Maliyyə və iqtisadi təhlil şöbəsi

I.Ümumi müddəalar

1.1 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Maliyyə və iqtisadi təhlil şöbəsi (bundan sonra – şöbə) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) aparatının struktur bölməsidir.

1.2

Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra – qurumlar) fəaliyyəti ilə bağlı maliyyə-iqtisadi əlaqələndirmə,  mühasibat uçotu və hesabatlılığın təşkili, tarif və investisiya siyasəti, əməyin təşkili və ödənişinə nəzarət və iqtisadi təhlilləri həyata keçirir və bu sahədə inkişafın davamlılığını şərtləndirən strateji hədəfləri müəyyənləşdirir.

1.3

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının struktur bölmələri, qurumları, mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də sahə üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

II.Şöbənin fəaliyyət istiqamətləri

2.1.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. 

Nazirliyin maliyyə-iqtisadifəaliyyətini təşkil edir və həyata keçirir;

2.1.2.

Nazirlikdə mühasibatuçotunu və hesabatını təşkiledir və aparır;

2.1.3.

Nazirliyin aparatının struktur bölmələri və qurumlarla birgə tarif siyasətini formalaşdırır, bu sahədə müvafiq təkliflər hazırlayır və həyata keçirilməsi üzrə tədbirlər görür; 

2.1.4.

investisiya proqnozlarını hazırlayır və icrası üzrə zəruri tədbirlər görür;

2.1.5.

əməyin təşkilinə, əmək normalarına əməl olunmasına, işçilərin sayının iş həcminə uyğunlaşdırılmasına və əməyin ödənilməsinə nəzarət edir və bu sahədə təkliflər hazırlayır;

2.1.6.

maliyyə-iqtisadi proqnozlarının icrasına nəzarət edir, müvafiq iqtisadi təhlillər aparır, sahənin inkişaflı ilə bağlı təkliflər verir;

2.1.7.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III.Şöbənin vəzifələri

3.1.

Şöbə bu Əsasnamə ilə verilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı  vəzifələri yerinə yetirir :

3.1.1.

rabitə və yüksək  texnologiyalar sahəsində (bundan sonra - müvafiq sahə) maliyyə, uçot, iqtisadiyyat və  investisiya  siyasətinin formalaşdırılmasına dair təkliflər hazırlamaq və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Nazirliyin aparatının struktur bölmələri və qurumlarla birgə təmin etmək;

3.1.2.

müvafiq sahədə maliyyə, uçot, büdcə, vergi və gömrük siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlamaq və həyata keçirilməsi ilə bağlı birgə tədbirlər görmək;

3.1.3.

öz səlahiyyətləri daxilində digər ölkələrin rabitə administrasiyaları və sahə ilə bağlı beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin qurulmasında iştirak etmək;

3.1.4.

qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan rabitə müəssisələri ilə qarşılıqlı münasibətlərin qurulmasında iştirak etmək;

3.1.5.

Nazirliyin aparatının struktur bölmələri və qurumlarla birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, rabitə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsini və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;

3.1.6.

rabitə xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət etmək;

3.1.7.

qurumlar üzrə sosial-iqtisadi inkişaf proqnozlarını aidiyyəti şöbələrlə birgə hazırlamaq və icrası üzrə tədbirlər görmək;

3.1.8.

qurumlar üzrə gəlirlər və xərclər smetasını onlarla birlikdə hazırlamaq və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla təsdiqini təşkil etmək və icrasına nəzarət etmək;

3.1.9.

gəlirlər və xərclər smetasının icrası barədə məlumatları hazırlayaraq aidiyyəti nazirliklərə təqdim etmək;

3.1.10. 

qurumların maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək;

3.1.11.

qurumlar üzrə vergi növləri üzrə büdcə ödənişləri, Dövlət Sosial Müdafiə Fonduna ödəniş proqnozlarını hazırlamaq və  aidiyyəti nazirliklərə təqdim etmək;

3.1.12.

qurumlar tərəfindən büdcəyə və büdcədənkənar fondlara ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsinə nəzarət etmək;

3.1.13.

Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlik üzrə nəzərdə tutulmuş vəsaitlərə dair xərclər smetalarının hazırlanmasını və Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etmək;

3.1.14.

dövlət büdcəsi, kreditlər, qrantlar və digər mənbələr hesabına Nazirliyin sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunmasında iştirak etmək;

3.1.15.

qurumlar  tərəfindən mühasibat uçotunun və hesabatının aparılması üzərində metodik rəhbərliyi həyata keçirmək;

3.1.16.

