• Bakı şəhəri, AZ 1012, Şərifzadə küçəsi 241
  • (012) 505 01 13, (077) 505 01 13
  • info@e-training.az
  • www.e-training.az

"Elektron Hökumət Təlim Tədris Mərkəzi" MMC

 
Əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 saylı Qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" MMC yaradılmışdır.

 

Mərkəzin əsas binası Bakı şəhərində yerləşir, o cümlədən ölkə üzrə 15 regionda cəmi 17 mərkəz (Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar və Şəki) fəaliyyət göstərir. Onlayn Təhsil Portalı (www.e-training.az) vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant təlimlər keçirilir.

 

Mərkəz “Cisco Network Academy” və “CompTIA Academy” beynəlxalq statuslarına malikdir. Mərkəzdə HD multimedia studiyası, “Cisco” şəbəkə akademiyasının laboratoriyası, “Microsoft” sistem inzibatçılığı, qrafika və dizayn üzrə kompüter laboratoriyaları fəaliyyət göstərir.

 

Xidmətlər:

 

  • İnformasiya Texnologiyaları üzrə təlimlər
    • Ofis proqramlarının peşəkar istifadəsi
    • Sistem və şəbəkə inzibatçılığı
    • Kompüter qrafikası və dizaynı
    • Proqramlaşdırma və kodlaşdırma
    • İnformasiya təhlükəsizliyi

 

  • Elektron idarəçilik və “Elektron hökumət” üzrə fəaliyyət
    • "Elektron hökumət” həllərinin tətbiqinə, “Elektron hökumət” xidmətlərinin təkmilləşdirilməsinə dəstək verilməsi
    • Ümumi rəqəmli hazırlıq üzrə təlimlərin təşkili
    • “Elektron hökumət” həllərindən və elektron imzadan istifadə üzrə təlimlər
    • İnformasiya cəmiyyəti, “elektron hökumət” və elektron idarəçilik sahəsi üzrə təlim-tədris işləri ilə məşğul olan təşkilatlar və şəxslər ilə qarşılıqlı əməkdaşlıq qurulması və təbliğat xarakterli layihələrin həyata keçirilməsi
       
  • Korporativ münasibətlər üzrə təlimlər
    • Layihələrin idarəedilməsi
    • Korporativ keyfiyyətə nəzarət
    • Maliyyə və vergi sahəsi üzrə təlimlər

 

  • İnsan resurslarının davamlı inkişafı üzrə təlimlər
    • Yumşaq vərdişlər
    • Xarici dil təlimləri
       
  • Multimedia xidmətləri:
    • Audio, video, multimedia işinin təşkili və idarə olunması
    • Elektron dərsliklərin və video materialların hazırlanması