommunikasiya texnologiyalarının geniş yayılması ilə müşayiət olunan ötən əsrin sonu və yeni minilliyin
başlanğıcı qlobal informasiya mühitinin yaranmasına, mövcud sərhəd və maneələrin kifayət qədər aradan qalxmasına, əmtəələrin sərbəst beynəlxalq
dövriyyəsinə, insanların azad yerdəyişməsinə gətirib çıxarmışdır. Eyni zamanda, bu qloballaşma müasir dünyamızı beynəlxalq terrorizmin, transmilli
mütəşəkkil cinayətkarlığın, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın doğurduğu yeni təhdidlərlə üzləşdirir və hər
bir dövlət qarşısında təhlükəli təzahürlərin qarşısının alınması üçün zəruri olan milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi vəzifələrini qoyur.
Beynəlxalq kommunikasiyaların hazırkı inkişaf səviyyəsi ölkəmizin milli maraqlarının təmini məsələsində yeni yanaşmalar tələb edir. Bu da öz növbəsində
ənənəvi eyniləşdirmə üsulları ilə müqayisədə daha səmərəli olan biometrik eyniləşdirmə texnologiyalarının, onların tətbiqini nəzərdə tutan müxtəlif
biometrik eyniləşdirmə sistemləri üçün qəbul olunmuş beynəlxalq standartların öyrənilməsini, həmin texnologiyaların tətbiqi sahəsində milli standartların
hazırlanmasını, bu standartlara uyğun məqbul texnologiya və sistemləri seçməklə yeni nəsil biometrik sənədlərin istehsalı və tətbiqinin təşkilini, müvafiq
infrastrukturun yaradılmasını və təkmilləşdirilməsini, qanunvericilik bazasının, xüsusilə də informasiya təminatı və təhlükəsizliyi sahələrində normativ
hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılmasını, bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir. Yeni biometrik
eyniləşdirmə sistemlərinin effektiv fəaliyyətinin təmini isə biometrik eyniləşdirmə sistemlərinin məlumat mübadiləsi şəbəkəsinin yaradılmasını və
təkmilləşdirilməsini, müvafiq beynəlxalq informasiya resursları ilə mübadilənin təşkilini nəzərdə tutan vahid milli informasiya məkanının
formalaşdırılmasını şərtləndirir.
Azərbaycan Respublikasında insan, cəmiyyət və dövlətin maraqları arasında tarazlığın saxlanılması prinsipinə riayət edilməklə biometrik eyniləşdirmə
sisteminin yaradılmasının normativ hüquqi, təşkilati, texniki, iqtisadi əsaslarını və milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsini, vahid milli
informasiya məkanının formalaşdırılması istiqamətində müxtəlif informasiya resurslarının əlaqələndirilmiş işinin müasir tələblərə uyğun təşkilini,
qeyri-qanuni miqrasiya və cinayətkarlıqla mübarizə sahəsində digər ölkələrin müvafiq orqanları ilə biometrik məlumat mübadiləsinin tənzimlənməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı təsdiq edilsin.
2. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının yerinə yetirilməsinə nəzarət
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunsun.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üçün
əlaqələndirmə işlərini təşkil etsin, proqramdan irəli gələn məsələləri həll etsin və onun maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;
3.2. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının yerinə yetirilməsi ilə
əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.
4. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 13 fevral 2007-ci il
№ 1963
«Azərbaycan» qəzetində dərc edilmişdir (14 fevral 2007-ci il, № 32) («VneshExpertService» LLC)
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2007-ci il, № 2, maddə 144) («VneshExpertService» LLC).
6 mart 2008-ci il tarixli, 719 nömrəli; 21 avqust 2008-ci il tarixli, 815 nömrəli; 27 noyabr 2008-ci il tarixli, 26 nömrəli; 14 aprel 2009-cu il
tarixli, 81 nömrəli Fərmanlara əsasən əlavələr və dəyişikliklərlə ( «VneshExpertService» LLC).
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 13 fevral tarixli,
1963 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı
I
. Giriş
Müasir dövrdə milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, o cümlədən terrorçuluğa, qanunsuz miqrasiyaya, insan alverinə və cinayətkarlığın doğurduğu
digər təhdidlərə qarşı mübarizənin informasiya təminatının gücləndirilməsi məqsədi ilə yeni üsul və vasitələr işlənib tətbiq olunur. Şəxslərin şəkli,
barmaq izi, səsi və digər fərdi biometrik xüsusiyyətləri əsasında identifikasiya edilməsi üçün yeni texnologiyaların tətbiqi ilə biometrik informasiya
resursları formalaşdırılır, onların inteqrasiya olunduğu infrastrukturlar inkişaf etdirilir, müxtəlif qurumlarda və beynəlxalq təşkilatlarda toplanan
paylanmış informasiya resurslarından xüsusi telekommunikasiya şəbəkələri vasitəsilə müvafiq səlahiyyətlər çərçivəsində sorğu və təhlil işlərinin operativ
icrası təmin edilir. İnformasiya təminatı və təhlükəsizlik siyasəti artan tələblərə və mümkün təhdidlərə uyğun davamlı təkmilləşdirilir. Qabaqcıl
təcrübənin mənimsənilməsinə, standartlaşdırma və sertifikatlaşdırma işlərinə, kadrların fasiləsiz ixtisasartırmasına xüsusi önəm verilir.
