Telekommunikasiya və poçt şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) aparatının struktur bölməsidir və Nazirliyin telekommunikasiya, o cümlədən radio-televiziya yayımı, peyk və poçt rabitəsi üzrə texniki istismarın təşkilinə, inkişafına və tezlik resurslarından səmərəli istifadəyə nəzаrət və tənzimləmə (bundan sonra “müvafiq sahə”) üzrə fəaliyyətini təmin edir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını, istismar təlimat və qaydalarını və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlarlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

telekommunikasiya, o cümlədən telefon (sabit), respublikadaxili və beynəlxalq telefon rabitəsi, genişzolaqlı internet, radio-televiziya yayımı, peyk və poçt rabitəsi sahələrinin (bundan sonra – müvafiq sahə) inkişafına, texniki istismarına və radiotezlik resurslarından səmərəli istifadəyə nəzаrəti təmin еdir;

 

2.0.2.

müvafiq sahənin inkişafı üzrə prioritetlərin müəyyən edilməsində, beynəlxalq və yerli əhəmiyyətli layihələrin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

 

2.0.3.

müvafiq sahənin inkişafı üzrə qurumlarda işlərin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir;

 

2.0.4.

beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının Rabitə Administrasiyasının səlahəyyətlərinə aid olan işlərdə iştirak edir;

 

2.0.5.

dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlərin həyata keçirilməsində iştirak edir;

 

2.0.6.

müvafiq sahənin inkişafı üçün təkliflər verir;

 

2.0.7.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə verilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir :

 

3.0.1.

müvafiq sahənin inkişafı üzrə prioritetlərin müəyyən edilməsinə, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasına və həyata keçirilməsinə dair təkliflər hazırlamaq;

 

3.0.2.

müvafiq sahənin inkişafında elmi-texniki nailiyyətlərin tətbiqinə dair təkliflər vermək;

 

3.0.3.

müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə fəaliyyət göstərən elmi-texniki şurada müzakirə üçün təkliflər hazırlamaq, bu məqsədlə şuranın telekommunikasiya və poçt bölməsində müvafiq qərarlar qəbul etmək;

 

3.0.4.

müvafiq sahənin inkişafı ilə bağlı dövlət əhəmiyyətli obyektlərin tikintisi barədə təkliflər hazırlamaq;

 

3.0.5.

müvafiq sahənin inkişafı üzrə beynəlxalq və yerli əhəmiyyətli investisiya layihələrinin hazırlanmasında iştirak etmək, həmin layihələrin həyata keçirilməsi və idarə olunması ilə bağlı şöbənin funksiyaları çərçivəsində tədbirlər görülməsi məqsədilə təkliflər vermək;

 

3.0.6.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq sahənin inkişafı üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilən tikintilərin sifarişçi funksiyalarının həyata keçirilməsi üçün təkliflər vermək;

 

3.0.7.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda müəyyən edilmiş hallarda və qaydada, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) xüsusi icazənin verilməsi prosesində iştirak etmək;

 

3.0.8.

müvafiq sahənin inkişafı sahəsində fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı təkliflər vermək;

 

3.0.9.

telekommunikasiya və poçt rabitəsi sahələri, radiotezliklərdən istifadə üzrə tariflərin formalaşdırılmasında və monitorinqində, eləcədə operator və provayderlərə tariflərin tətbiqi üzrə tövsiyələrin hazırlanmasında iştirak etmək, dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək;

 

3.0.10.

ölkənin bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı telekommunikasiya və genişzolaqlı internet, radio-televiziya yayımı, eləcə də poçt xidmətləri ilə təmin olunması üçün müvafiq sahənin inkişafına dair təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarəti təmin etmək;

 

3.0.11. 

infrastruktur obyektlərinin mühafizəsinin təşkili üzrə təkliflərin hazırlanmasında və icraya nəzarətdə iştirak etmək;

 

3.0.12.

dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, belə şəbəkələrə texniki dəstək və onların təhlükəsizliyinin təmin edilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.0.13.

