Dosta göndər

Telekommunikasiya

Sabit telefon şəbəkəsi

 

Azərbaycan Respublikasının ərazisində sabit şəbəkə telefon xidmətləri əsasən ölkənin iki iri dövlət operatoru – “Aztelekom” İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən göstərilir.

 

“Aztelekom” İB-nin telefon şəbəkəsi (simli və simsiz) Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla, bütün ölkə ərazisini, BTRİB-in telefon şəbəkəsi (simli və simsiz) Bakı şəhərinin Binəqədi, Qaradağ, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Xəzər, Xətai və Yasamal rayonlarının inzibati ərazilərini əhatə edir.

 

“Aztelekom” İB-nin sabit telefon şəbəkəsi

Kommutasiya şəbəkəsi 1260-dan çox məntəqədə quraşdırılmış EATS-lərdən və CDMA simsiz telefon şəbəkəsinin baza stansiyalarından ibarətdir. Ölkə əhalisinin 80%-ə qədərinin yaşadığı ərazi CDMA şəbəkəsinin əhatə dairəsinə daxildir. Birlik tərəfindən bütün növ telekommunikasiya xidmətləri göstərilir. Abunəçilərin 212 mini və ya 31%-i genişzolaqlı şəbəkə vasitəsilə internetdən istifadə edir. İnternet xidməti həm “Aztelekom.net” provayderi, həm də özəl ISP-lər tərəfindən göstərilir. Birliyin EATS-lərinin ümumi tutumları 785 min nömrə təşkil edir. Bundan 169 min nömrə tutumu və ya 21,5% ən müasir multimedia xidmətlərini dəstəkləyən NGN avadanlıqlarının payına düşür. Stansiyalararası birləşdirici xətlərin 91%-i optik kabellərlə təşkil edilmişdir.

 

 

  • 01.01.2004-cü il tarixə şəbəkədə istismar olunan ATS-lərin ümumi tutumu 489 327№ idisə, hazırda, ATS-lərin ümumi tutumu 785 000 № təşkil edir.
  • 400 yeni ATS tikilmişdir.
  • 768 ATS rekonstruksiya olunaraq elektron ATS-lərlə əvəz olunmuşdur.
  • 320-dən artıq ATS-in tutumu genişləndirilmişdir.
  • 01.01.2004-cü il tarixə şəbəkədə elektronlaşma səviyyəsi 38,7% təşkil edirdisə, hazırda bu rəqəmin 100% olmasını qürur hissi ilə demək mümkündür.
  • 01.01.2004-cü il tarixə Birliyin xidmət ərazisində telefon şəbəkəsi tam elektron olan rayonların sayı 7 idisə, hazırda, bu rəqəm 57 olmaqla 100% təşkil edir.
  • 01.01.2004-cü il tarixə F/O kabel magistrallarının və birləşdirici xətlərin ümumi uzunluğu 1919 km idisə, hazırda bu magistralların uzunluğu 7 min km-dən artıqdır. Bu isə 4,0 dəfə artım deməkdir.
  • Ötən müddət ərzində 6 min km uzunluğunda fiber-optik kabel magistralları və birləşdirici xətlər tikildi.
  • Bütün rayonların mərkəzi ATS-lərinin TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa qoşulmaları təmin edildi. 2004-cü ildə belə TKQ-lərin sayı 32 idi.
  • «Aztelekom.net» İnternet provayderi fəaliyyətə başladı və provayderlər arasında liderə çevrildi.
  • CDMA simsiz telefon şəbəkəsi istismara verildi.
  • Şəbəkədə yeni NGN texnologiyası tətbiq olundu. Şəbəkə tutumunda NGN avadanlıqların payı 21,5 %-ə çatdırıldı.
  • Bütün xidmət ərazisi İnternet xidmətləri ilə təmin olundu.
  • Xidmət ərazisində 2004-cü ildə genişzolaqlı (ADSL) İnternet istifadəçisi yox idisə, hazırda şəbəkədə 178 mindən artıq belə abunəçi qeydiyyatdadır.

 

 

Bakı Telefon Rabitəsi İB-nin sabit telefon şəbəkəsi:

 

Baktelekom” (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi)  Bakı şəhəri  əhalisinə, şəhərdə yerləşən müəssisə və təşkilatlara 193 ədəd Avtomat Telefon Stansiyası (ATS) vasitəsi ilə telefon, sürətli internet, video-telefon, İPTV, DATA, sorğu-məlumat, eləcə də müvafiq servis  xidmətləri göstərir.