Bir sıra dövlətlərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Standartlaşdırma Təşkilatı və
digər qurumlar tərəfindən qəbul edilmiş yeni standartlara, Beynəlxalq Miqrasiya Təşkilatının tövsiyələrinə uyğun olaraq, biometrik texnologiyaları nəzərdə
tutan elektron pasportların istehsalı və tətbiqi, biometrik identifikasiya sistemlərindən sərhədkeçmə nəzarətində və əməliyyat-axtarış fəaliyyətinin həyata
keçirilməsində, ictimai asayişin mühafizəsində istifadəsi təşkil edilmişdir. İdarələrarası və dövlətlərarası informasiya sistemləri yaradılmış, müəyyən
təcrübə toplanmış, müvafiq proqram-texniki vasitələrin istehsalçıları arasında ixtisaslaşma və rəqabət güclənmişdir. Bu sahədə konkret layihələrin
icrasına, müvafiq blankların və proqram-texniki vasitələrin istehsalına başlanılmışdır.
Biometrik texnologiyaların tətbiqi pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin mühafizə dərəcəsinin və şəxsin başqa fərdi məlumatlarla sənəd
almasına nəzarətin gücləndirilməsini, kritik infrastrukturun və digər obyektlərin mühafizə rejiminin təkmilləşdirilməsini, identifikasiya işlərinin
dəqiqliyini və müxtəlif informasiya resurslarında şəxs barədə fərdi məlumatların kompleks əlaqələndirilməsini təmin edir.
II
. Mövcud vəziyyət
Mövcud tələbləri və müasir təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikasında insan, cəmiyyət və dövlətin maraqları arasında tarazlığın saxlanması
prinsipi əsasında milli təhlükəsizlik və informasiyalaşdırma haqqında qanunvericilik bazası yaradılmış, informasiya cəmiyyətinin və elektron hökumətin
qurulması prosesləri sürətlənmiş, milli informasiya məkanının və onun əhali və miqrasiya üzrə seqmentinin, biometrik informasiya resurslarının
formalaşdırılması işlərinə başlanılmışdır. Bu işlər milli təhlükəsizliyi təmin edən xüsusi xidmət və hüquq-mühafizə orqanlarının, nəqliyyat, rabitə,
səhiyyə, xilasetmə və digər sahələrdə milli təhlükəsizliyin təmin edilməsində iştirak edən qurumların informasiya təminatının təkmilləşdirilməsinə,
həmçinin miqrasiya proseslərinin tənzimlənməsinə, demoqrafiya sahəsində statistika və siyahıyaalmanın çevikliyinə, qəbul edilən qərarların optimallığına
xidmət edir.
«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununa və «ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamə»yə uyğun olaraq, 2001-ci ildə yaradılmış «Giriş-çıxış» avtomatlaşdırılmış məlumat-axtarış
sistemi (AMAS) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik, Müdafiə, Daxili İşlər, Xarici İşlər, Ədliyyə, Vergilər nazirlikləri, Dövlət Sərhəd Xidməti,
Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Dəniz Administrasiyası və digər aidiyyəti dövlət orqanlarının qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri
çərçivəsində əhali və miqrasiya barədə informasiya təminatının həyata keçirilməsi və aşağıda göstərilən məsələlərlə bağlı, o cümlədən biometrik məlumatlar
üzrə müvafiq informasiya resurslarının formalaşdırılması, bu və digər qarşılıqlı əlaqədə olan paylanmış resurslardan sorğu və təhlil işlərinin aparılması
üçün istifadə edilir:
-
ölkə vətəndaşlarına pasport, şəxsiyyət vəsiqəsi, şəxsiyyəti təsdiq edən və dövlət sərhədini keçmək üçün qanunvericiliklə nəzərdə tutulmuş digər
sənədlərin verilməsi;
-
ölkədə daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq sənədlərin verilməsi;
-
ölkəyə gələn əcnəbilərə verilmiş vizalar üzrə məlumatların toplanması;
-
şəxslərin yaşayış və olduğu yer üzrə qeydiyyatının aparılması;
-
sistem vasitəsilə fərdiləşdirilən sənəd blanklarının və onların hərəkətinin mərkəzləşmiş uçotu;
-
ölkəyə gəlməsinə və ölkədən getməsinə qanunvericiliklə nəzərdə tutulmuş hallarda məhdudiyyət qoyulan və ya axtarış elan olunan şəxslər, nəqliyyat
vasitələri, etibarsız hesab olunmuş sərhədkeçmə sənədləri barədə məlumatların nəzarət siyahılarında toplanması və istifadəsi;
-
sərhədkeçmə nəzarəti zamanı şəxslərin identifikasiya olunması, pasport-viza və digər sərhədkeçmə sənədlərinin həqiqiliyinin yoxlanılması,
şəxslərin, sənədlərin, nəqliyyat vasitələrinin nəzarət siyahıları ilə tutuşdurulması, şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçməsi üzrə
mərkəzləşmiş uçotu;
-
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində nəzərdə tutulan yaşayış və olduğu yer üzrə informasiya resurslarının formalaşdırılması;
-
sistemin tərkibinə daxil olan və onunla qarşılıqlı əlaqədə olan paylanmış informasiya resursları arasında uzlaşmanın fərdi identifikasiya nömrəsi
və digər rekvizitlər vasitəsilə təmin edilməsi.
