• Bakı ş. Üzeyir Hacıbəyov küçəsi, 72 AZ1010
  • +(99412) 599 00 03
  • office@portofbaku.com
  • www.portofbaku.com

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı

2015-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. Hal-hazırda Bakı Limanı Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı olmaq istiqamətində irəliləyir. Ələtdə Yeni Bakı Limanının tikintisi işləri davam etməkdədir. Birinci mərhələnin tamamlanması ilə Yeni Ələt Limanının ümumi yükaşırma imkanı artaraq 10-11.5 milyon tona qədər yük və 40,000–50,000 TEU-ya qədər konteyner olacaq. İkinci və üçüncü mərhələ üzrə tikinti işlərinə başlanılması barədə qərarın verilməsi mövcud yük həcmlərindən asılıdır. Ümumilikdə, bu növbəti mərhələlər genişləndirmə işlərinə özəl şirkətin investisiya qoyduğu, tikdiyi və istismar etdiyi İÖƏ (ictimai-özəl əməkdaşlıq) və ya (Tik-İşlət-Ötür) əməkdaşlıq modelinə uyğundur. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni limanın 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşıracağı planlaşdırılır. 

 

Üç mərhələ üçün proqnozlar aşağıdakı kimidir:

Birinci mərhələ: 10-11.5 milyon ton yük + 40,000-50,000 TEU konteyner;

İkinci mərhələ: 17 milyon ton yük + 150,000 TEU konteyner;

Üçüncü mərhələ: 21-25 milyon ton yük + 1 milyon TEU-ya qədər konteyner.

 

17 mart 2016-cı ildə cənab Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Xidmətlər:

 

  • Rəqabətli anbar qiymət dərəcələri və işləmə xidmətləri təklif edərək malların saxlanması və paylanması üçün liman əməliyyatlarının tranzit imkanlarının genişləndirilməsi.
  • Nəzərdə tutulan yük ilə iş bacarıqlarının inkişaf etdirilməsi
  • Kommersiya, işləmə xidmətləri, yük avtomobilləri ilə daşıma və saxlama kimi, yük əməliyyatlarının bütün aspektlərini əhatə edəcək “bir pəncərə” xidməti.