Nazirin müşaviri

Nəsimi Cəfərov

 

Nəsimi Cəfərov​ 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisasını bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib. 
 
Bakı Biznes Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.
 
Nəsimi Cəfərov 1995-2017-ci illərdə vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
 
Vergi orqanlarında xidmətdə olduğu müddətdə ​ baş vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
 
2015-ci ildə “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
 
2018-2019-cu illərdə Xüsusi Dövlət Mühafizə Xidmətində idarə rəisinin müavini vəzifəsində çalışıb.