• Bakı ş. AZ1000, Üzeyir Hacıbəyov küçəsi 36.
  • Tel: (+99412) 493 56 00
  • www.azerpost.az

"Azərpoçt" MMC

"Azərpoçt" Dövlət Müəssisəsi (DM) Azərbaycan Respublikası Rabitə Nazirliyinin 23 sentyabr 1999-cu il tarixli 151 saylı "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" əmri ilə yaradılmışdır. Müəssisə, "Azərpoçt" İstehsalat Birliyinin bazasında yaradılımış və onun hüquqi varisidir. RİTN-nin 31 avqust 2009-cu il tarixli 145 №-li əmri ilə “Azərpoçt” DM-nin təşkilatı-hüquq formasının dəyişdirilərək “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilmişdir.

“Azərpoçt” MMC-nin nizamnaməsi 15 sentyabr 2009-cu il tarixində Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 9900037711 saylı nömrəsi ilə qeydiyyatdan keçmişdir.

 

Xidmətlər:

ənənəvi poçt xidmətləri

 

qeyri-ənənəvi xidmətlər (bank, sığorta və s.)

 

maliyyə xidmətləri - elektron ödənişlər (təqaüdlər, sosial müavinətlər, pul köçürmələr və s.), ödənişlərin toplanması (kommunal xidmətlər üçün ödənişlər, vergilər), depozitlər (müddətsiz və müddətli), digər əmanət xidmətlərinin satışı, mövcud pul köçürmələri sisteminin təkmilləşdirilməsi, debit kartlarının emissiyası (müştərilərin depozitləri əsasında) və s.;

 

elektron hökumət xidmətləri - yerli və mərkəzi idarəetmə orqanları tərəfindən müxtəlif sertifikatların, biznes və şəxsi sənədlərin verilməsi, yerli və mərkəzi idarəetmə orqanlarına vergilərin, rüsumların və digər haqların ödənilməsi;

 

elektron biznes xidmətləri - elektron ticərət, kiber-poçt və e-mail ünvanlarının açılması xidməti, internet şəbəkəsinə, məlumatlara və elektron bazalara çıxış.