Beynəlxalq Telekommunikasiya İttifaqının Reqlamentlərinə, Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq, beynəlxalq yükün (trafikin) və poçtun mübadiləsi üzrə xarici dövlətlərin telekommunikasiya operatorları və poçt operatorları ilə qarşılıqlı hesablaşmaların aparılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək və həyata keçirilməsinə nəzarətdə iştirak etmək;

 

3.0.14.

müvafiq sahədə beynəlxalq təşkilatlar çərçivəsində sahə üzrə Nazirliyə daxil olan sənədlərin icrasına dair təkliflər hazırlamaq;

 

3.0.15.

müvafiq sahənin inkişafına аid оlаn məsələlər üzrə nоrmаtiv-hüquqi аktlаra və sаhə üzrə stаndаrtlаra dаir təkliflər hаzırlаmaq;

 

3.0.16.

“Dövlət hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfləri dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uygun olaraq kargüzarlıq işlərini aparmaq;

 

3.0.17.

müvafiq sahənin inkişafı sahəsində telekommunikasiya şəbəkələri, vasitə və qurğularının istismarı və poçt xidmətlərinin göstərilməsi üzrə təlimatların, normativ sənədlərin, qaydaların hazırlanması və yenilənməsində iştirak etmək və icrasına nəzarət etmək;

 

3.0.18.

müvafiq sahədə fəaliyyət göstərən qurumların texniki-istismar, mövcud standart, texniki şərt, qayda və təlimatlara, həmçinin təşkilati-sərəncamverici sənədlərin göstərişlərinə əməl olunmasına nəzarətdə iştirak etmək;

 

3.0.19.

Respublikada keçirilən dövlət, beynəlxalq idman və digər tədbirlərin yüksək səviyyədə təşkili məqsədilə tədbir məkanlarının telekommunikasiya xidmətləri və radiotezliklərlə təchizatı məqsədilə tədbirlər görmək;

 

3.0.20.

Beynəlxalq Telekommunikasiya İttifaqı və Ümumdünya Poçt İttifaqının eləcə də digər beynəlxalq təşkilatların konqress, konfrans, sessiya, və digər mühüm tədbirlərdə iştirak etmək və müzakirə olunan məsələlər üzrə təkliflər hazırlamaq;

 

3.0.21.

müvafiq sаhə ilə əlаqədаr bеynəlхаlq kоnvеnsiyа və sаzişlərə Аzərbаycаn Rеspublikаsının qоşulmаsı bаrədə təkliflərin vеrilməsində və Аzərbаycаn Rеspublikаsının qоşulduğu bеynəlхаlq kоnvеnsiyа və sаzişlər üzrə öhdəliklərin yеrinə yеtirilməsi üçün tədbirlərin icrasında iştirak etmək;

 

3.0.22.

müvafiq sahədə digər ölkələrlə bağlanmış əməkdaşlıq sazişlərində şöbənin fəaliyyət istiqamətlərinə aid olan bəndlərin icrasına nəzarətdə iştirak etmək;

 

3.0.23.

telekommunikasiya və poçt sahəsində fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə Nazirliyə həvalə olunan hallarda və qaydada şöbənin funksiyaları çərçivəsində dövlətin maraqlarını təmsil etmək;

 

3.0.24.

telekommunikasiya şəbəkəsinin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, yerli və xarici operatorların fəaliyyətinin əlaqələndirilməsi, investisiyaların cəlb olunması, beynəlxalq dəstəyin təmin edilməsi üzrə zəruri tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 

3.0.25.

qlobal informasiya-telekommunikasiya şəbəkəsinə alternativ və dayanıqlı qoşulma imkanlarının artırılması üzrə təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 

3.0.26.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılmasında və həyata keçirilməsinə nəzarətdə iştirak etmək;

 

3.0.27.

fövqəladə vəziyyət şəraitində telekommunikasiya şəbəkələrinin dayanıqlı işinin təmin edilməsi məqsədilə material ehtiyatlarının yaradılması və poçt xidmətlərinin göstərilməsi planlarının hazırlanmasında iştirak etmək və həyata keçirilməsi ilə bağlı görülən tədbirlərə nəzarətdə iştirak etmək;

 

3.0.28.

regional data-mərkəzlər şəbəkəsinin genişləndirilməsi və informasiya xidmətlərinin təşkili işlərində iştirak etmək;

 

3.0.29.

