Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsi (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - Nazirlik) aparatının struktur bölməsidir və Nazirliyin nəqliyyat sahəsinin dövlət tənzimlənməsi (bundan sonra “müvafiq sahə”) ilə bağlı fəaliyyətini təmin edir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin (bundan sonra - Nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin əsas fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasına və həyata keçirilməsinə dair təkliflər verir;

 

2.0.2.

müvafiq sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsinə dair təkliflər verir;

 

2.0.3.

müvafiq sahədə beynəlxalq və yerli əhəmiyyətli layihələrinin hazırlanması və, həyata keçirilməsi işində aidiyyəti üzrə iştirak edir;

 

2.0.4.

Azərbaycan Respublikası ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün təkliflər verir;

 

2.0.7.

müvafiq sahə üzrə rəylər verir, təkliflər hazırlayaraq Nazirliyin rəhbərliyinə təqdim edir;

 

2.0.8.

müvafiq sahə üzrə tariflərin tənzimlənməsində iştirak edir və təkliflər verir;

 

2.0.9.

nəqliyyat sahəsinin inkişafı, o cümlədən, nəzarət və tənzimlənmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müvafiq informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar təkliflər verir;

 

2.0.10. 

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin hazırlanması, əsas istiqamətlərinin formalaşdırılması və həyata keçirilməsində iştirak etmək və bu barədə təkliflər vermək;

 

3.0.2.

müvafiq sahə üzrə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında iştirak etmək;

 

3.0.3.

müvafiq sahədə islahatların həyata keçirilməsinə və struktur dəyişikliklərin aparılmasına dair təkliflərin hazırlanmasında, fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq sahə üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, o cümlədən, şöbənin fəaliyyət istiqamətləri ilə əlaqədar digər tədbirlərin həyata keçirilməsində iştirak etmək;

 

3.0.4.

müvafiq dövlət proqramlarında Nazirliyə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsində iştirak etmək;

 

3.0.5.

müvafiq sahə üzrə nəqliyyat qovşaqlarında nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi və daşımaların inkişafı ilə bağlı təkliflər vermək;

 

3.0.6.

müvafiq sahə üzrə tarif siyasətinin formalaşması, habelə tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə tətbiq edilən tariflər barədə təkliflərin hazırlanmasındaiştirak etmək;

 

3.0.7.

beynəlxalq daşıma tariflərini və yığımlarını qüvvədə olan beynəlxalq qaydalara uyğun olaraq təsdiq edilməsi ilə bağlı təkliflər vermək, habelə müvafiq sahədə tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə tətbiq edilən tariflərin monitorinqini aparmaq, bu barədə aidiyyəti qurumlara təkliflər hazırlamaq;

 

3.0.8.

müvafiq sahə üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin, bu sahədə beynəlxalq təcrübəni öyrənmək və tətbiq edilməsi məqsədilə təkliflər vermək;

 

3.0.9.

Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında müqavilə bağlamış xarici ölkələrlə icazələrin kvotasının müəyyənləşdirilməsinə və əlavə mübadiləsinə dair təkliflər vermək;

 

3.0.10.

avtomobil nəqliyyatı infrastrukturu obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına aidiyyəti üzrə rəy və təkliflər vermək;

 

3.0.11.

nəqliyyat sahəsində icazələrin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar müəyyən edilmiş tələblərə əməl edilməklə verilməsinə nəzarət etmək;

 

3.0.12.

dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyat və sağlamlığının, dəniz mühitinin mühafizəsi sahəsində normativ hüquqi aktların hazırlanmasında iştirak 3.0.13. nəqliyyat sahəsində dövlət-özəl tərəfdaşlığa dair təkliflər vermək;

 

3.0.14.

aviadaşımalar bazarının rəqabət əsasında formalaşdırılması ilə bağlı təkliflər vermək;

 

3.0.15.

mülki hava limanlarının, aerodromların, vertodromların beynəlxalq uçuşlar üçün açılması (bağlanılması) barədə təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.0.16.