Milli təhlükəsizliyi təmin edən dövlət orqanlarını, o cümlədən mərkəzi serverlər kompleksini, qeydiyyat və şəxsiyyət vəsiqələri üzrə rayon bölmələrini,
regional pasport mərkəzlərini, sərhəd nəzarət məntəqələrini əhatə edən və ölkənin konsulluq bölmələrinin vahid şəbəkəyə birləşdirilməsini nəzərdə tutan
infrastruktura malik «Giriş-çıxış» AMAS-ın istismarı, inkişafı və təhlükəsizliyi üzrə idarələrarası qarşılıqlı fəaliyyət Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sərəncamına uyğun olaraq müvafiq Əlaqələndirmə Şurası vasitəsilə təşkil edilmişdir. «Giriş-çıxış» AMAS-ın mövcud altsistemlərinin, o cümlədən
sənədlərin fərdiləşdirilməsi, identifikasiyanın və sərhədkeçmə nəzarətinin aparılması, informasiya mübadiləsi üzrə funksional modulların
təkmilləşdirilməsinə, elektron imza texnologiyalarının tətbiqinə, biometrik identifikasiya, miqrasiyanın monitorinqi üzrə yeni funksional modulların, mobil
identifikasiya və sorğu vasitələrinin yaradılmasına başlanılmışdır. Aparılan işlərin digər dövlət proqramları, xüsusilə «Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Proqramı (2006-2008-ci illər)» və «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün
Dövlət Proqramı (Elektron Azərbaycan)» ilə əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Milli informasiya təhlükəsizliyi sistemi, «Giriş-çıxış»
avtomatlaşdırılmış məlumat-axtarış sistemi, fərdi məlumatlar haqqında normativ hüquqi aktların layihələri üzərində işlər aparılır, «Kibercinayətkarlıqla
mübarizə» haqqında və «Fərdi məlumatların avtomatlaşdırılmış sistemlərdə istifadəsi ilə əlaqədar şəxsin hüquqlarının qorunması haqqında» Avropa Şurasının
konvensiyalarına qoşulmaq imkanlarına baxılır.
«Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu, müvafiq qaydalar, o cümlədən «Fərdi identifikasiya
nömrəsinin (FİN) verilməsi qaydası» təsdiq edilmiş, ölkədə FİN-nin tətbiqinə, fərdi məlumatların informasiya sistemlərinin qarşılıqlı əlaqədə fəaliyyət
göstərməsinə hüquqi əsas yaradılmışdır. Qanunvericiliyə əsasən reyestrin tərkibinin əhalinin yaşayış və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı və hərbi mükəlləfiyyətliyi barədə sənədləşdirilmiş informasiya resurslarından ibarət olması, bu resursların müvafiq
olaraq Azərbaycan Respublikasının Daxili İşlər və Ədliyyə nazirlikləri tərəfindən formalaşdırılması, Əhalinin Dövlət Reyestrinin aparılmasının milli
informasiya məkanında vahid standartların və prinsiplərin tətbiqinə əsaslanması nəzərdə tutulmuşdur. Şəxsə müxtəlif fərdi identifikasiya nömrələrinin
verilməsinin biometrik məlumatlar vasitəsilə yoxlanılıb qarşısının alınması mexanizminə zərurət yaranmışdır. Yaşayış yerinin müəyyən edilməsi barədə
sənədlərin «Giriş-çıxış» AMAS-ın aidiyyəti altsistemləri vasitəsilə fərdiləşdirilməsi təşkil olunmuş, Əhalinin Dövlət Reyestrində şəxslər haqqında nəzərdə
tutulan məlumatların əksər hissəsi (fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, ailə vəziyyəti,
yaşayış yeri, vəsiqənin nömrəsi və s.), o cümlədən müəyyən biometrik məlumatları (fotoşəkli, qan qrupu, gözlərinin rəngi, boyu) sistemdə toplanmışdır.
Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması ilə bağlı müvafiq tədbirlər görülür. İnformasiya-sorğu işinin həcmi, o cümlədən şəkil və digər
biometrik məlumatlar üzrə identifikasiya işlərinə tələbat artmışdır. 2005-ci ildə görülmüş təşkilati-texniki tədbirlər nəticəsində ölkə vətəndaşları
barəsində toplanan informasiya seçici yaşına çatmış şəxsləri əhatə etmiş, beləliklə, bu resurslardan statistika və siyahıyaalma kimi məsələlərin operativ
həlli, habelə nəqliyyat, rabitə, turizm, təhsil, sosial təminat və digər sahələrdə səmərəli istifadəsi üçün imkanlar genişlənmişdir.