Azərbaycan Respublikasının ərazisində radio və televiziya proqramlarının yayımı, o cümlədən rəqəmli televiziya yayımının inkişaf etdirilməsi və rəqəmli radio yayımının aidiyyəti qurumlarla birgə təşkilində və nəzarətində iştirak etmək;

 

3.0.30.

ölkənin efir məkanına kənar müdaxilənin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək və həyata keçirilməsinə nəzarət etmək;

 

3.0.31.

Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarının istifadəsinə nəzarət etmək, beynəlxalq koordinasiyasına və mühafizəsinə dair təkliflər hazırlamaq, həmçinin icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirmək;

 

3.0.32.

müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən xidmətlərin aşkarlanması və qarşısının alınması ilə bağlı tədbirlərin görülməsində iştirak etmək və təkliflər vermək;

 

3.0.33.

radiotezliklərdən, radioelektron vasitələrindən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarına dair təkliflər hazırlamaq, onların icrasına nəzarəti həyata keçirmək;

 

3.0.34.

telekommunikasiya vasitələrinin, o cümlədən radio-televiziya yayımlarının və digər yerüstü radiorabitə xidmətlərinin radiomonitorinqinin təşkilinə nəzarəti həyata keçirmək;

 

3.0.36.

Azərbaycan Respublikasının yeni orbital mövqelərinin əldə edilməsini və mövcud mövqelərə sahiblik və onlardan istifadə hüquqlarının qorunmasını və orbital mövqelərin koordinasiyasını Azərbaycan Respublikasının Rabitə Administrasiyasının səlahiyyətlərinə aid olan işləri “Azərkosmos” ASC ilə birlikdə həyata keçirmək;

 

3.0.37.

Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatı (ITSO), "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı və EUTELSAT peyk təşkilatının Azərbaycan Respublikasının Rabitə Administrasiyasının səlahəyyətlərinin şöbəyə aid olan vəzifələrində iştirak etmək;

 

3.0.38.

universal telekommunikasiya və poçt xidmətlərinin təsnifatının, təşkilinin, keyfiyyətinin, poçtun çatdırılma normativlərinin və digər tələblərinin müəyyən edilməsində iştirak etmək, xidmətlərin təşkili ilə bağlı təkliflər vermək;

 

3.0.39.

poçt-maliyyə xidmətlərinin inkişafı üzrə təkliflər hazırlamaq və bu sahədə nəzarətin həyata keçirilməsində iştirak etmək;

 

3.0.40.

Azərbaycan Poçtunun beynəlxalq elektron kommersiyanı həyata keçirməsi və inkişafı üçün tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi üzrə nəzarətin həyata keçirilməsində iştirak etmək;

 

3.0.41.

dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların çapı, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydasının müəyyən edilməsində və bu sahəyə nəzarətin həyata keçirilməsində iştirak etmək;

 

3.0.42.

Azərbaycan Respublikasının ərazisində poçt rabitəsi obyektləri üçün poçt indeksləri və nəzarət-keçid müddətlərinə dair normativlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq və poçt rabitəsi xidmətlərinin keyfiyyətinə nəzarət etmək;

 

3.0.43.

Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq bеynəlхаlq pоçt göndərişlərinin işlənməsi və çаtdırılmаsı üzrə müəyyən еdilmiş prоsеdurun icrаsını təmin еtmək üçün təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

3.0.44.

elektron xidmətlərin, o cümlədən elektron ticarət xidmətinin təşkili üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.0.45.

