• Bakı şəhəri, AZ1108, Ziya Bünyadov prospekti 39C
  • (+99412) 562-84-25 / 27
  • telim_tedris@danx.gov.az

“Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC

“Nəqliyyat Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsası 1933-cü ilin əvvəllərində qoyulub. “Transenerqokadrı” İdarəsi adı ilə fəaliyyətə başlayıb, əsasən “Azneft”in müəssisələri üçün nəqliyyat və enerji kadrlarının hazırlanması ilə məşğul olub.

 

1939-cu ildə Avtomobil Nəqliyyatı Nazirliyi yaradıldıqda isə “Avtotranskadrı” İdarəsi adı ilə nazirliyin tərkibinə daxil olub. 1984-cü ildən 2017-ci ilin əvvəlinə qədər Tədris-Kurs Kombinatı adı ilə fəaliyyət göstərib. Hazırda “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC olaraq fəaliyyətini davam etdirir.      

 

Cəmiyyətin əsas məqsədi nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədrisin, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalar həyata keçirən sürücülərə və daşıma fəaliyyəti ilə əlaqədar məsul şəxslərə, nəqliyyat vasitələrinin təmiri və istismarı, həmçinin daşımaların təhlükəsizliyinin təmin olunması ilə bağlı işçilərə qanunvericilik və digər normativ hüquqi aktlar ilə nəzərdə tutulan xüsusi hazırlığın təşkilindən və həyata keçirilməsindən, habelə daşımaların səmərəliliyi və təhlükəsizliyi üzrə qanunvericiliyə uyğun xidmətlər göstərilməsindən ibarətdir.