• Bakı şəhəri, AZ 1000, Üzeyir Hacıbəyov küç. 48
  • 155
  • (+99412) 493 77 88
  • contactus@baktelecom.az
  • www.baktelecom.az

"Bakı Telefon Rabitəsi" MMC

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) öz fəaliyyətinə 1997-ci ildən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin normativ sənədlərinə, Azərbaycan Respublikasının rabitə haqqında və müəssisələr haqqında qüvvədə olan qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 1997-ci il 10 mart tarixində qeydiyyata alınmış 1849 saylı Nizamnaməyə uyğun olaraq başlamışdır. 2001-ci il may ayının 10-da Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb. 2017-ci ilin 19 iyul tarixində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi yenidən təşkil olundu və adını dəyişərək “Bakı Telefon Rabitəsi” MMC-yə çevrildiyini elan etdi.

 

Xidmətlər:

Hazırda BTR MMC şəbəkəsi NGN tipli müasir texnologiyalı ATS-lərlə təchiz olunmuşdur. BTR MMC şəhəri ərazisində dövlət, hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, videotelefon, internet, DATA, NGN xidmətləri, İP-TV, yüksək keyfiyyətli multimediya, CDMA və radio səsgücləndirici xidmətləri göstərir.