III
. Aparılan işlərin əhəmiyyəti
«Giriş-Çıxış» AMAS-ın və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin tətbiq və istifadə dairələrinin artması, toplanan təcrübə, habelə
«Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası», «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)»
bu sistemlərin inkişaf etdirilməsini, miqrasiya üzrə vahid dövlət informasiya sisteminin yaradılmasını, miqrasiya proseslərinin tənzimlənməsində iştirak
edən dövlət orqanları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsini, milli informasiya məkanının əhali və miqrasiya üzrə seqmentinin elmi əsaslarda
kompleks formalaşdırılmasını zəruri edir. Bunun üçün müxtəlif dövlət orqanlarında şəxs barədə informasiya resurslarının fərdi identifikasiya nömrəsi və
biometrik məlumatlar vasitəsilə uzlaşdırılması tələb olunur.
Bu baxımdan biometrik texnologiyaların tətbiqi ilə əlaqədar aşağıdakı məsələlərin həlli milli təhlükəsizlik sisteminin, o cümlədən qanunsuz miqrasiya və
insan alverinə qarşı mübarizənin gücləndirilməsində, eyni zamanda informasiya cəmiyyətinin qurulmasında xüsusi əhəmiyyət kəsb edir:
-
miqrasiya prosesləri və sərhədkeçmə ilə bağlı nəzarətin, pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin mühafizə dərəcəsinin biometrik
texnologiyaların tətbiqi ilə gücləndirilməsi;
-
biometrik identifikasiya texnologiyaları əsasında yeni nəsil pasport-viza sənədlərinin istehsalının və tətbiqinin təşkili;
-
mövcud informasiya sistemlərində biometrik məlumatların standartlara uyğun toplanması və müvafiq infrastrukturun təkmilləşdirilməsi;
-
şəxsin şəkli, barmaq izi, səs, dezoksiribonuklein turşusu (DNT) və digər seqmentlərin daxil olduğu milli identifikasiya sisteminin yaradılması, o
cümlədən şəxsə müxtəlif fərdi identifikasiya nömrələrinin verilməsi hallarının biometrik məlumatlar əsasında aşkarlanması və aradan qaldırılması
mexanizminin qurulması;
-
ölkə vətəndaşlarına yeni nəsil pasport və şəxsiyyət vəsiqəsinin verilməsi üçün onların biometrik məlumatları əsasında real vaxt rejimində
identifikasiya edilməsi, zəruri məlumatların müvafiq dövlət orqanlarında formalaşdırılan (o cümlədən Əhalinin Dövlət Reyestrində doğum və nikah
haqqında, Daşınmaz Əmlak üzrə Dövlət Reyestrində yaşayış mənzilləri haqqında, vətəndaşların «elektron sağlamlıq kartı»nda qan qrupu, gözün rəngi,
boyun uzunluğu haqqında, habelə bank sistemlərində müvafiq dövlət rüsumunun ödənilməsi haqqında) elektron informasiya resurslarında fərdi
identifikasiya nömrələrindən istifadə etməklə xüsusi telekommunikasiya şəbəkələri vasitəsilə yoxlanılması, «Giriş-çıxış» AMAS-ın digər dövlət
informasiya sistemləri ilə məlumat mübadiləsi texnologiyasının işlənməsi, bu sistemlərə qoşulma və elektron sənəd dövriyyəsinin təşkil edilməsi
işlərinin həmin resursların formalaşdırılmasına paralel olaraq ardıcıl aparılması.
IV
. Dövlət Proqramının vəzifələri
Dövlət Proqramının həyata keçirilməsi iki mərhələdə nəzərdə tutulur. Birinci mərhələ (2007-2009-cu illər) bu sahənin qanunvericilik bazasının
təkmilləşdirilməsi və biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi məsələləri, habelə miqrasiya
proseslərinə dövlət tərəfindən nəzarətin gücləndirilməsinə dair tədbirləri, o cümlədən sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya
resurslarının formalaşdırılması və təkmilləşdirilməsini əhatə edir.
İkinci mərhələdə (2010-2012-ci illər) biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi nəzərdə tutulur.
