Maliyyə və iqtisadi təhlil şöbəsi

 

1.

Ümumi müddəalar

 

1.1.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Maliyyə və iqtisadi təhlil şöbəsi (bundan sonra - şöbə) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – Nazirlik) maliyyə-iqtisadi əlaqələndirmə, mühasibat uçotunun və hesabatlılığın təşkili, tarif və investisiya siyasəti, satınalmaların planlaşdırılması və keçirilməsinə nəzarət, əməyin ödənişinə nəzarət və iqtisadi-statistik təhlillərin həyata keçirilməsi və bu sahədə inkişafın davamlılığını şərtləndirən strateji hədəflərin müəyyənləşdirilməsini təmin edən struktur bölməsidir.

 

1.2.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”ni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin (bundan sonra – nazir) qərar, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncamverici sənədlər), Nazirliyin kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

 

2

Şöbənin fəaliyyət istiqamətləri

 

2.0

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

2.0.1.

Nazirliyin maliyyə-iqtisadi fəaliyyətini təşkil edir və həyata keçirir;

 

2.0.2.

Nazirlikdə mühasibat uçotunu, hesabatını təşkil edir və aparır;

 

2.0.3.

Nazirliyin aparatının struktur bölmələri və qurumlarla birgə tarif siyasətini formalaşdırır, bu sahədə müvafiq təkliflər hazırlayır və həyata keçirilməsi üzrə tədbirlər görür;

 

2.0.4.

investisiya proqnozlarını hazırlayır və icrası üzrə zəruri tədbirlər görür;

 

2.0.5.

əməyin təşkilinə, əmək normalarına əməl olunmasına, işçilərin sayının iş həcminə uyğunlaşdırılmasına və əməyin ödənilməsinə nəzarət edir və bu sahədə təkliflər hazırlayır;

 

2.0.6.

maliyyə-iqtisadi proqnozlarının icrasına nəzarət edir, müvafiq iqtisadi-statistik təhlillər aparır, sahənin inkişaflı ilə bağlı təkliflər verir;

 

2.0.7.

Nazirlik üzrə satınalmaların planlaşdırılması və keçirilməsinə nəzarət edir;

 

2.0.8.

Aidiyyəti dövlət proqramları, strateji yol xəritələrinin və digər normativ-hüquqi aktların icrasını əlaqələndirir;

 

2.0.9.

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.

Şöbənin vəzifələri

 

3.0.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir :

 

3.0.1.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində (bundan sonra - müvafiq sahə) maliyyə, uçot, iqtisadiyyat və investisiya siyasətinin formalaşdırılmasına dair təkliflər hazırlamaq və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini Nazirliyin aparatının struktur bölmələri və qurumlarla birgə təmin etmək;

 

3.0.2.

müvafiq sahədə maliyyə, uçot, büdcə, vergi və gömrük siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlamaq və həyata keçirilməsi ilə bağlı birgə tədbirlər görmək;

 

3.0.3.

qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan nəqliyyat və rabitə müəssisələri ilə qarşılıqlı münasibətlərin qurulmasında iştirak etmək;

 

3.0.4.

Nazirliyin aparatının struktur bölmələri və qurumlarla birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, müvafiq sahə üzrə tarif siyasətinin dünya təcrübəsini və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.0.5.

Nəqliyyat və rabitə xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət etmək;

 

3.0.6.

qurumlar üzrə sosial-iqtisadi inkişaf proqnozlarını aidiyyəti şöbələrlə birgə hazırlamaq və icrası üzrə tədbirlər görmək;

 

3.0.7.

qurumlar üzrə gəlirlər və xərclər smetasını onlarla birlikdə hazırlamaq və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla təsdiqini təşkil etmək və icrasına nəzarət etmək;

 

3.0.8.

gəlirlər və xərclər smetasının icrası barədə məlumatları hazırlayaraq aidiyyəti nazirliklərə təqdim etmək;

 

3.0.9.

qurumların maliyyə-təsərrüfat fəaliyyətini təhlil etmək və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək;

 

3.0.10.

Nazirlik üzrə satınalmaların planlaşdırılması və keçirilməsinə nəzarət etmək;

 

3.0.11.

qurumlar üzrə vergi növləri üzrə büdcə ödənişləri, Dövlət Sosial Müdafiə Fonduna ödəniş proqnozlarını hazırlamaq və aidiyyəti nazirliklərə təqdim etmək;

 

3.0.12.

qurumlar tərəfindən büdcəyə və büdcədənkənar fondlara ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsinə nəzarət etmək;

 

3.0.13.

Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlik üzrə nəzərdə tutulmuş vəsaitlərə dair xərclər smetalarının hazırlanmasını və Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etmək;

 

3.0.14.

dövlət büdcəsi, kreditlər, qrantlar və digər mənbələr hesabına Nazirliyin sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunmasında iştirak etmək;

 

3.0.15.

qurumlar tərəfindən mühasibat uçotunun və hesabatının aparılması üzərində metodik rəhbərliyi həyata keçirmək;

 

3.0.16.

Nazirlik üzrə mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilini qurumlarla birlikdə həyata keçirmək;

 

3.0.17.

qurumlarda tətbiq olunan avtomatlaşdırılmış mühasibat uçotu proqramlarının təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək;

 

3.0.18.

maliyyə qanunvericiliyi və mühasibat uçotu qaydalarına uyğun olaraq, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarda maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək, material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə və dövlət əmlakının qorunmasına nəzarət etmək;

 

3.0.19.

ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;

 

3.0.20.

qurumlara daxil olan pul vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində əks etdirilməsinə nəzarət etmək;

 

3.0.21.

Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə dövri olaraq pul vəsaitlərinin hərəkəti hesabatlarını tərtib etmək və aidiyyəti dövlət orqanlarına təqdim etmək;

 

3.0.22.

debitor borcların inventarizasiya edilməsi, yığım normativlərinə uyğun icrası və kreditor borcların ödənilməsi istiqamətində aidiyyəti nəqliyyat və rabitə müəssisələri ilə birlikdə tədbirlər görmək;

 

3.0.23.

Nazirlikdə inventarizasiyanın müəyyən edilmiş qaydada aparılmasını, Nazirliyin əmlakının qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini təşkil etmək;

 

3.0.24.

Nazirliyin istifadəsində olan əmlakın qorunub saxlanması, təyinatı üzrə səmərəli istifadə edilməsi, uçotu, qeydiyyata alınması üzrə tədbirlərin görülməsində iştirak etmək;

 

3.0.25.

əmlakın idarə olunması ilə bağlı qurumlarla yazışmalar aparmaq və bu sahədə aidiyyəti dövlət orqanları ilə fəaliyyəti əlaqələndirmək;

 

3.0.26.

qurumlarda lüzumsuz xərclərin və itkilərin qarşısının alınması və təsərrüfatdaxili ehtiyatların aşkar edilməsi məqsədilə mühasibat uçotu sənədlərinin məlumatlarına əsasən təhlillər aparmaq və yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməsində iştirak etmək;

 

3.0.27.

qurumların fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi ilə əlaqədar aidiyyəti şöbələrlə birlikdə tədbirlər görmək;

 

3.0.28.

qurumların və Nazirliyin aparatının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülməsində iştirak etmək;

 

3.0.29.

qurumlarda əməyin təşkili, əməyin ödənilməsi, sosial məsələlərin həyata keçirilməsi ilə əlaqədar qüvvədə olan qanunların, qərar və sərəncamların icrasına aidiyyəti şöbələrlə birlikdə nəzarət etmək;

 

3.0.30.

qurumların ştat cədvəllərinin strukturuna uyğun tərtib olunmasına və ona riayət edilməsinə nəzarət etmək;

 

3.0.31.

Nazirliyin aparatının xərclər smetasını tərtib etmək və icrasına nəzarət etmək;

 

3.0.32.

müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının strukturunu və ştat cədvəlini hazırlamaq;

 

3.0.33.

dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən təşkilatların saxlanılması xərclərinin müəyyənləşdirilməsinə və icrasına müvafiq qurumlarla birlikdə nəzarət etmək;

 

3.0.34.

Nazirliyin aparatı üzrə işçilərə əmək haqqı, ezamiyyə və sair ödənişlərin ödənilməsini təmin etmək;

 

3.0.35.

Nazirliyin qurumları üzrə investisiya qoyuluşu proqnozlarını digər şöbələrlə birgə hazırlamaq, onun təsdiqi və icrası istiqamətində tədbirlər görmək;

 

3.0.36.

Nazirliyin aparatının struktur bölmələri, qurumları ilə birlikdə Nazirlik üzrə dövlət büdcəsinin dövlətəsaslı vəsait qoyuluşu hesabına maliyyələşdiriləcək layihələr barədə təkliflər hazırlamaq və aidiyyəti dövlət orqanlarına göndərmək;

 

3.0.37.

