Data Mərkəzi

Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzidir.

 

Data Mərkəzi 2016-cı ilin dekabr ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  “AzInTelecom” MMC tərəfindən istismara verilib.

 

Data Mərkəzi Almaniyanın beynəlxalq səviyyəli şirkəti tərəfindən inşa edilmiş və “Uptime Institute”nun test sınaqlarından uğurla keçərək TIER III beynəlxalq sertifikatına, həmçinin ISO-20000 və ISO 27001 İnformasiya təhlükəsizliyi standartlarına layiq görülüb.

 

TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir.

 

99,982% etibarlılıq səviyyəsi təmin olunan Data Mərkəzimizdə il ərzində cəmi yolverilən boşdayanma 1,6 saat təşkil edir.

 

Hesablama

Təklif edilən fərdiləşdirilmiş həllər minimum giriş xərcləri ödəməklə müştərinin konkret ehtiyaclarına cavab verməyə və ehtiyac yarandıqca infrastruktur əldə etməyə imkan verir. Bu o deməkdir ki, müştəri CPU, HDD, RAM parametrlərini öz istəyinə əsasən seçməklə ayrılmış resurslar əldə edə bilər. Təklif etdiyimiz “Artıma uyğun ödə” modelinin rahatlığı ondadır ki, müştərinin ilkin infrastruktur sorğusunu sonradan rahatlıqla artırmaq mümkündür.

 

Yaddaş

Məlumatlar etibarlı yerdə saxlanılır. Fərdiləşdirilmiş həllər konkret ehtiyaclara cavab verir və tələbat yarandıqca əlavə tutum əldə etmək imkanı mövcuddur. Məlumatlara müxtəlif məkanlardan rahat çıxış imkanı var.

 

Şəbəkə

“Paylanmış xidmətdən imtina hücumları”ndan (“DDoS”) mühafizə xidməti ilə İT infrastrukturunun təhlükəsizliyi təmin edilir. Bununla da, müştərilər hakerlər, viruslar və digər təhdidlərə qarşı çoxşaxəli təhlükəsizlik əldə edir. Habelə təklif edilən Yüklənmənin Tarazlaşdırılması (load balancing) xidməti müştərinin şəbəkədən istifadəsini optimallaşdıracaq. Bundan əlavə, dünyanın istənilən nöqtəsindən VPN şəbəkəsinin qurulması, VPN (İPsec), İPv4 və İPv6, eləcə də ayrılmış xətt xidməti  göstərilir.

 

Yerləşdirmə

Müştərilərin avadanlıqları daimi işləyən soyutma sistemlərinə, təhlükəsizlik və kommunikasiya kanallarına çıxış ilə təmin edilir. Bu xidmətdən faydalanmaqla müştərilər enerji, texniki xidmət, serverlərin idarəolunması kimi xərclərdən azad olur.

 

Data Mərkəzindəki serverlərə 24 saat, həftənin 7 günü ərzində fasiləsiz nəzarət olunur.

 

Sahəsi 700 m2-dən çox olan və tələblərə tam cavab verəcək sayda server dayaqlarına malik Data Mərkəzində verilənlərin yüksək sürətlə ötürülməsi həyata keçirilir.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R