Dosta göndər

Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi

 

 

 

 

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üzrə elektron xidmətlər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumu “AzInTelecom” MMC tərəfindən həyata keçirilir.

 

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına dair elektron xidmətlər ərizəçilərin müraciəti əsasında həyata keçirilir. Ərizəçi elektron xidmətə daxil olaraq müvafiq xidmət üzrə əməliyyatları həyata keçirərək tələb olunan sənədləri müraciətə əlavə edir. Formalaşmış müraciət ərizəsi çap edilərək imza və möhürlə təsdiqləndikdən sonra certificate@azintelecom.az elektron poçt ünvanına göndərilir. Müraciət elektron şəkildə göndərildikdən sonra qeydə alınır və bu barədə dərhal ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Müraciət üzrə sənədlər qaydasında olduğu təqdirdə sifarişçi ilə müqavilə bağlanır. Müqavilə 1 il müddətinə bağlanır və müqavilə müddətinin bitməsinə 1 ay qalmış tərəflərdən hər hansı birindən müqaviləyə xitam verilməsinə dair təşəbbüs olmadığı təqdirdə müqavilə 3 il müddətinə uzadılır. Elektron xidmətdə formalaşmış müqavilə 2 nüsxədə çap edilərək təsdiqləndikdən sonra fiziki qaydada “AzInTelecom” MMC-nin ünvanına təqdim edilir.

 

Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsindən imtina halları və ya təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) iş günündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildiyi gündən sonra onlara 15 (on beş) iş günü müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir. Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 4.7-ci bəndinə əsasən, telekommunikasiya vasitələri və qurğuları üzrə keçirilən sertifikatlaşdırmanın işi və xərcləri sifarişçi tərəfindən ödənilir. Ödəniş telekommunikasiya vasitələri və qurğuları üzrə keçirilən sertifikatlaşdırmanın işi və xərcləri nəzərə alınmaqla sertifikatlaşdırma orqanı ilə sifarişçi arasında bağlanmış müqavilə və qiymət razılaşma protokoluna əsasən tənzimlənir. Ödənişlərin aparılması köçürmə yolu ilə həyata keçirilir və ödənişi təsdiq edən sənədin surəti skan edilərək göndərilir.

 

Telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsinə görə ödənişin aparılması üçün hesab

 

B1. Benifisiar (alan) bank

 

Adı:

Kodu:

VÖEN:

M/h:

S.W.İ.F.T. Bik:

“Azərpoçt”  MMC PF 1

691011

9900037711

AZ76NABZ01350100000000094944

AZPOAZ22

B2. Vəsaiti alan

 

Adı:

Hesab №:

VÖEN:

“AzInTelecom” MMC

AZ30AZPO91015461200420100063   

9900048721

C1. Valyuta növü

AZN

 

Müraciətə dair xidmətlərin göstərilməsi nəticəsində sifarişçinin istehsal, idxal, ixrac və ya realizə etdiyi telekommunikasiya vasitələri və qurğularına “uyğunluq” sertifikatı verilir.

 

“Uyğunluq” sertifikatı 1 il müddətinə verilir.