Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi

2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya etmişdir (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna).

 

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir).

 

Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulur:

  • Qafqaz – Fars körfəzi;
  • Mərkəzi Asiya – Fars körfəzi;
  • Xəzər dənizi – İran İslam Respublikası – Fars körfəzi.

 

Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi:

 

birinci mərhələdə - 3 milyon ton;

ikinci mərhələdə - 5-8 milyon ton;

üçüncü mərhələdə - 15 milyon ton.

 

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçirilir:

 

- Astara (AR) - Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər olan 8,3 km yeni yol,  Astaraçay üzərindəki körpü və İran ərazisindəki 1,4 km yolun tikintisi tamamlanıb;

 

- Bu dəhlizin Qəzvin-Rəşt (175 km) hissəsinin tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır;

 

- Samur çayı üzərindən Samur (Azərbaycan) – Yaraq Qazmalar (Rusiya) avtomobil körpüsünün inşası.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R