Dosta göndər

Xalq kompüteri

 

 

Ölkənin informasiya texnologiyaları sahəsində beynəlxalq inteqrasiyasının sürətləndirilməsi, e-hökumət, e-ticarət və s. kimi yeni virtual imkanların yaradılması həm də əhalinin kompüterləşmə səviyyəsinin artırılmasına zəruriyyət yaradır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və dünyanın aparıcı şirkətlərinin iştirakı ilə “Xalq kompüteri” layihəsinin həyata keçirilməsinə başlanılmışdır.

 

 

Layihənin şərtləri

1

Layihə müqaviləsinin surəti (iki nüsxədə) çap edilir

Buradan yüklə:

 

Ümumtəhsil məktəblərinin müəllimləri üçün  

 

Ali məktəb müəllimləri, tələbə və şagirdlər üçün  

2

Müqavilə (iki nüsxədə) iştirakçı tərəfindən doldurularaq imzalanır və müvafiq təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq edilir;

3

Təsdiq edilmiş müqavilə (iki nüsxədə) "Bestcomp Group" şirkətinə göndərilir.

 

Müqavilə yoxlanıldıqdan sonra "Satıcı" (BestComp Group şirkəti) tərəfindən təsdiq edilir. Bundan sonra müqavilənin bir nüsxəsi və sifariş edilmiş kompüter "Alıcı"nın ünvanına (iştirakçının işlədiyi/oxuduğu təhsil müəssisəsinə) poçt vasitəsilə çatdırılır.

 

"Alıcı" müqavilə ilə birlikdə ən yaxın poçt şöbəsinə müraciət edərək, müvafiq hesaba hər ay müqavilədə qeyd olunan məbləği ödəyir.

 

Layihənin təsviri

“Xalq kompüteri” layihəsinin həyata keçirilməsi Azərbaycanda hökumət və özəl sektorların uğurlu əməkdaşlığının, eləcə də dövlət strukturlarının və İKT sektorunun dünyanın aparıcı şirkətləri ilə tərəfdaşlığının təzahürüdür.

Layihə 2009-cu ilin aprelindən həyata keçirilməyə başlanmışdır. İlkin mərhələdə bu layihə “HP” şirkətinin kompüter təchizatı, “Microsoft” şirkətinin lisenziyalı proqram təminatı, yerli “BestComp Group” şirkətinin operatorluğu və Təhsil Nazirliyinin dəstəyi sayəsində orta məktəb müəllimləri üçün keçirilir. Sonradan layihəyə məktəblilər, tələbələr və ali məktəb müəllimləri qoşulub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ümumi rəhbərliyi, “Azərpoçt” MMC isə bütün ölkə ərazisini əhatə edən poçt şəbəkəsi vasitəsi ilə kompüterlərin çatdırılmasını təmin edir.

 

Layihənin məqsədi 

  • Əhalinin sosial təbəqələrinin lisenziyalı proqramlarla təchiz edilmiş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq
  • Əhalinin qlobal informasiya məkanına təşviqi üçün onların maarifləndirilməsi prosesinin sürətləndirilməsi
  • İntellektual mülkiyyətin qorunması və İKT sahəsində kadrların hazırlanması
  • Regionlardakı əhalinin kompüter əldə etməsinə şərait yaratmaq və aztəminatlı sosial qrupların dəstəklənməsi

 

Layihənin şərtləri və üstünlükləri

 

 

  • Hər bir kompüter alıcısının ilkin ödəniş etmədən, faizsiz kreditlə və bazar qiymətlərindən 25-30% aşağı qiymətlərlə müasir kompüterlər əldə edə bilməsi
  • Kompüter alıcılarının lisenziyalı proqram təminatına sahib olması
  • Alıcılara internetə qoşulmaq üçün güzəştli imkanların yaradılması
  • Alıcıların kompüter biliklərinin artırılması üçün maarifləndirici materiallarla təmin edilməsi.

 

Layihənin icrasından gözlənilən nəticələr 

  • Layihə başa çatana qədər Azərbaycanda kompüterlərin sayı dünyanın orta göstəricisinə çatacaq
  • Dövlətin yaratdığı e-hökumət imkanlarından əhali tərəfindən istifadə həcmi çoxalacaq
  • Əhalinin və özəl müəssisələrin internet üzərindən olan ticarət və xidmətlərə marağı artacaq
  • Mülkiyyət hüququnun pozulması (piratçılıq) səviyyəsinin azalması üzrə həyata keçirilən tədbirlər genişləndiriləcək
  • Milli informasiya resurslarına və proqram məhsullarına tələbat artacaq. 

Əldə olunmuş ilkin nəticələr 

  • İştirakçılar tərəfindən ilkin mərhələdə 20 mindən artıq kompüter əldə edilmişdir
  • Layihənin idarə edilməsi üçün avtomatlaşdırılmış sistem yaradılmışdır
  • Layihənin saytı yaradılmış və xidmətlər barədə məlumatlandırma həyata keçirilir
  • Kreditin ödənilməsi üçün on-line ödəniş tətbiq edilir
  • Layihəyə digər proqram və avadanlıq istehsalçıları maraq göstərir. Əlavə olaraq antivirus proqramları, genişzolaqlı modem təchizatı təklif edilir
  • Layihənin digər sosial qruplar üzrə genişləndirilməsi də planlaşdırılır.