• Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5
  • (+99412) 566 57 19
  • (+99412) 514 21 18
  • common.dept@danx.gov.az
  • www.danx.gov.az

Dövlət Avtomobil Nəqliyyatı Xidməti

Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

    

 

Fəaliyyət istiqamətləri:

 

Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir, avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür, qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinə aşağıdakılar daxildir:

 

 

Sumqayıt Regional Şöbəsi,

Gəncə Regional Şöbəsi,

Tovuz Regional Şöbəsi,

Yevlax Regional Şöbəsi,

Şirvan Regional Şöbəsi,

Göyçay Regional Şöbəsi,

Şəki Regional Şöbəsi,

Quba Regional Şöbəsi,

Lənkəran Regional Şöbəsi.

 

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyindəki qurumlar aşağıdakılardır:

 

 

 “Avtomobil  Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC,

“1 saylı  Gəncə Regional Nəqliyyat” MMC,

“2 saylı Quba Regional Nəqliyyat”  MMC,

“3 saylı Şirvan Regional Nəqliyyat” MMC,

“4 saylı Lənkəran Regional Nəqliyyat” MMC,

“5 saylı Yevlax Regional Nəqliyyat” MMC,

“6 saylı Şəki Regional Nəqliyyat” MMC,

“7 saylı Göyçay Regional Nəqliyyat” MMC,

“8 saylı Sumqayıt Regional Nəqliyyat” MMC,

“9 saylı Ucar Regional Nəqliyyat” MMC,

“10 saylı Şəmkir Regional Nəqliyyat” MMC,

“11 saylı Tovuz Regional Nəqliyyat” MMC,

“12 saylı Beyləqan Regional Nəqliyyat” MMC,

“13 saylı Cəlilabad Regional Nəqliyyat” MMC,

“14 saylı Şamaxı Regional Nəqliyyat” MMC,

“15 saylı Mingəçevir Regional Nəqliyyat” MMC,

 “Nəqliyyat-Servis” MMC,

Təlim-Tədris Mərkəzi,

“Bakı Taksi Xidməti” MMC və

Respublika Texniki İdman Klubu.