Dövlət Proqramının həyata keçirilməsi üzrə vəzifələr və gözlənilən nəticələr aşağıdakılardır:
-
fərdi məlumatlar, o cümlədən biometrik informasiya, həmçinin miqrasiyanın monitorinqi, informasiya təminatı və mühafizəsi sahələrində normativ
hüquqi bazanın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi;
-
biometrik informasiya sahəsində standartlaşmanın və sertifikatlaşdırmanın təşkili;
-
biometrik texnologiyalar əsasında elektron pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin istehsalının və tətbiqinin təşkili, şəxsin başqa
fərdi məlumatlarla sənəd alması imkanının aradan götürülməsi, toplanan informasiyanın dəqiqliyinin təmin olunması;
-
yeni nəsil pasport-viza sənədlərinin fərdiləşdirilməsi ilə şəkil, barmaq izi və digər biometrik məlumatlar üzrə milli informasiya resurslarının
formalaşdırılması, mövcud biometrik məlumatların standartlara uyğunlaşdırılması;
-
səs və DNT üzrə biometrik məlumatların qeydiyyatı və istifadəsi üzrə aparıcı xarici dövlətlərin təcrübəsinin və qabaqcıl texnologiyaların
mənimsənilməsi, bu sahədə fəaliyyətin təşkili;
-
axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində xüsusi proqram-texniki vasitələrlə real vaxt rejimində şəkillərinə görə
tanınması, mərkəzdən müşahidə olunması və arxivləşdirilməsi sisteminin yaradılması və tətbiqi;
-
şəxsin şəkli, barmaq izi, səs, DNT və digər biometrik məlumatlar üzrə formalaşdırılan informasiya resursları əsasında müvafiq identifikasiya
sistemlərinin, o cümlədən mobil terminalların yaradılması və tətbiqi, sərhədkeçmə nəzarəti və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi,
ictimai asayişin mühafizəsi, habelə xilasetmə işlərinin aparılması üzrə və digər sahələrdə istifadəsinin təşkili;
-
xüsusi rejimli obyektlərdə nəzarət-buraxılış işlərinin, kommunikasiya vasitələri, qurğuları və qovşaqlarının mühafizəsi işlərinin, həmçinin
yüklərin plomblanması və daşınma marşrutuna nəzarət işinin müasir biometrik texnologiyalar vasitəsilə təkmilləşdirilməsi;
-
şəxsin şəkli, barmaq izi, səs, DNT və digər biometrik məlumatlar üzrə informasiya sistemləri arasında məlumat mübadiləsinin təşkili;
-
«Giriş-çıxış» AMAS-ın müvafiq altsistemlərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə miqrasiya üzrə vahid dövlət informasiya sisteminin
yaradılması;
-
milli informasiya məkanının əhali və miqrasiya üzrə seqmentinin kompleks formalaşdırılması, biometrik məlumatlar və miqrasiya üzrə beynəlxalq
informasiya resursları ilə məlumat mübadiləsinin təşkili;
-
pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin fərdiləşdirilməsinin və yoxlanılmasının operativliyinin və effektivliyinin artırılması;
-
Dövlət Proqramının əhatə sahəsinin yüksək ixtisaslı mütəxəssislərlə təminatının və təcrübə mübadiləsinin təşkili;
-
mühafizəli və ciddi uçot sənədləri blanklarının, idarə və təşkilatlarda istifadə olunan digər rəsmi blankların istehsalının, müasir mühafizə və
identifikasiya texnologiyalarının işlənməsinin təşkili, bununla əlaqədar müvafiq ixtisaslaşmış nəşriyyat və sertifikatlaşdırma mərkəzlərinin
yaradılması, milli istehsalçıların stimullaşdırılması.
Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək
Tədbirlər
Sıra №-si
|
Tədbirin adı
|
Tədbirin məqsədi
|
İcra müddəti
|
İcraçı orqanlar
|
1
|
2
|
3
|
4
|
5
|
1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
1.1.
|
Azərbaycan Respublikasında mövcud normativ hüquqi aktlara əlavələr və dəyişikliklər edilməsinə dair layihələrin, habelə yeni
aktların layihələrinin hazırlanması
|
|
|
|
1.1.1.
|
«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi haqqında Əsasnamə
|
sahənin hüquqi bazasının təkmilləşdirilməsi
|
2007-ci ilin birinci yarısı
|
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət
Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
1.1.2.
|
«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi haqqında Əsasnamə
|
sahənin hüquqi bazasının təkmilləşdirilməsi
|
2009
|
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
1.1.3.
|
«Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə»
|
sahənin hüquqi bazasının təkmilləşdirilməsi
|
2007
|
Nazirlər Kabineti, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə
Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
1.1.4.
|
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu
|
sahənin hüquqi bazasının təkmilləşdirilməsi
|
2009
|
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi, Ədliyyə
Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
1.1.5.
|
«Azərbaycan Respublikasında immiqrant statusunu təsdiq edən sənədin formasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının
Qanunu
|
sahənin hüquqi bazasının təkmilləşdirilməsi
|
2009
|
Nazirlər Kabineti, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət
Sərhəd Xidməti, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi
aidiyyəti dövlət orqanları ilə birgə
|
1.1.6.
|
«Dövlət daktiloskopik qeydiyyatı haqqında» Azərbaycan Respublikasının Qanunu
|
sahənin hüquqi bazasının təkmilləşdirilməsi
|
2007
|
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi
aidiyyəti dövlət orqanları ilə birgə
|
1.1.7.
|
«Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu
|
sahənin hüquqi bazasının təkmilləşdirilməsi
|
2007
|
Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi aidiyyəti
dövlət orqanları ilə birgə
|
1.1.8.
|
«Dənizçi pasportu haqqında Əsasnamə»nin layihəsi
|
sahənin hüquqi bazasının təkmilləşdirilməsi
|
2007-ci ilin birinci yarısı
|
Nazirlər Kabineti, Dövlət Dəniz Administrasiyası, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
1.2.
