Dosta göndər

22.06.2017

Nazirliyin əməkdaşları dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə mükafatlandırıldı

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə iyunun 23-ü dünyada Dövlət Qulluğu Günü qeyd edilir. Ölkəmizdə də 2006-cı ildən Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu nəzərə alınaraq bu təqvim “Dövlət qulluqçularının peşə bayramı günü” kimi təsis edilib. 

 

Azərbaycan Respublikası Prezidenti tərəfindən hər il “Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə” bir qrup dövlət qulluqçusu fəxri adlarla təltif edilirlər. Bu il də ölkə başçısının müvafiq Sərəncamı ilə 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 46 nəfər “Tərəqqi” medalı, 142 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı da təltif edilənlər sırasında yer alıb. Belə ki, Ellada Musayeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

Eyni zamanda, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən, 23 iyun – “Dövlət qulluqçularının peşə bayramı günü” münasibəti ilə nazirliyin bəzi əməkdaşları mükafatlandırılıb.

 

Uzunmüddətli və səmərəli əmək fəaliyyətlərini nəzərə alaraq Məmmədov İlqar, Mirəliyeva Gültən, Kərimova Lalə, Vəliyeva Sevinc, Kərimova Aygün, Müzəffərova Samirə “Fəxri fərman”la təltif ediliblər.