 

“Baktelekom” şəbəkəsində mövcud olan 193 ədəd ATS-in 33 ədədi vasitəsilə  Xətai Telefon Qovşağı Nəsimi, Nərimanov, Binəqədi, Səbail və Xətai rayonları ərazisində, 39 ədədi vasitəsilə Yasamal Telefon Qovşağı Nəsimi, Binəqədi, Yasamal və Səbail rayonları ərazisində, 29 ədədi vasitəsilə Nizami Telefon Qovşağı Nizami, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində, 36 ədədi vasitəsilə Sabunçu Telefon Qovşağı Sabunçu və Suraxanı rayonları ərazisində, 30 ədədi vasitəsilə Xəzər Telefon Qovşağı Xəzər və Pirallahı rayonları ərazisinə, 19 ədədi vasitəsilə Qaradağ Telefon Qovşağı Qaradağ rayonu ərazisinə, 5 ədədi ilə “AzEvroTel” MMC Səbail, Yasamal, Nəsimi rayonlarının ərazisində yuxarıda qeyd olunmuş müxtəlif rabitə və digər telekommunikasiya xidmətləri təşkil edir.

 

Birliyin şəbəkəsində mövcud olan 193 ədəd ATS-dən 2 ədədi Bakı və Abşeron rayonunda (Rouminq ilə respublika ərazisində) simsiz telefon və qalan 191 ədədi isə simli telefon xidməti göstərir.

 

“Baktelekom” şəbəkəsi ATS-lərində quraşdırılmış telefon nömrə tutumu  788466 ədəd nömrə təşkil edir və bütün ATS-lər elektron tiplidir. Şəbəkədə quraşdırılmış tutumların 633997 nömrəsi və ya 80,4 faizi abunəçilərin istifadəsinə verilmişdir.

 

Şəbəkə  ATS-lərində  quraşdırılmış tutumların  466530 nömrə (59,2 %) müasir NGN, 104709 nömrə (13,2 %) C&C 08, 109722 nömrə (14,2 %) S-12, 70097 nömrə (9 %)  DMS, 3145 nömrə (0,4 %) DRX, 844 nömrə (0,11 %) Karel və 20000 nömrə (2,58 %) CDMA tipli avadanlıqlar təşkil edir.

 

“Baktelekom”  şəbəkəsinin stansiyalararası bağlantıları 100 faiz optik səviyyədə təşkil olunmuş, böyük tutumlu stansiyalararası rabitənin alternativliyi 100 faizə, digər stansiyalar üzrə isə  90 faizə çatdırılmışdır. Şəbəkədə stansiyalararası optik kabellərin uzunluğu 1456,3 km təşkil edir. Birliyin şəbəkəsində nömrələrin abunəçilərə paylanması 1516 ədəd paylayıcı şkaf vasitəsilə həyata keçirilir.

 

Xidmətlərin istifadəçilərə yaxınlaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə “FTTx” layihəsi çərçivəsində “Baktelekom” şəbəkəsində optik qoşulmanı dəstəkləyən 31 ədəd SMART-AX tipli multiservis ATS-lər quraşdırılmış və bu işlərin həyata keçirilməsi davam etdirilir.

 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şəbəkəsi vasitəsilə abunəçilərə “Bakinternet” və digər İSP-lər tərəfindən genişzolaqlı sürətli internet xidmətləri göstərilir. Hazırda şəbəkəyə qoşulan abunəçilərdən 257830 ədədi genişzolaqlı xətlər vasitəsilə internet xidmətlərindən (o cümlədən BTRİB -164607 ədəd, digər İSP-lər 93223 ədəd) istifadə edir. İnternet xidmətlərdən istifadəyə olan tələbata uyğun olaraq BTRİB şəbəkəsinin ATS-lərində ADSL portlarının tutumu 314772 ədədə çatdırılmışdır. Bu portların 190800 ədədi və ya 60,6 faizi BTRİB, 123972 ədədi və ya 39,4 faizi digər İSP-lər tərəfindən quraşdırılmışdır. Mövcud vəziyyətdə BTRİB şəbəkəsi telefonlarının 40,6 faizinin xətləri üzərindən genişzolaql sürətli internet xidmətləri göstərilir.