Nazirlik üzrə mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilini qurumlarla birlikdə həyata keçirmək;

3.1.17.

qurumlarda tətbiq olunan avtomatlaşdırılmış mühasibat uçotu proqramlarının təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək;

3.1.18.

maliyyə qanunvericiliyi və mühasibat uçotu qaydalarına uyğun olaraq, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarda maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək, material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə və dövlət əmlakının qorunmasına nəzarət etmək;

3.1.19.

ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;

3.1.20.

qurumlara  daxil olan pul vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində əks etdirilməsinə nəzarət etmək;

3.1.21.

Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə dövri olaraq pul vəsaitlərinin hərəkəti hesabatlarını tərtib etmək və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

3.1.22.

debitor borcların inventarizasiya edilməsi, yığım normativlərinə uyğun icrası və kreditor borcların ödənilməsi istiqamətində aidiyyəti rabitə birlik və müəssisələri ilə birlikdə tədbirlər görmək;

3.1.23.

müəyyən edilmiş qaydada Nazirlikdə inventarizasiyanın aparılmasını, Nazirliyin əmlakının qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini təşkil etmək;

3.1.24.

Nazirliyin istifadəsində olan əmlakın qorunub saxlanması, təyinatı üzrə səmərəli istifadə edilməsi, uçotu, qeydiyyata alınması üzrə tədbirlərin görülməsində iştirak etmək;

3.1.25.

əmlakın idarə olunması ilə bağlı qurumlarla yazışmalar aparmaq və bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti dövlət orqanları ilə fəaliyyəti əlaqələndirmək;

3.1.26.

qurumlarda lüzumsuz xərclərin və itkilərin qarşısının alınması və təsərrüfatdaxili ehtiyatların aşkar edilməsi məqsədilə mühasibat uçotu sənədlərinin məlumatlarına əsasən təhlillər aparmaq və yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməsində iştirak etmək;

3.1.27.

qurumların  fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi ilə əlaqədar  aidiyyəti şöbələrlə birlikdə tədbirlər görmək;

3.1.28.

qurumların və Nazirliyin aparatının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülməsində iştirak etmək;

3.1.29.

qurumlarda əməyin təşkili, əməyin ödənilməsi, sosial məsələlərin həyata keçirilməsi ilə əlaqədar qüvvədə olan qanunların, qərar və sərəncamların icrasına aidiyyəti şöbələrlə birlikdə nəzarət etmək;

3.1.30.

qurumların ştat cədvəllərinin strukturuna uyğun tərtib olunmasına və ona riayət edilməsinə nəzarət etmək;

3.1.31.

Nazirliyin aparatının xərclər smetasını tərtib etmək və icrasına nəzarət etmək;

3.1.32.

müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının strukturunu və ştat cədvəlini hazırlamaq;

3.1.33.

dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən təşkilatların saxlanılması xərclərinin müəyyənləşdirilməsinə və icrasına müvafiq qurumlarla birlikdə nəzarət  etmək;

3.1.34.

Nazirliyin aparatı üzrə işçilərə əmək haqqı, ezamiyyə və sair ödənişlərin ödənilməsini təmin etmək;

3.1.35.

Nazirliyin qurumları üzrə investisiya qoyuluşu proqnozlarını digər şöbələrlə birgə hazırlamaq, onun təsdiqi və icrası istiqamətində tədbirlər görmək;

3.1.36.

Nazirliyin aparatının struktur bölmələri, qurumları ilə birlikdə Nazirlik üzrə dövlət büdcəsinin dövlətəsaslı vəsait qoyuluşu hesabına maliyyələşdiriləcək layihələr barədə təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına göndərmək;

3.1.37.

rabitə obyektlərinin tikintisi, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsi məqsədilə hazırlanmış texniki iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinə rəy verilməsində iştirak etmək;

3.1.38.

rabitə xidmətlərinin növləri üzrə gəlirlərin və xidmətin maya dəyərinə aid edilən xərclərin uçotunun təşkilinə müvafiq şöbə və qurumlarla birlikdə nəzarət etmək;

3.1.39.