|
Biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ hüquqi aktların hazırlanması
|
|
|
|
1.2.1.
|
«Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası Qanunun layihəsi
|
fərdi məlumatların informasiya sistemlərində işlənməsi ilə əlaqədar insan hüquqlarının qorunması üçün beynəlxalq standartlara uyğun
zəruri qanunvericilik əsaslarının yaradılması
|
2007
|
Nazirlər Kabineti, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi
aidiyyəti dövlət orqanları ilə birgə
|
1.2.2.
|
«Biometrik informasiya haqqında» Azərbaycan Respublikası Qanunun layihəsi
|
ölkədə tətbiq olunan biometrik göstəricilərin müəyyənləşdirilməsi, biometrik məlumatların toplanması, işlənməsi və istifadəsi
qaydalarının, onların tətbiq sahələrinin və mühafizə tələblərinin müəyyən edilməsi
|
2007
|
Nazirlər Kabineti, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə
Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu aidiyyəti dövlət orqanları ilə birgə
|
1.2.3.
|
Sahə üzrə normativ hüquqi aktların, habelə normativ texniki təlimatların hazırlanması, sənədlərin təsviri və spesifikasiyalarının paket
halında işlənməsi
|
sahə üzrə münasibətlərin tənzimlənməsinin kompleks təşkili
|
2007-2009
|
Nazirlər Kabineti aidiyyəti dövlət
orqanları ilə birgə
|
2. Təşkilati-texniki tədbirlər
|
2.1.
|
Normativ texniki bazanın işlənməsi
|
|
|
|
2.1.1.
|
Biometrik eyniləşdirmə texnologiyalarının öyrənilməsi və müqayisəli təsnifatı, onların tətbiqini nəzərdə tutan müxtəlif biometrik
eyniləşdirmə sistemləri üçün qəbul olunmuş beynəlxalq standartların öyrənilməsi, həmin texnologiyaların tətbiqi sahəsində milli
standartların hazırlanması və bu standartlara uyğun texnologiyaların, sistemlərin, vasitələrin, üsul və alqoritmlərin
sertifikatlaşdırılmasının təşkili
|
sahə üzrə münasibətlərin tənzimlənməsinin kompleks təşkili
|
2007-2009
|
Nazirlər Kabineti, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyun tarixli, 120s nömrəli Sərəncamı ilə (2005-ci il 23 may tarixli, 133s nömrəli
Sərəncamı ilə edilmiş düzəlişlərlə) yaradılmış Əlaqələndirmə Şurası (bundan sonra Əlaqələndirmə Şurası) aidiyyəti dövlət orqanları ilə
birgə
|
2.1.2.
|
Biometrik eyniləşdirmə sisteminin elmi-hüquqi əsaslandırılmış formalaşdırma mexanizminin, təhlükəsizlik və istifadə siyasətinin
hazırlanması və tətbiqi
|
əhali və miqrasiya barədə müxtəlif kateqoriyalı paylanmış informasiya resurslarının fərdi identifikasiya nömrəsi və biometrik
məlumatlar vasitəsilə uzlaşdırılmasının və əlaqələndirilmiş istifadəsinin təşkili
|
2007
|
Nazirlər Kabineti, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik
Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi
|
2.1.3.
|
Milli informasiya məkanının əhali və miqrasiya üzrə seqmentinin formalaşdırılması konsepsiyasının hazırlanması
|
sahənin elmi əsaslarla yaradılmasının və davamlı inkişafının təmin olunması, idarəolunmanın təşkili
|
2007
|
Nazirlər Kabineti, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əlaqələndirmə Şurası, Dövlət Miqrasiya
Xidməti aidiyyəti dövlət orqanları ilə birgə
|
2.2.
|
Sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədlərin fərdiləşdirilməsi üzrə informasiya resurslarının formalaşdırılması və
təkmilləşdirilməsi
|
«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin inteqrasiya tələbləri əsasında layihə və texniki
tapşırığın işlənməsinin, proqramlaşdırma işlərinin, texniki vasitələrin seçilib qurulmasının və sistemin tətbiqinin təşkili
|
|
|
2.2.1.
|
Azərbaycan Respublikası vətəndaşının pasportları üzrə
|
2.2.1.1.Pasportların hazırlanması və istehsalı ilə bağlı işlərin təşkili, aparılması və biometrik eyniləşdirmənin tələbləri əsasında
istehsalının təmin edilməsi
|
2007-2008
|
İqtisadi İnkişaf Nazirliyi, Əlaqələndirmə Şurası
|
2.2.1.2. «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin pasportlar üzrə altsisteminin
təkmilləşdirilməsi və onun vahid infrastrukturu əsasında əhalinin biometrik pasportlarla təmin edilməsi
|
2008-2009
|
Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası
|
2.2.2.
|
Dənizçi pasportu üzrə
|
sənədlərin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış və qeydiyyat» idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemiylə inteqrasiyasının təmin edilməsi
|
2007
|
Dövlət Dəniz Administrasiyası, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası
|
2.2.3.