Nazirliyin kollegiyasının iş planına dair təkliflər vermək, aidiyyəti məsələlər üzrə çıxışlar etmək və təkliflər hazırlamaq;

 

3.0.46.

Nazirliyin tabeliyində olan dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak etmək;

 

3.0.47.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq telekommunikasiya və poçt xidmətləri ilə bağlı istehlakçıların müraciətlərinə baxmaq, istehlakçıların tələbatlarının ödənilməsi ilə əlaqədar təkliflər hazırlamaq və həyata keçirilməsinə nəzarətdə iştirak etmək;

 

3.0.48.

müvafiq sahə ilə bağlı Nazirliyə daxil olan ərizə və şikayətlərə baxmaq, onlara vaxtında cavab vermək və digər tədbirlərin görülməsi üzrə təkliflər vermək;

 

3.0.49.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və məlumatların (sənədlər) alınmasına dair təkliflər hazırlamaq;

 

4.0.2.

müvafiq sahənin inkişafı üzrə sənədlərə rəy vermək, təhlillər və monitorinqlər aparmaq, metodik və analitik materiallar, arayışlar və tövsiyələr hazırlamaq, təkliflər vermək;

 

4.0.3.

xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və digər şəxslərlə əməkdaşlığın təşkilində və danışıqların aparılmasında, həmçinin beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;

 

4.0.4.

müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

 

4.0.5.

fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya və poçt şəbəkələrindən, qurğularından və vasitələrindən istifadə edilməsinə, onlardan istifadənin dayandırılmasına, məhdudlaşdırılmasına və ya rabitədən istifadə üçün xüsusi qaydaların tətbiqinə dair təkliflər hazırlanmasında iştirak etmək;

 

4.0.6.

müvafiq sahənin inkişafı üzrə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi üçün təkliflər vеrmək;

 

4.0.7.

müvafiq sahənin inkişafı üzrə rabitə xidmətlərinin geniş tətbiqi əsasında dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin bu xidmətlərə olan tələbatlarının ödənilməsi məqsədilə lazımi şəraitin yaradılmаsı üçün təkliflər vеrmək;

 

4.0.8.

kаdr hаzırlığınа, rəhbər və mütəхəssis kаdrlаrın sеçilib-yеrləşdirilməsinə, təyinаtınа və аzаd оlunmаsınа dаir təkliflər vеrmək;

 

4.0.9.

dövlət əhəmiyyətli оbyеktlərin tikintisi bаrədə təkliflərin hаzırlаnmаsındа iştirаk еtmək;

 

4.0.10.

müəyyən еdilmiş qаydаdа pоçt göndərişlərində rеklаm yеrləşdirilməsinə icаzə vеrilməsinə dаir təkliflər hаzırlаmaq;

 

4.0.11.

rəhbərliyin tapşırığı əsasında müvafiq sаhə üzrə tədbirlərdə Nazirliyi təmsil etmək;

 

4.0.12.

infоrmаsiyа cəmiyyətinin fоrmаlаşmаsındа müvafiq sahənin rоlunun müəyyənləşdirilməsində iştirak etmək;

 

4.0.13.

telekommunikasiya sahəsində magistral və lokal qoşulma şəbəkələri ilə bağlı təkliflərin hazırlаnmasında iştirak etmək;

 

4.0.14.

pоçt göndərişlərinin növlərinin və хüsusiyyətlərinin müəyyən еdilməsinə dаir təkliflər hаzırlаmaq;

 

4.0.15.

cəmiyyətin inkişаf еtmiş rabitə, telekommunikasiya, peyk və poçt sahələrinin yаrаdılmаsı, хidmətlərin gеnişləndirilməsi üçün dövlət siyаsətinin həyаtа kеçirilməsinə dair təkliflər vermək;

 

4.0.16.

kibercinayətkarlığa, o cümlədən virtual şəbəkələr üzrə cinаyətkаrlığа qаrşı tехniki tədbirlərin görülməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

 

4.0.17.

müvafiq sahədə dövlət əhəmiyyətli qərarların verilməsinə dair təkliflər vermək;

 

4.0.18.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbənin strukturuna Telekommunikasiya və Poçt sektorları daxildir. Şöbənin sektorları bu Əsasnamə üzrə şöbənin vəzifələrinin aidiyyəti üzrə icrasını təmin edirlər.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Telekommunikasiya və Poçt sektorlarına nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

 

5.6.