müvafiq şöbə və qurumlarla birlikdə əhalinin, idarə və müəsissələrin rabitə xidmətlərinə olan tələbatının ödənilməsini təhlil edərək müvafiq təkliflər vermək;

3.1.40.

müvafiq sahənin əsas texniki-iqtisadi göstəricilərini təhlil edərək sahənin inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər vermək;

3.1.41.

müvafiq sahə üzrə göstəricilərin dünya ölkələri ilə müqayisəli təhlillərini aparmaq və göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;

3.1.42.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən qoyulmuş qaydalar əsasında Nazirliyin fəaliyyəti haqqında aylıq, rüblük, illik statistik hesabatları tərtib etmək, statistika orqanlarına təqdim edilməsini təmin etmək;

3.1.43.

statistik hesabat formalarının təkmilləşdirilməsi ilə əlaqədar aidiyyəti şöbələr və qurumlarla birlikdə təkliflər vermək;

3.1.44.

hər hesabat dövrünün yekunları ilə əlaqədar Nazirlikdə keçirilən kollegiya iclaslarının (müşavirələrin) materiallarını Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının məlumatları əsasında hazırlayaraq rəhbərliyə təqdim etmək;

3.1.45.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarından şöbəyə aid olanların icrası ilə əlaqədar hesabatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim etmək;

3.1.46.

qurumların özəlləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;

3.1.47.

qurumlarda proqnozlaşdırmanın vəziyyətinə, maliyyə-təsərrüfat fəaliyyətinin və uçotun təşkilinə və əməyin ödənişi qaydalarına nəzarət edilməsi məqsədilə yerlərdə araşdırmalar aparmaq və praktiki köməkliklər göstərmək;

3.1.48.

Nazirliyin illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında iştirak etmək;

3.1.49.

müvafiq sahə üzrə qanun layihələrinin, digər normativ-hüquqi aktların və müxtəlif normativ sənədlərin hazırlanmasında iştirak etmək;

3.1.50.

şöbəyə daxil olan normativ hüquqi sənədlərin layihələrinə dair rəy və təkliflər hazırlamaq;

3.1.51.

şöbəyə daxil olan ərizə və şikayətləri araşdıraraq cavablandırılmasını  təmin etmək;

3.1.52.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV.Şöbənin hüquqları

4.1.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. 

səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

4.1.2.

Nazirliyin maliyyə, iqtisadiyyat, uçot, investisiya, əmək haqqı, tarif siyasətini formalaşdırmaq və həyata keçirmək;

4.1.3.

sosial-iqtisadi inkişaf proqnozlarının, gəlirlər və xərclər smetlarının icrasına nəzarət etmək, proqnozlardan kənarlaşmaların aradan qaldırılması üçün müvafiq rabitə birlik və müəssisələrinə təklif və tövsiyələr vermək və bu barədə rəhbərlik qarşısında məsələ qaldırmaq;

4.1.4.

qurumlar tərəfindən hazırlanmış sənəd layihələrinə (məktub, arayış, sorğu, və s.) dair rəy və təkliflər vermək;

4.1.5.

fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, maliyyə, uçot və digər uyğun sahələrdə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

4.1.6.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində qurumlara müvafiq sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.1.7.

şöbənin funksiyalarına aid məsələlər üzrə keçirilən müzakirələrdə, qanunvericiliyin tələblərini nəzərə almaqla Nazirlikdə və qurumlarda yaradılan komissiyaların, məşvərətçi və əlaqələndirici orqanların işində iştirak etmək;

4.1.8.

qurumlar, habelə səlahiyyətləri daxilində digər aidiyyəti təşkilatlarla yazışmalar aparmaq;

4.1.9.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V.Şöbənin fəaliyyətinin təşkili

5.1

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

5.2.

Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olunmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

5.3.

Şöbənin strukturuna Maliyyə sektoru və Mühasibatlıq sektoru daxildir.

5.4.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

5.5.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.6.

Maliyyə və Mühasibatlıq sektorlarına nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

5.7.

Sektor müdirləri  bu Əsasnamə ilə müəyyən olunmuş və şöbə müdiri tərəfindən onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

5.8.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektor müdirlərindən biri həyata keçirir.

5.9.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.10.

Şöbə müdiri:

5.10.1.

şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.10.2.

şöbənin strukturuna daxil olan sektorlar və işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir;

5.10.3.

şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına nəzarət edir;

5.10.4.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirir və icrası barədə Nazirliyin rəhbərliyinə hesabat verir;

5.10.5.

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

5.10.6.

şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən hüquqi aktlarda, Nazirliyin kollegiya qərarlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.10.7.

şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir;

5.10.8..

şöbənin yüksəkixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi üçün işçilərin peşə hazırlığının yüksəldilməsi və ixtisaslarının artırılması məqsədilə kurslarda, təlimlərdə iştirakı barədə, işçilərin işə təyin olunması haqqında Nazirliyin rəhbərliyinə təkliflər verir;

5.10.9.

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrindən və qurumlarından zəruri sənədləri və məlumatları alır;

5.10.10.

şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

5.10.11.

şöbədə kargüzarlıq işinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını təmin edir;

5.10.12.

şöbədə məxfilik rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə görə cavabdehlik daşıyır;

5.10.13. 

mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.10.14.

şöbənin fəaliyyətini Nazirliyin aparatının struktur bölmələri və qurumlarla əlaqələndirir;

5.10.15.

səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

5.10.16.

şöbənin müvafiq hesabatlarını təsdiq edir;

5.10.17.

xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

5.10.18.

Nazirliyin aparatının işçilərinə əməkhaqqının, ezamiyyə xərclərinin və müavinətlərin verilməsi, Nazirliyin fəaliyyətinin müəyyənləşdirilməsi məqsədilə pul vəsaitlərinin banklardan alınması və təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlər görür;

5.10.19.

maliyyə, iqtisadiyyat, uçot və investisiya sahəsində kadrların seçilməsi, düzgün yerləşdirilməsi və işdən azad olunmasına dair təkliflər verir;

5.10.20.

Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir;

5.10.21.

şöbənin fəaliyyəti ilə bağlı Nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

5.10.22.

Nazirliyin rəhbərliyinin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər nazirlik, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin maraqlarını müdafiə edir;

5.10.23.

şöbəni təmsil edir.

5.11.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

5.12.

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyırlar.

VI.Şöbənin strukturuna daxil olan Maliyyə sektorunun vəzifələri

6.1.

Maliyyə sektorunun vəzifələri aşağıdakılardır.

6.1.1.

qurumlar üzrə sosial-iqtisadi inkişaf proqnozlarını aidiyyəti şöbələrlə birgə hazırlamaq və icrası üzrə tədbirlər görmək;

6.1.2.

qurumlar üzrə gəlirlər və xərclər smetasını birlikdə hazırlamaq və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla təsdiqini təşkil etmək və icrasına nəzarət etmək;

6.1.3.

gəlirlər və xərclər smetasının icrası barədə məlumatları hazırlayaraq aidiyyəti nazirliklərə təqdim etmək;

6.1.4.

qurumlar üzrə vergi növləri üzrə büdcə ödənişləri, Dövlət Sosial Müdafiə Fonduna ödəniş proqnozlarını hazırlamaq və  aidiyyəti nazirliklərə təqdim etmək;

6.1.5.

Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlik üzrə nəzərdə tutulmuş vəsaitlərə dair xərclər smetalarının hazırlanmasını və Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etmək;

6.1.6.

qurumların  fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi ilə əlaqədar  aidiyyəti şöbələrlə birlikdə tədbirlər görmək;

6.1.7.

qurumların və Nazirliyin aparatının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülməsində iştirak etmək;

6.1.8.

qurumlarda əməyin təşkili, əməyin ödənilməsi, sosial məsələlərin həyata keçirilməsi ilə əlaqədar qüvvədə olan qanunların, qərar və sərəncamların icrasına aidiyyəti şöbələrlə birlikdə nəzarət etmək;

6.1.9.

qurumların ştat cədvəllərinin müəssisənin strukturuna uyğun tərtib olunmasına və ona riayət edilməsinə nəzarət etmək;

6.1.10. 

Nazirliyin aparatının xərclər smetasını tərtib etmək və icrasına nəzarət etmək;

6.1.11.

müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının strukturunu və ştat cədvəlini hazırlamaq;

6.1.12.

dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən təşkilatların saxlanılması xərclərinin müəyyənləşdirilməsinə və icrasına müvafiq qurumlarla birlikdə nəzarət etmək;

6.1.13.

qurumlar üzrə investisiya qoyuluşu proqnozlarını digər şöbələrlə birgə hazırlamaq, onun təsdiqi və icrası istiqamətində tədbirlər görmək;

6.1.14.