|
Mülki hava nəqliyyatında aviasiya personalına verilən sənədlər üzrə
|
mülki hava nəqliyyatında verilən sənədlərə (aviasiya personalına, mühəndis (texnik), hava hərəkəti dispetçerinə və s. verilən sənədlər)
onların sahibi haqqında müəyyən biometrik məlumatların daxil edilməsi və «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemiylə inteqrasiyasının təmin edilməsi
|
2010-2012
|
Dövlət Mülki Aviasiya Administrasiyası, «Azərbaycan Hava Yolları» DK, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
2.2.4.
|
Beynəlxalq avtomobil yükdaşıma vasitələrinin sürücülərinə verilən sənədlər üzrə
|
sənədlərin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış və qeydiyyat» idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemiylə inteqrasiyasının təmin edilməsi
|
2010-2012
|
Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
2.2.5.
|
Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə
verilən şəxsiyyət vəsiqəsi üzrə
|
mövcud infrastrukturun resursları, inteqrasiya və biometrik eyniləşdirmənin tələbləri əsasında sənədlərin istehsalı və fərdiləşməsinin
təşkili
|
2008-2009
|
Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası
|
2.2.6.
|
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi üzrə
|
«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin şəxsiyyət vəsiqələri üzrə altsisteminin
təkmilləşdirilməsi və onun vahid infrastrukturu əsasında biometrik eyniləşdirmə sisteminin tətbiqinin təşkili
|
2010-2012
|
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası
|
2.2.7.
|
Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə
verilən şəxsiyyət vəsiqəsi üzrə
|
mövcud infrastrukturun resursları, inteqrasiya və biometrik eyniləşdirmənin tələbləri əsasında sənədlərin istehsalı və fərdiləşməsinin
təşkili
|
2010-2012
|
Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası
|
2.2.8.
|
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbiyə verilən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə üzrə
|
«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin əcnəbilərin vəsiqələri üzrə altsisteminin
təkmilləşdirilməsi və onun vahid infrastrukturu əsasında əcnəbilərin müvafiq biometrik sənədlərlə təmin edilməsi
|
2010-2012
|
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası
|
2.2.9.
|
Sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin texniki pasportu və biometrik etibarnamə üzrə
|
sənədlərin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış və qeydiyyat» idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemiylə inteqrasiyasının təmin edilməsi
|
2010-2012
|
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
2.2.10.
|
Nəqliyyat biletləri və baqaj sənədləri üzrə
|
sənədlərin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış və qeydiyyat» idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin müvafiq resursları ilə əlaqələndirilməsinin təşkili
|
2010-2012
|
Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
2.2.11.
|
Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi üzrə
|
mövcud infrastrukturun resursları, inteqrasiya və biometrik eyniləşdirmənin tələbləri əsasında sənədlərin istehsalı və fərdiləşməsinin
təşkili
|
2008-2009
|
Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
2.2.12.
|
Azərbaycan Respublikasında daimi yaşayan şəxsə verilən immiqrant vəsiqəsi üzrə
|
sənədin biometrik texnologiyalar əsasında istehsalı və fərdiləşməsinin təşkili və «Giriş-çıxış və qeydiyyat» idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemiylə inteqrasiyasının təmin edilməsi
|
2010-2012
|
Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası
|
2.3.
|
Biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi
|
|
|
|
2.3.1.
|
«Elektron sağlamlıq kartı» ilə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin informasiya
mübadiləsinin təmin olunması, zəruri proqram-texniki vasitələrin hazırlanması və tətbiqi
|
«Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron
Azərbaycan)» çərçivəsində həyata keçirilən bu layihədə Biometrik eyniləşdirmə sisteminin tələbatının nəzərə alınması üçün işlərin
əlaqələndirilməsi, şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi zamanı müvafiq məlumatların (qan qrupu, gözünün rəngi, boyu və s.)
«Elektron sağlamlıq kartı»ndan əldə olunması
|
2007-2008
|
Səhiyyə Nazirliyi, Əlaqələndirmə Şurası, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu aidiyyəti dövlət orqanları
ilə birgə
|
2.3.2.
|
Strateji əhəmiyyətli və xüsusi mühafizə rejimli obyektlərin, o cümlədən hava, su, dəmiryolu nəqliyyat vasitələrinin, qurğularının,
qovşaqlarının qorunması üçün texniki tələblərin müəyyənləşdirilməsi
|
nəqliyyat vasitələrinin, qurğularının, qovşaqlarının və obyektlərinin mühafizəsi, beynəlxalq daşımaların təşkili, onların nəzarət
olunması sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müasir biometrik texnologiyalar vasitəsilə təkmilləşdirilməsi
|
2008-2012
|
Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
2.3.3.
|
Yükdaşımaların təhlükəsizliyini gücləndirən proqram-texniki vasitələrin hazırlanması və tətbiqi
|
yüklərin plomblanmasının və daşınma marşrutuna nəzarətin müasir biometrik texnologiyalar vasitəsilə təkmilləşdirilməsi
|
2008-2010
|
Nazirlər Kabineti aidiyyəti dövlət orqanları ilə birgə
|
2.3.4.