Nəqliyyat və rabitə obyektlərinin tikintisi, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsi məqsədilə hazırlanmış texniki iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinə rəy verilməsində iştirak etmək;

 

3.0.38.

Nəqliyyat və rabitə xidmətlərinin növləri üzrə gəlirlərin və xidmətin maya dəyərinə aid edilən xərclərin uçotunun təşkilinə müvafiq şöbə və qurumlarla birlikdə nəzarət etmək;

 

3.0.39.

müvafiq şöbə və qurumlarla birlikdə əhalinin, idarə və müəssisələrin rabitə xidmətlərinə olan tələbatının ödənilməsini təhlil edərək müvafiq təkliflər vermək;

 

3.0.40.

müvafiq sahənin əsas texniki-iqtisadi göstəricilərini təhlil edərək sahənin inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər vermək;

 

3.0.41.

müvafiq sahə üzrə göstəricilərin dünya ölkələri ilə müqayisəli təhlillərini aparmaq və göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar təkliflər vermək;

 

3.0.42.

Nazirliyin fəaliyyəti haqqında aylıq, rüblük, illik statistik hesabatları tərtib etmək, müəyyən edilmiş müddətlərdə statistika orqanlarına təqdim edilməsini təmin etmək;

 

3.0.43.

statistik hesabat formalarının təkmilləşdirilməsi ilə əlaqədar aidiyyəti şöbələr və qurumlarla birlikdə təkliflər vermək;

 

3.0.44.

hər hesabat dövrünün yekunları ilə əlaqədar Nazirlikdə keçirilən kollegiya iclaslarının (müşavirələrin) materiallarını Nazirliyin aparatının struktur bölmələrinin və qurumlarının məlumatları əsasında hazırlayaraq rəhbərliyə təqdim etmək;

 

3.0.45.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramları, strateji yol xəritələri və tədbirlər planları üzrə şöbəyə aid olan tədbirlərin icrası ilə əlaqədar hesabatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim etmək;

 

3.0.46.

qurumların özəlləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak etmək;

 

3.0.47.

qurumlarda proqnozlaşdırmanın vəziyyətinə, maliyyə-təsərrüfat fəaliyyətinin və uçotun təşkilinə və əməyin ödənişi qaydalarına nəzarət edilməsi məqsədilə yerlərdə araşdırmalar aparmaq və praktiki köməkliklər göstərmək;

 

3.0.48.

Nazirliyin illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında iştirak etmək;

 

3.0.49.

müvafiq sahə normativ-hüquqi aktların və müxtəlif normativ sənədlərin hazırlanmasında iştirak etmək;

 

3.0.50.

müvafiq sahə üzrə islahatların aparılmasında iştirak etmək;

 

3.0.51.

şöbəyə daxil olan normativ hüquqi sənədlərin layihələrinə dair rəy və təkliflər hazırlamaq;

 

3.0.52.

şöbəyə daxil olan ərizə və şikayətləri araşdıraraq cavablandırılmasını təmin etmək;

 

3.0.53.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4.

Şöbənin hüquqları

 

4.0.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

4.0.1.

səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti dövlət orqanlarına təkliflər vermək;

 

4.0.2.

Nazirliyin maliyyə, iqtisadiyyat, uçot, investisiya siyasətinin formalaşdırılmasına dair təkliflər vermək və həyata keçirilməsi üzrə aidiyyəti üzrə tədbirlər görmək;

 

4.0.4.

sosial-iqtisadi inkişaf proqnozlarının, gəlirlər və xərclər smetalarının icrasına nəzarət etmək, proqnozlardan kənarlaşmaların aradan qaldırılması, eləcə də satınalmaların planlaşdırılması və keçirilməsinə nəzarət etmək üçün qurumlara təklif və tövsiyələr vermək və bu barədə rəhbərlik qarşısında məsələ qaldırmaq;

 

4.0.4.

şöbənin fəaliyyət istiqamətləri üzrə qurumlar tərəfindən hazırlanmış sənəd layihələrinə (saziş, müqavilə, arayış, sorğu, və s.) dair rəy və təkliflər vermək;

 

4.0.5.

fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, maliyyə, uçot və digər uyğun sahələrdə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

 

4.0.6.

bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində nazirliyin qurumlarına müvafiq sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

 

4.0.7.

