Telekommunikasiya

“Aztelekom” MMC-nin sabit telefon şəbəkəsi

Kommutasiya şəbəkəsi 1417 məntəqədə quraşdırılmış EATS-lərdən və 30 CDMA simsiz telefon şəbəkəsinin ATS-lərindən ibarətdir. “Aztelekom” MMC-nin 2017-ci il nəticələrinə əsasən, abunəçilərdən 321800 nəfərə yaxını genişzolaqlı internet istifadəçisidir. İnternet xidməti həm “Aztelekom.net” provayderi, həm də özəl ISP-lər tərəfindən göstərilir. “Aztelekom”un EATS-lərinin ümumi tutumları 842 000 nömrə təşkil edir. Bundan 250 000 nömrə tutumu ən müasir multimedia xidmətlərini dəstəkləyən NGN avadanlıqlarının payına düşür. Stansiyalararası birləşdirici xətlərin 99,9%-i optik kabellərlə təşkil edilmişdir.

 

"Bakı Telefon Rabitəsi" MMC-nin sabit telefon şəbəkəsi:

 

“Baktelekom” şəbəkəsində mövcud olan 222 ədəd böyük və kiçik tutumlu ATS-in 40 ədədi vasitəsilə  Xətai Telefon Qovşağı Nəsimi, Nərimanov, Binəqədi, Səbail və Xətai rayonları ərazisində, 46 ədədi vasitəsilə Yasamal Telefon Qovşağı Nəsimi, Binəqədi, Yasamal və Səbail rayonları ərazisində, 29 ədədi vasitəsilə Nizami Telefon Qovşağı Nizami, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində, 44 ədədi vasitəsilə Sabunçu Telefon Qovşağı Sabunçu və Suraxanı rayonları ərazisində, 36 ədədi vasitəsilə Xəzər Telefon Qovşağı Xəzər və Pirallahı rayonları ərazisində, 20 ədədi vasitəsilə Qaradağ Telefon Qovşağı Qaradağ rayonu ərazisində, 5 ədədi ilə “AzEvroTel” MMC Səbail, Yasamal, Nəsimi rayonlarının ərazisində yuxarıda qeyd olunmuş müxtəlif rabitə və digər telekommunikasiya xidmətləri təşkil edir.

 

Birliyin şəbəkəsində mövcud olan 222 ədəd ATS-dən 2 ədədi Bakı və Abşeron rayonunda (Rouminq ilə respublika ərazisində) simsiz telefon və qalan 220 ədədi isə simli telefon xidməti göstərir.

 

“Baktelekom” şəbəkəsi ATS-lərində quraşdırılmış telefon nömrə tutumu  807104 ədəd nömrə təşkil edir və bütün ATS-lər elektron tiplidir. Şəbəkədə quraşdırılmış tutumların 628878 nömrəsi və ya 80,4 faizi abunəçilərin istifadəsinə verilmişdir.

 

Şəbəkə  ATS-lərində  quraşdırılmış tutumların  503308 nömrə (62,4%) müasir NGN, 97762 nömrə (12,1%) C&C 08, 111064 nömrə (14,2%) S-12, 71030 nömrə (9 %)  DMS, 2184 nömrə (0,3%) DRX, 636 nömrə (0,07%) Karel və 20000 nömrə (2,4 %) CDMA tipli avadanlıqlar təşkil edir. 

 

“Baktelekom”  şəbəkəsinin stansiyalararası bağlantıları 100 faiz optik səviyyədə təşkil olunmuş, böyük tutumlu stansiyalararası rabitənin alternativliyi 100 faizə, digər stansiyalar üzrə isə  90 faizə çatdırılmışdır. Şəbəkədə stansiyalararası optik kabellərin uzunluğu 1456,3 km təşkil edir. Birliyin şəbəkəsində nömrələrin abunəçilərə paylanması 1516 ədəd paylayıcı şkaf vasitəsilə həyata keçirilir. 

 

Xidmətlərin istifadəçilərə yaxınlaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə “FTTx” layihəsi çərçivəsində “Baktelekom” şəbəkəsində optik qoşulmanı dəstəkləyən 31 ədəd SMART-AX tipli multiservis ATS-lər quraşdırılmış və bu işlərin həyata keçirilməsi davam etdirilir.

 

"Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsi vasitəsilə abunəçilərə “Bakinternet” və digər İSP-lər tərəfindən genişzolaqlı sürətli internet xidmətləri göstərilir. Hazırda şəbəkəyə qoşulan abunəçilərdən 264867 ədədi genişzolaqlı xətlər vasitəsilə internet xidmətlərindən (o cümlədən BTR MMC  212407 ədəd, digər İSP-lər 52460 ədəd) istifadə edir. İnternet xidmətlərdən istifadəyə olan tələbata uyğun olaraq BTR MMC şəbəkəsinin ATS-lərində ADSL portlarının tutumu 350953 ədədə çatdırılmışdır. Bu portların 190800 ədədi və ya 60,6 faizi BTRİB, 123972 ədədi və ya 39,4 faizi digər İSP-lər tərəfindən quraşdırılmışdır. Mövcud vəziyyətdə BTR MMC şəbəkəsi telefonlarının 40,6 faizinin xətləri üzərindən genişzolaqlı sürətli internet xidmətləri göstərilir.

 

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R