Nazirliyin aparatının struktur bölmələri və qurumları ilə birlikdə Nazirlik üzrə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu hesabına müəyyənləşdiriləcək layihələr barədə təkliflər hazırlamaq və aidiyyəti orqanlara göndərmək;

6.1.15.

qurumlarda proqnozlaşdırmanın vəziyyətinə, maliyyə-təsərrüfat fəaliyyətinin və uçotunun təşkilinə, tariflərin düzgün tətbiq edilməsinə və əməyin ödənişi qaydalarına nəzarət edilməsi məqsədilə yerlərdə araşdırmalar aparmaq və praktiki köməkliklər göstərmək;

6.1.16.

rabitə obyektlərinin tikintisi, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsi məqsədilə hazırlanmış texniki iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinə rəy vermək;

6.1.17.

qüvvədə olan qanunvericiliyə uyğun olaraq, rabitə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsini və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək.

6.1.18.

müvafiq sahənin əsas texniki-iqtisadi göstəricilərini təhlil edərək sahənin inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər vermək;

6.1.19.

müvafiq sahə üzrə göstəricilərin dünya ölkələri ilə müqayisəli təhlillərini aparmaq və göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;

6.1.20.

hər hesabat dövrünün yekunları ilə əlaqədar Nazirlikdə keçirilən kollegiya iclaslarının (müşavirələrin) materiallarını Nazirliyin aparatının struktur bölmələri və qurumlarının məlumatları əsasında hazırlayaraq rəhbərliyə təqdim etmək;

6.1.21.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarından sektora aid olanların icrası ilə əlaqədar hesabatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim etmək;

6.1.22.

Nazirliyin illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında iştirak etmək;

6.1.23.

fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;

6.1.24.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

VII.Şöbənin strukturuna daxil olan Mühasibatlıq sektorunun vəzifələri

7.1.

Mühasibatlıq  sektorunun  vəzifələri aşağıdakılardır.

7.1.1.

qurumlar tərəfindən büdcəyə və büdcədənkənar fondlara ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsinə nəzarət etmək;

7.1.2.

qurumlar  tərəfindən mühasibat uçotunun və hesabatının aparılması üzərində metodik rəhbərliyi həyata keçirmək;

7.1.3.

Nazirlik üzrə mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilini qurumlarla birlikdə həyata keçirmək;

7.1.4.

qurumların maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək;

7.1.5.

dövlət büdcəsi, kreditlər, qrantlar və digər mənbələr hesabına Nazirliyin sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunmasında iştirak etmək;

7.1.6.

qurumlarda tətbiq olunan avtomatlaşdırılmış mühasibat uçotu proqramlarının təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək;

7.1.7.

maliyyə qanunvericiliyi və mühasibat uçotu qaydalarına uyğun olaraq Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarda maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək, material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə və dövlət əmlakının qorunmasına nəzarət etmək;

7.1.8.

ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;

7.1.9.

qurumlara  daxil olan pul vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində əks etdirilməsinə nəzarət etmək;

7.1.10. 

Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə dövri olaraq pul vəsaitlərinin hərəkəti hesabatlarını tərtib etmək və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

7.1.11.

Nazirliyin aparatı üzrə işçilərə əmək haqqı, ezamiyyə və sair ödənişlərin ödənilməsini təmin etmək;

7.1.12.

debitor borcların inventarizasiya edilməsi, yığım normativlərinə uyğun icrası və kreditor borcların ödənilməsi istiqamətində aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;

7.1.13.

Nazirliyin istifadəsində olan əmlakın qorunub saxlanması, təyinatı üzrə səmərəli istifadə edilməsi, uçotu, qeydiyyata alınması üzrə tədbirlərin görülməsində iştirak etmək;

7.1.14.

fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;

7.1.15.

hər hesabat dövrünün yekunları ilə əlaqədar Nazirlikdə keçirilən kollegiya iclaslarının (müşavirələrin) materiallarını Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının məlumatları əsasında hazırlayaraq rəhbərliyə təqdim etmək;

7.1.16.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarından sektora aid olanların icrası ilə əlaqədar hesabatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim etmək;

7.1.17.

Nazirliyin illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında iştirak etmək;

7.1.18.

7.1.19.

fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.