şöbənin funksiyalarına aid məsələlər üzrə keçirilən müzakirələrdə, qanunvericiliyin tələblərini nəzərə almaqla Nazirlikdə və qurumlarda yaradılan komissiyaların, işçi qurupların, məşvərətçi və əlaqələndirici orqanların işində iştirak etmək;

 

4.0.8.

qurumlara, habelə səlahiyyətləri daxilində digər aidiyyəti təşkilatlara müraciətlər hazırlamaq;

 

4.0.9.

fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.

Şöbənin fəaliyyətinin təşkili

 

5.1.

Şöbənin strukturu və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq edilir.

 

5.2.

Şöbənin strukturuna Maliyyə və satınalma sektoru, Mühasibatlıq sektoru və İqtisadi təhlil və statistika sektoru daxildir. Sektorlar bu Əsasnamə ilə şöbəyə həvalə edilmiş vəzifələrin aidiyyəti üzrə icrasını təmin edirlər.

 

5.3.

Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.

 

5.4.

Şöbə müdiri şöbənin işinin təşkili, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.5.

Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

 

5.6.

Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.7.

Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini həyata keçirir.

 

5.8.

Maliyyə və satınalma sektoru, Mühasibatlıq sektoru və İqtisadi təhlil və statistika sektoruna nazir tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sektor müdirləri rəhbərlik edir.

 

5.9.

Şöbənin digər işçiləri nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

 

5.10.

Şöbə müdiri:

 

5.10.1.

şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

 

5.10.2.

şöbənin strukturuna daxil olan sektorlar və işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir və şöbə işçilərinin vəzifə təlimatlarının hazırlanmasını təmin edir;

 

5.10.3.

şöbə işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, əmək və icra intizamına nəzarət edir;

 

5.10.4.

şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirir və icrası barədə Nazirliyin rəhbərliyinə hesabat verir;

 

5.10.5.

şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

 

5.10.6.

şöbə tərəfindən bu Əsasnamənin 1.3-cü bəndində göstərilən hüquqi aktlarda, Nazirliyin kollegiya qərarlarında və təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

 

5.10.7.

şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.10.8.

şöbənin yüksəkixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi üçün işçilərin peşə hazırlığının yüksəldilməsi və ixtisaslarının artırılması məqsədilə kurslarda, təlimlərdə iştirakı barədə, işçilərin işə təyin olunması haqqında Nazirliyin rəhbərliyinə təkliflər verir;

 

5.10.9.

şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının struktur bölmələrindən və qurumlarından zəruri sənədləri və məlumatları alır;

 

5.10.10.

şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılmasını və onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

 

5.10.11.

şöbədə kargüzarlıq işinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmasını təmin edir;

 

5.10.12. 

şöbədə məxfilik rejimini təmin edir və şöbənin fəaliyyətində dövlət sirlərinin qorunması tədbirlərinin təmin edilməsinə görə cavabdehlik daşıyır;

 

5.10.13.

şöbənin fəaliyyətini Nazirliyin aparatının struktur bölmələri və qurumlarla əlaqələndirir;

 

5.10.14.

səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

 

5.10.15.

şöbənin müvafiq hesabatlarını təsdiq edir;

 

5.10.16.

xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

 

5.10.17.

Nazirliyin aparatının işçilərinə əməkhaqqının, ezamiyyə xərclərinin və müavinətlərin verilməsi, Nazirliyin fəaliyyətinin müəyyənləşdirilməsi məqsədilə pul vəsaitlərinin banklardan alınması və təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlər görür;

 

5.10.18.

maliyyə, iqtisadiyyat, uçot və investisiya sahəsində kadrların seçilməsi, düzgün yerləşdirilməsi və işdən azad olunmasına dair təkliflər verir;

 

5.10.19.

zəruri hallarda Nazirlikdə keçirilən kollegiya iclaslarında, aidiyyəti müşavirələrdə və yığıncaqlarda və elmi-texniki şuranın iclaslarında iştirak edir;

 

5.10.20.

şöbənin fəaliyyəti ilə bağlı Nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

 

5.10.21.

Nazirliyin rəhbərliyinin tapşırığı ilə ali hakimiyyət orqanlarında, digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və dövlət orqanlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir və Nazirliyin maraqlarını müdafiə edir;

 

5.10.22.

şöbəni təmsil edir.

 

5.11.

Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

5.12

Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyırlar.