Dosta göndər

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi

Prosedur barədə məlumat

 

 

 

 

 

Lisenziyaların verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa uyğun olaraq həyata keçirilir.

Rabitə xidmətlərinə lisenziyaların verilməsi qeyd olunan Qanunun 1 nömrəli “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 6-ci bəndinə, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2 nömrəli “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” əlavəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində həyata keçirilir. 

 

 

Fəaliyyət növlərinin adı

Dövlət rüsumu (manatla)

Rabitə xidmətləri

6.1

Telefon (məftilli)

2500

6.2

Radiotrank və simsiz telefon

2500

6.3

 Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)

5500

6.4

İP-telefoniya (internet-telefoniya)  

4000

6.5

Ölkədaxili telekommunikasiya kanallarının təşkili

2500 

6.6

Beynəlxalq telekommunikasiya kanallarının təşkili

5500

6.7

Məlumatların ötürülməsi (data)

3000

6.8

Sürətli poçt xidməti

1250

 

 

Aşağıdakı fəaliyyət növləri üzrə lisenziyalar qeyd olunan Qanunun 2 nömrəli “Dövlət təhlükəsizliyindən irəli gələn hallarda lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı”nın 3-cü və 4-cü bəndlərinə, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş 3 nömrəli “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” əlavəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən verilir.

 

 

Digər fəaliyyət növləri

3

Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi 1100 

4

Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi 1100 

 

Ərizəçi lisenziyanın alınması üçün lisenziya verən orqana ərizə ilə müraciət edir və lisenziya verilməsi üçün tələb olunan sənədləri təqdim edir (ərizə forması və tələb olunan sənədlərlə tanış olmaq üçün sizi maraqlandıran fəaliyyət növünü aktiv edin):

 

Ərizəçi tərəfindən təqdim edilmiş sənədlər araşdırıldıqdan sonra, lisenziya verilməsindən imtina edilmədikdə, ərizəçi lisenziya verilməsi üçün tələb olunan rüsumunu dövlət büdcəsinə (Hesab) ödəyərək, ödəniş barədə sənədi lisenziya verən orqana təqdim edir.

 

Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, lisenziya verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

 

Lisenziya müddətsiz verilir.

 

Lisenziya sahibinin lisenziyanın şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Lisenziyanın şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

 

 

 

 

 

 

 

 

 

Xüsusi razılıq (lisenziya) verilməsi  məqsədilə tələb olunan
dövlət rüsumunun ödənilməsi üçün hesab

Fəaliyyət növü:   ___________________________ 

Benifisiar (alan) bank
Adı: Dövlət Xəzinadarlığı Agentliyi
VÖEN-i: 140 155 5071
Kodu:
210 005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.: CTREAZ22
 
Xəzinadarlıq orqanı
Adı: Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti
VÖEN:
140 300 6271
Hesablaşma hesabı: AZ17CTRE00000000000002117131
   
Büdcə səviyyəsinin kodu: 1
Büdcə təsnifatı kodu:     142 215
 
Köçürülən məbləğ:
Rəqəmlə  ____________ (AZN)
Yazı ilə  ___________ manat

 

Ödənişin təyinatı:          Xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən  dövlət rüsumu                  

 

Qeyd:  Ödəniş tapşırığı doldurularkən 50-ci sahədə və ya mətndə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin VÖEN-i göstərilməlidir.  VÖEN: 9900033991