• Bakı şəhəri, AZ1073, İnşaatçılar pr., 4 İnşaatçılar prospekti 6
  • (+99412) 538 39 16
  • (+99412) 538 39 17
  • info@mntm.az
  • www.mntm.az

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC

Nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi zərurətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidentinın 8 may 2014-cü il Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Nazirlər Kabinetinin 3 dekabr 2014-cü il tarixli qərarı ilə Mərkəzin Nizamnaməsi təsdiqlənmişdir. 

 

Fəaliyyət istiqamətləri:

 

nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə inkişaf etdirilməsi və ondan istifadənin təmin olunması;

 

nüvə elmləri və nüvə texnologiyaları sahəsində elmi tədqiqatların genişləndirilməsi, o cümlədən Azərbaycan Respublikasının maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin müəyyənləşdirilməsi və bu istiqamətlərdə fundamental və praktiki tədqiqatların aparılması;

 

nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, tədqiqat nüvə reaktoru da daxil olmaqla, Cəmiyyətin milli və beynəlxalq norma və standartlara uyğun elmi-təcrübi və texniki bazasının yaradılması və inkişaf etdirilməsi;

 

nüvə elmləri və nüvə texnologiyaları sahəsinin yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi, Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun kadrların hazırlanması və ixtisaslarının artırılması;

 

Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, xarici ölkələrin müvafiq qurumları ilə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;

 

nüvə texnologiyaları, nüvə elmləri, o cümlədən yüksək enerji fizikası sahəsində Avropa Nüvə Tədqiqatları Mərkəzi və digər beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi və elmi-texniki proqramlarda, təcrübə və tədqiqatlarda iştirak edilməsi;

 

Azərbaycan Respublikasının ərazisində nüvə xammal ehtiyatlarının axtarışı və potensiallarının qiymətləndirilməsi;

 

Sterilizasiya məqsədli “Qamma Şüalanma Kompleksi”nin imkanlarının genişləndirilməsi, tibb, kənd təsərrüfatı, sənaye və digər sahələrdə istifadə olunan materialların radiasiya üsulu ilə işlənilməsi;

 

Azərbaycan Respublikasında aparılan nüvə və radiasiya təhlükəsizliyi üzrə layihə və dövlət proqramlarında, nüvə energetikasının tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi və bu sahədə həyata keçirilən tədbirlərə elmi-metodiki dəstəyin göstərilməsi.