Azərbaycan Respublikasının hava məkanında və hava limanlarında hava gəmilərinin uçuşlarına aeronaviqasiya, telekommunikasiya, informasiya və meteoroloji xidmətlərini göstərənlər üçün tələblərə dair təkliflər vermək;

 

3.0.17.

nəqliyyat növləri və daşıyıcılar arasında sağlam rəqabət mühitinin yaradılması istiqamətində təkliflər hazırlamaq;

 

3.0.18.

nəqliyyat infrastrukturu obyektlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlanılmasında və onların fəaliyyətləri ilə bağlı müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;

 

3.0.19.

nəqliyyat sahəsində törədilən inzibati xətaların təhlil etmək və mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair layihələri hazırlamaq;

 

3.0.20.

səlahiyyətlərinə aid edildiyi halda törədilən inzibati xətaya dair işin hallarını araşdırmaq və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

 

3.0.21.

nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətlərinin əlaqələndirilməsində, bütün daşıma növlərinin inkişafı üçün tədbirlərin görülməsində iştirak etmək;

 

3.0.22.

yol hərəkəti təhlükəsizliyinin və yol hərəkəti təşkilinin səmərəliyinin artırılması məqsədi ilə təkliflərin hazırlanmasında, habelə bu sahə üzrə aidiyyəti dövlət orqanları tərəfindən təqdim edilmiş təkliflərə baxılmasında iştirak etmək;

 

3.0.23.

müvafiq sahə üzrə daxil olan müraciət, təklif, ərizə və şikayətlərə baxılmasını təmin etmək;

 

3.0.24.

qanunvericiliyə uyğun olaraq, xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

 

3.0.25.

beynəlxalq və yerli daşımaların səmərəliliyini təmin etmək məqsədilə avtovağzalların (avtostansiyaların), dəmir yolu, hava və dəniz limanlarının yaradılması, genişləndirilməsi, bağlanması və digər formada təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq;

 

3.0.26.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

Nazirliyin aparatının struktur bölmələri, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən müvafiq sahə üzrə hazırlanmış normativ hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;

 

4.0.2.

müvafiq sahənin tənzimlənməsi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq normativ hüquqi sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

 

4.0.3.

fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, Nazirliyin dövlət tənzimlənməsi sahəsində fəaliyyətinə aid qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

 

4.0.4.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Nazirliyin aparatının struktur bölmələrindən, onun strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan, qanunvericiliklə müəyyən edilmiş qaydada digər müəssisə, idarə və təşkilatlardan, onların səlahiyyətli şəxslərindən zəruri sənədlər, materiallar və məlumatlar almaq;

 

4.0.5.

müvafiq sahə üzrə beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsinin təşkilində iştirak etmək;

 

4.0.6.

müvafiq sahə üzrə xarici ölkələrin təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər müvafiq qurumları ilə beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığın təşkil edilməsində və həyata keçirilməsində iştirak etmək, habelə danışıqların aparılmasında və beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında və imzalanmış müqavilələrin tələblərinin təmin olunması istiqamətində aparılan işlərdə iştirak etmək;

 

4.0.7.

Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

 

4.0.8.

mülki aviasiyada geyim formalarının nümunələrinin, fərqlənmə nişanlarının və geyim formalarının daşınması qaydalarının təsdiq edilməsinə dair təkliflər vermək;

 

4.0.9.

beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə üzrə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin qiymətləndirmək və yüksəldilməsi ilə bağlı təkliflər vermək;

 

4.0.10.

nəqliyyat növləri arasında, habelə nəqliyyat qovşaqlarında yük sahibləri, operatorlar, ekspeditorlar və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;

 

4.0.11.

Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda idarəetmənin təkmilləşdirilməsi, onların fəaliyyətlərinin yaxşılaşdırılması barədə təkliflərin hazırlanmasında iştirak etmək;

 

4.0.12.

nəqliyyat sahəsində fəaliyyət göstərən dövlət qurumlarından onların fəaliyyəti barədə müəyyən olunmuş qaydada məlumatların tələb edilməsi barədə təkliflər vermək və səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;

 

4.0.13.

Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında sürücülərin iş və istirahət rejimləri, iş şəraitinin xüsusiyyətləri ilə bağlı tələblərə əməl olunması, habelə daşıyıcılar tərəfindən bu rejimə riayət olunması istiqamətində həyata keçirilən tədbirlərə nəticələrinə dair hesabatlar tələb etmək;

 

4.0.14.

nəqliyyat sahəsində infrastrukturun təhlükəsizliyi və mühafizəsinin və hərəkətin təhlükəsizliyinin təmin olunması ilə əlaqədar məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə mütəxəssislərin cəlb olunması üçün təkliflər vermək;

 

4.0.15.

nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə dair normativ-hüquqi aktlara və istifadəsinə dair texniki tələblərə, qaydalara və təlimatlara rəy verilməsində, nəqliyyat sahəsinə daxil olan fəaliyyətlərdə fiziki və hüquqi şəxslər tərəfindən hərəkətin təhlükəsizliyinə və təhlükəsizlik işlərinin təşkilinə dair normativ-texniki sənədlərin tələblərinin yerinə yetirilməsi ilə əlaqədar tədbirlərin görülməsində iştirak etmək;

 

4.0.16.

müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə qoşulması və bu müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

 

4.0.17.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbənin strukturuna Avtomobil nəqliyyatı sektoru, Dəniz nəqliyyatı sektoru və Mülki aviasiya sektoru daxildir. Sektorlar bu Əsasnamə ilə Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını aidiyyəti üzrə təmin edirlər.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Avtomobil nəqliyyatı, Dəniz nəqliyyatı və Mülki aviasiya sektorlarına nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

 

5.6.

Sektor müdirləri bu Əsasnamə ilə müəyyən olunmuş və şöbə müdiri tərəfindən onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

 

5.7.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektor müdirlərindən biri həyata keçirir.

 

5.8.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.9.

Şöbə müdiri:

 

5.9.1.

Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir.

 

5.9.2.

şöbənin strukturuna daxil olan sektor və işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir

 

5.9.3.

şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına nəzarət edir;

 

5.9.5.

aidiyyəti üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər verir;

 

5.9.6.

Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və digər göstərişləri ilə verilmiş aidiyyəti tapşırıqların, o cümlədən milli layihələr və strategiyaların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, tədbirlər və fəaliyyət planlarının, eləcə də strateji yol xəritələrinin (milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri istisna olmaqla), Nazirlər Kabinetinin qərar və sərəncamlarının, nazirin əmr, sərəncam və göstərişlərinin, Nazirliyin Kollegiya qərarlarının aidiyyəti üzrə yerinə yetirilməsini təmin edir;

 

5.9.7.

şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.9.8.

şöbədə çalışan dövlət qulluqçularının illik xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

 

5.9.9.

şöbənin yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə işçilərin peşə hazırlığının yüksəldilməsi və ixtisaslarının artırılması kurslarda, təlimlərdə iştirakı barədə, işçilərin işə təyin olunması haqqında Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.9.10.

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrindən, onun strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan zəruri sənədləri və məlumatları alır;

 

5.9.11.

şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

 

5.9.12.

şöbədə kargüzarlıq işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını təmin edir;

 

5.9.13.

şöbədə məxfilik rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə görə cavabdehlik daşıyır;

 

5.9.12.

zəruri hallarda Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə, yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir;

 

5.9.13.

Şöbəni təmsil edir;

 

5.10.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyırlar.

 

5.11.

Şöbənin hər bir əməkdaşı ona məlum olan xidməti sirr və yaxud dövlət sirri təşkil edən məlumatların mühafizə olunmasına görə, öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.