Sektor müdirləri bu Əsasnamə ilə müəyyən olunmuş və şöbə müdiri tərəfindən onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

 

5.7.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektor müdirlərindən biri həyata keçirir.

 

5.8.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.9.

Şöbə müdiri:

 

5.9.1.

şöbənin işini təşkil еdir və bu Əsasnaməyə uyğun olaraq, sektorlar аrаsındа iş bölgüsünü аpаrır, şöbənin əməkdаşlаrının оnlаrа həvаlə еdilən sаhədə məsuliyyətlərini müəyyən еdir;

 

5.9.2.

şöbənin fəаliyyətindən irəli gələn məsələlərə dаir qurumlara оpеrаtiv göstərişlər vеrir və оnlаrın icrаsını tələb еdir;

 

5.9.3.

şöbənin iş planını tərtib edir və icrası barədə rəhbərliyə hesabat verir;

 

5.9.4.

şöbənin işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təşkil edir, şöbənin vəzifə və funksiyalarına uyğun olaraq işçiləri təlimatlandırır;

 

5.9.5.

şöbənin işçilərinin öz vəzifələrini düzgün icra etmələrinə, əmək intizamına və daxili qaydalara riayət olunmasına nəzarət edir, həmçinin işçilərin intizam məsuliyyətinə cəlb edilməsi və ya mükafatlandırılması barədə təkliflər verir;

 

5.9.6.

şöbənin işçilərini Nazirliyin binasında yanğından təhlükəsizlik qaydalarına və iş yerlərində texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə dair təlimatlandırır;

 

5.9.7.

müvafiq sаhədə çаlışаn işçilərin sоsiаl vəziyyətinin yахşılаşdırılmаsı və mаddi həvəsləndirilməsi üzrə təkliflər vеrir, əməkdаşlаrın, müvafiq sаhədə çаlışаn rəhbər şəхslərin fəаliyyətinin qiymətləndirilməsinə, qаnunvеriciliyə əsаsən tənbеh оlunmаsınа dаir rəhbərliyə təqdimаtlа mürаciət еdir;

 

5.9.8.

Nazirliyin aidiyyəti qurumlarının yüksəkixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi məqsədi ilə işçilərin işə təyin olunması və işdən azad olunması barədə rəhbərliyə təkliflər verir;

 

5.9.9.

şöbədə kargüzarlıq işlərinin aparılmasına nəzarət edir, fəaliyyətində dövlət sirlərinin qоrunmаsı tədbirlərinin təmin edilməsinə cavabdehlik dаşıyır;

 

5.9.10.

Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda iştirak edərək, müvafiq sаhədə texniki-istismar və inkişafa dair fəaliyyətlərindən irəli gələn məsələləri müzakirəyə çıxarır;

 

5.9.11.

rəhbərliyin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər Nazirlik və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və onun maraqlarını müdafiə edir;

 

5.9.12.

bu Əsasnamədə nəzərdə tutulmuş və şöbənin fəaliyyəti ilə əlaqədar işlərin vaxtında və düzgün yerinə yetirilməsinə rəhbərlik edir və şəxsən məsuliyyət daşıyır;

 

5.9.13.

şöbəni təmsil edir.

 

5.10.

şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.11.

şöbənin hər bir əməkdaşı ona məlum olan xidməti sirr və yaxud dövlət sirri təşkil edən məlumatların mühafizə olunmasına görə, öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.