|
Mobil biometrik eyniləşdirmə və sorğu terminallarının hazırlanması və tətbiqi
|
səlahiyyətli dövlət orqanlarının xüsusi texnika ilə təminatının təkmilləşdirilməsi
|
2007-2008
|
Nazirlər Kabineti, Əlaqələndirmə Şurası
|
2.3.5.
|
Kütlədən şəxsin şəklinə görə real vaxt rejimində tanınması sisteminin tətbiqi
|
axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində xüsusi proqram-texniki vasitələrlə şəkillərinə görə tanınması və
mərkəzdən müşahidə olunması
|
2007-2009
|
Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti,
Nəqliyyat Nazirliyi, Əlaqələndirmə Şurası aidiyyəti dövlət orqanları ilə birgə
|
2.4.
|
Milli biometrik identifikasiya və verifikasiya servisinin yaradılması
|
|
|
|
2.4.1.
|
Şəkil və barmaq izi üzrə identifikasiya və verifikasiya servislərinin yaradılması
|
formalaşmış informasiya resurslarında şəkil və barmaq izi əsasında axtarış və müqayisə imkanlarının təmin edilməsi
|
2007-2008
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əlaqələndirmə Şurası
|
2.4.2.
|
Səs üzrə identifikasiya və verifikasiya servisinin yaradılması
|
formalaşmış informasiya resurslarında səs əsasında axtarış və müqayisə imkanlarının təmin edilməsi
|
2008-2012
|
Milli Təhlükəsizlik Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları
İnstitutu aidiyyəti dövlət orqanları ilə birlikdə
|
2.4.3.
|
DNT üzrə identifikasiya və verifikasiya servisinin yaradılması
|
DNT-nin tətbiqi üzrə mərkəzin və milli informasiya bankının yaradılması
|
2008-ci ildən başlayaraq
|
Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə
|
2.4.4.
|
Milli fərdi identifikasiya nömrələri servisinin təkmilləşdirilməsi
|
tətbiq olunan fərdi identifikasiya nömrələrinin unikallığının təmin olunması, eyni şəxsə ayrı adla yeni sənədlərin verilməsinin
biometrik məlumatlar əsasında yoxlanılması və qarşısının alınması
|
2007-ci ildən başlayaraq
|
Ədliyyə Nazirliyi, Əlaqələndirmə Şurası
|
2.4.5.
|
Şəxsiyyət vəsiqəsi və şəxsiyyəti təsdiq edən digər sənədlərin verilməsi üçün zəruri məlumatlar üzrə (doğum, nikah, yaşayış yeri, qan
qrupu, gözün rəngi, boyun uzunluğu, ödənilmiş dövlət rüsumları haqqında və s.) müvafiq dövlət orqanlarının elektron informasiya
resursları ilə «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məlumat mübadiləsi
texnologiyasının işlənib tətbiq olunması
|
toplanan informasiyanın dəqiqliyinin təmin olunması, müvafiq informasiya resurslarının səmərəsinin, işin operativliyinin və əhaliyə
xidmət səviyyəsinin artırılması, verilən sənədə ödənilən xərcin azaldılması
|
2008-ci ildən başlayaraq
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutu, Əlaqələndirmə Şurası
|
2.5.
|
Təhlükəsizliyin gücləndirilməsi üzrə əlavə tədbirlər
|
|
|
|
2.5.1.
|
Biometrik eyniləşdirmə sisteminin xüsusi informasiya mübadiləsi şəbəkəsinin yaradılması və təkmilləşdirilməsi, müvafiq beynəlxalq
informasiya resursları ilə mübadilənin təşkili
|
sistemin seqmentləri arasında informasiya mübadiləsinin təşkili
|
2007-ci ildən başlayaraq
|
Nazirlər Kabineti aidiyyəti dövlət orqanları ilə birgə
|
2.5.2.
|
Beynəlxalq təcrübənin mütəmadi öyrənilməsinin və kadr hazırlığının təşkili, tədris mərkəzinin yaradılması
|
sistemin beynəlxalq standartlara uyğun yaradılmasının və inkişafının, bunun üçün yüksək ixtisaslı kadrlarla təmin olunmasının təşkili
|
2007-ci ildən başlayaraq
|
Nazirlər Kabineti, Əlaqələndirmə Şurası, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu aidiyyəti dövlət orqanları
ilə birgə
|
2.5.3.
|
Elektron imza texnologiyasının tətbiqi, korporativ sistemin açıq açarlar infrastrukturunun və sertifikat mərkəzinin qurulmasına dair
təkliflərin hazırlanması, kriptoqrafik vasitələrin seçilib tətbiq olunmasının təşkili, təhlükəsizlik üzrə sınaqların keçirilməsi
|
sistemdə mühafizəli informasiya mübadiləsinin təmin edilməsi
|
2007-ci ildən başlayaraq
|
Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli
Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Əlaqələndirmə Şurası aidiyyəti dövlət orqanları ilə birgə
|
|
13/02/2007 |
 |