Nəqliyyat siyasəti şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nazirlik) aparatının nəqliyyat sahəsində dövlət siyasətinin formalaşdırılması üzrə fəaliyyəti təmin edən struktur bölməsidir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra - Nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin əsas fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdaklardır:

 

2.0.1.

müvafiq sahədə inkişafın əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflər verir;

 

2.0.2.

müvafiq sahədə dövlət proqramlarının hazırlanmasında Nazirliyin aparatının struktur bölmələri onun qurumlarə ilə birlikdə iştirak edir və onların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirir;

 

2.0.3.

beynəlxalq miqyasda həyata keçirilən nəqliyyat siyasətini təhlil edərək, milli nəqliyyat siyasəti üçün prioritet istiqamətləri müəyyən edir;

 

2.0.4.

Azərbaycan Respublikasında müvafiq sahənin mövcud durumu üzrə təhlillər aparır, onun prioritet inkişaf istiqamətləri barədə proqnozlar hazırlayır;

 

2.0.5.

müvafiq sahədə islahatların və struktur dəyişikliklərinin aparılması barədə təkliflər verir və bu istiqamətdə həyata keçirilən işlərdə iştirak edir;

 

2.0.6.

nəqliyyat sahəsi müəssisələrinin fəaliyyətinin tənzimləmə mexanizminin təkmilləşdirilməsində iştirak edir;

 

2.0.7.

müvafiq sahədə strateji planlaşdırmanın aparılmasında və inkişaf üçün prioritet istiqamətlərin müəyyən edilməsində iştirak edir;

 

2.0.8.

müvafiq sahədə həyata keçirilməsi nəzərdə tutulan layihələrin effektivliyinin qiymətləndirilməsi işində iştirak edir;

 

2.0.9.

müvafiq sahədə həyata keçirilən layihələr üzrə yaradılmış işçi qrupları və layihə idarəetmə qruplarında təmsil olunur, layihələrin koordinasiya və idarə edilməsində iştirak edir;

 

2.0.10.

müvafiq sahə üzrə normativ hüquqi sənədlərin, sahəvi standartların, təlimatların, beynəlxalq və sahələrarası müqavilələrin və digər bu kimi sənədlərin layihələrinin işlənib hazırlanması, mövcud sənədlərin yenilənməsi və müvafiq qaydada imzalanması və ya təsdiq edilməsi təşəbbüsü ilə çıxış edir və onların həyata keçirilməsində iştirak edir;

 

2.0.11.

Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə normativ-hüquqi aktların və sahə standartlarının layihələrini hazırlayır;

 

2.0.12.

Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;

 

2.0.13.

Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə Nazirliyin kollegiya qərarlarının, təşkilati-sərəncamverici sənədlərin və göstərişlərin aidiyyəti üzrə icrasını təmin edir;

 

2.0.14.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin əsas vəzifələri

 

3.0.

Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

 

3.0.1.

nəqliyyat sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasına və həyata keçirilməsinə dair təkliflər vermək;

 

3.0.2.

nəqliyyat sahəsində mövcud normativ hüquqi təminatın təkmilləşdirilməsi üzrə təkliflər vermək, bu sahədə yaranan münasibətlərin tənzimlənməsi üçün normativ hüquqi aktların layihələrini hazırlamaq;

 

3.0.3.

nəqliyyat sahəsində beynəlxalq inteqrasiyanın və iqtisadi inkişafın sürətləndirilməsi üçün strateji istiqamətləriüzrə təkliflər vermək;

 

3.0.4.

nəqliyyat sahəsində vahid dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi məqsədləri üçün aidiyyəti dövlət qurumları ilə əlaqəli fəaliyyətin təşkili məsələlərinə dair təkliflər vermək;

 

3.0.5.

nəqliyyat sahəsində inkişaf strategiyalarının işlənib hazırlanmasında iştirak etmək;

 

3.0.6.

nəqliyyat sahəsində innovativ layihələrin, sahə və sahələrarası proqramların, inkişaf konsepsiyalarının və digər sənədlərin layihələrinin işlənib hazırlanmasında iştirak etmək;

 

3.0.7.

nəqliyyat sahəsində islahatların aparılmasına, dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

 

3.0.8.

