
Radiotezliklərin idarə edilməsi
Radiotezliklərin idarə edilməsi məqsədilə Azərbaycan Prezidentinin 15 avqust 1996-cı il tarixli fərmanına əsasən ölkədə Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası (RTDK) yaradılmışdır.
Nazirlər Kabinetinin 1 fevral 2007-ci il tarixli “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 22 saylı Qərarının 1.3 bəndinə uyğun olaraq radiotezlik zolaqları RTDK tərəfindən ayrılır. Komissiyanın qərarına əsasən mülki məqsədlər üçün istifadə olunan tezlik nominalları tezlik zolaqlarının ayrılması cədvəlində “birgə istifadə üçün” qeydi olan tezlik zolaqlarına ayrılır. Mülki məqsədlər üçün Komissiya tərəfindən ayrılan tezlik zolaqlarında tezlik nominallarının uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrinin qeydiyyatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən həyata keçirilir. Bu məqsədlə fəaliyyəti həyata keçirmək üçün DRİ-nin əsas vəzifələrinə aşağıdakılar aiddir: