Mərkəzləşmiş Avtomatik Radiomonitorinq sistemi

Mövcud radiomonitorinq sistemi

Azərbaycan Respublikası ərazisində mülki məqsədlər üçün nəzərdə tutulan ümumi tezlik spektrinə nəzarətin həyata keçirilməsi, radio-elektron vasitələrin maneəsiz işləməsi üçün onların tezlik daşıyıcılarının tənzimlənməsi və nəzarəti həyata keçirilir. Dövlət Radiotezliklər İdarəsi ilk olaraq 1968-ci ildən formalaşmağa başlayıb. Hazırda respublika üzrə radiomonitorinq işlərinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhərində 5, regionlarda 5 regional və 4 köməkçi efirə radionəzarət məntəqələri və 8 ədəd mobil stansiya, həmçinin portativ tipli müxtəlif analizatorlardan təşkil olunmuş radiomonitorinq sistemi fəaliyyət göstərir. Mövcud radiomonitorinq sistemi Bakı şəhəri və Abşeron yarımadasında 40 QHs-yə qədər tezlik diapazonunda işləyən REV-in monitorinqinin aparılmasına imkan verir.


 
Mərkəzləşmiş Avtomatik Radiomonitorinq sistemi

 

Lakin bölgələrdə olan mövcud radiomonitorinq sisteminin imkanları 3 QHs-dən yuxarı tezlikli radiosiqnalların qəbulu, geniş tezlik zolaqlı radiosiqnalların analizi, stasionar və mobil radiomonitorinq məntəqələrinin bir mərkəzdən avtomatik idarə olunması, efirə qeyri-qanuni çıxan tezlik siqnallarının avtomatik olaraq aşkarlanması, onların yerinin avtomatik təyin olunması üçün yetərli deyildir.

 

Layihənin məqsədi

 

Yeni beynəlxalq standartlara və tövsiyələrə cavab verən radiomonitorinq stansiyalarının bölgələrdə qurulması və Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq sisteminə inteqrasiya edilməsində məqsəd aşağıdakılardan ibarətdir:

  • Respublikada mülki məqsədlər üçün nəzərdə tutulan ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsi, yüksəktezlikli (3 QHs-dən yuxarı) radiosiqnalların qəbulu;
  • Geniş tezlik zolaqlı siqnalların analizi;
  • Radiomonitorinq sisteminin tərkib hissələri olan stasionar və mobil monitorinq stansiyalarının vahid bir mərkəzdən avtomatik idarə olunması;
  • Efirdə qeyri-qanuni yayımlanan tezlik siqnallarının avtomatik olaraq aşkarlanması;
  • Tezlik şüalandırıcı vasitələrin yerinin çevik və avtomatik olaraq təyin olunması;
  • Respublikada geostasionar orbitə buraxılması planlaşdırılan yeni telekommunikasiya peyklərindən və digər ölkələrə məxsus peyklərdən yayımlanan radio-televiziya və peyk rabitə kanallarının, aşağı orbital mövqelərdə yerləşən və yerin məsafədən tədqiqi, zondlanması üçün nəzərdə tutulan peyklərdən (DZZ peykləri) ötürülən peyk rabitə kanallarının texniki parametrlərinin analizi;
  • Qonşu dövlətlərdən respublika ərazisinə yayımlanan tezlik siqnallarının vaxtında aşkarlanması və analizi.

 

Gözlənilən nəticələr 

  • Radiomonitorinq sisteminin avtomatlaşdırılması;
  • Təbii məhdud resurs olan tezlik spektrindən səmərəli istifadə;
  • Radiomonitorinqin funksional və texniki imkanlarının genişləndirilməsi;
  • Radiotezlik resurslarının istifadəsinin real vəziyyətinin qiymətləndirilməsi;
  • Radiotezlik resurslarından istifadəyə görə ödənişlərin qeydiyyatının və nəzarətin avtomatikliyinin təmin olunması;
  • Mübahisəli məsələlərin həllində radiomonitorinqin nəticələrinin əsas götürülməsi;
  • Əl əməyinin və səhvlərin azaldılması;
  • Çeviklik və vaxta qənaət;
  • Ölkənin informasiya təhlükəsizliyinin qorunması.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R