Azərbaycan Respublikası ərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərlə çıxış etmək;

 

3.0.9.

nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlardan alınan məlumatları təhlil edərək, bu sahənin inkişafına və səmərəliliyinin arıtılmasına, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə yönələn layihələrin həyata keçirilməsinə dair təkliflərlə çıxış etmək;

 

3.0.10.

nəqliyyat sahəsində Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın həyata keçirilməsində iştirak etmək;

 

3.0.11.

nəqliyyat sahəsi ilə bağlı hüquqi aktların layihələrini hazırlamaq, hazırlanmasında iştirak etmək;

 

3.0.12.

nəqliyyat sahəsi ilə bağlı hüquqi aktların layihələrinə dair rəy vermək;

 

3.0.13.

nəqliyyat sahəsi üzrə sahəvi standartların, təlimatların, beynəlxalq və sahələrarası müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 

3.0.14.

nəqliyyat sahəsində Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların fəaliyyətinin koordinasiyası ilə bağlı təkliflər vermək;

 

3.0.15.

nəqliyyat sahəsində dövlət siyasəti və normativ-hüquqi tənzimləmə ilə bağlı təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq;

 

3.0.16.

müvafiq sahə üzrə tarif siyasətinin formalaşması, habelə tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə tətbiq edilən tariflər barədə təkliflər vermək;

 

3.0.17.

nəqliyyat sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək;

 

3.0.18.

qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Nazirliyin aparatının struktur bölmələrindən, qurumlardan, qanunvericiliklə müəyyən edilmiş qaydada digər müəssisə, idarə və təşkilatlardan, onların səlahiyyətli şəxslərindən zəruri sənədlər, materiallar və məlumatlar almaq;

 

4.0.2.

nəqliyyat sahəsinin tənzimlənməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

 

4.0.3.

Nazirliyin aparatının struktur bölmələri və qurumları tərəfindən müvafiq sahə üzrə hazırlanmış normativ hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;

 

4.0.4.

nəqliyyat sahəsində dövlət siyasəti ilə bağlı rəy vermək, Nazirliyin dövlət tənzimlənməsi sahəsində fəaliyyətinə aid qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

 

4.0.5.

nəqliyyat sahəsində fəaliyyətin tənzimlənməsi və dövlət siyasəti ilə bağlı beynəlxalq təcrübənin öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

 

4.0.6.

nəqliyyat sahəsində mütəxəssislərin hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

 

4.0.7.

Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə (konfranslar, müşavirələr və seminarlar) Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.3.

Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.4.

Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavini vardır.

 

5.5.

Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.6.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini həyata keçirir.

 

5.7.

Şöbənin əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.8.

Şöbə müdiri:

 

5.8.1.

şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

5.8.2.

tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir, işçilərinin fəaliyyətinin illik qiymətləndirilməsini həyata keçirir;

 

5.8.3.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

 

5.8.4.

qanunvericiliklə müəyyən olunmuş qaydada səlahiyyətlərinə aid olan məsələlər üzrə şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbiri görülməsi haqqında nazirə təqdimat verir;

 

5.8.5.

işçilərin ixtisaslarının artırılması üçün müvafiq tədbirlər həyata keçirir;

 

5.8.6.

şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

 

5.8.7.

şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən hüquqi aktların və sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

 

5.8.8.

daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

 

5.8.9.

şöbənin vəzifələrini yerinə yetirmək üçün tələb olunan məlumat və sənədləri Nazirliyin digər şöbələrindən və struktur bölmələrindən alır;

 

5.8.10.

Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir.

 

5.8.11.

şöbəni təmsil edir.

 

5.9.

şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.10.

şöbənin hər bir əməkdaşı ona məlum olan xidməti sirr və yaxud dövlət sirri təşkil edən məlumatların mühafizə olunmasına görə, öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.