• Bakı şəhəri, Binəqədi ray., Fatmayı bağlar massivi, 4 №-li torpaq sahəsi
  • (+99412) 340 23 25
  • (+99412) 340 23 25
  • rabiteci_ist@mail.ru

"Rabitəçi" İstirahət Bazası

Bakı şəhər Sovetinin 5/71 saylı 17 sentyabr 1971-ci il tarixli Qərarı ilə Azərbaycan SSR  Rabitə Nazirliyinin “Bakı Beynəlxalq şəhərlərarası telefon stansiyası”na 300 yerlik pansionat tikintisi üçün torpaq sahəsi ayrılıb.

 

“Rabitəçi” İstirahət Bazası 1993-cü  ildən istifadəyə verilib. İstirahət bazasının ümumi sahəsi 4,89 h, çarpayı sayı  100-110 ədəddir. İstirahət bazasında dincələnlər üçün 20 ədəd 1 mərtəbəli koteji olan 7 ədəd yataq korpusu və 3 ədəd 2 mərtəbəli koteji var. Hər kotejdə balkonları olan 2 yataq otağı, mətbəxi və sanitariya qovşağı var.

 

Bütün kotejlər müasir tipdə təmir olunub və bütün məişət avadanlıqları ilə təmin edilib.

 

İstirahət Bazasında 1 ədəd 250 yerli və 1 ədəd 40 yerli  yeməkxana zalları olan yeməkxana bloku var.

 

Yeməkxana bloku müasir tipdə təmir edilərək,  müasir tipli məişət və texniki avadanlıqlarla təchiz edilib.

 

İstirahət bazasında dincələnlərin sağlamlıqlarına nəzarət, onlara lazımi tibbi yardım etmək və bir çox xroniki xəstəliklərin  müalicəsi üçün  müasir tipli tibb şöbəsi fəaliyyət göstərir. Tibb  şöbəsi lazımi tibbi avadanlıqlarla və dərman preparatları ilə təmin edilir.

 

Bundan başqa, İstirahət Bazasında trenajor zalı, tennis və bilyard zalı, örtülü idman zalı, açıq havada olan 1 ədəd idman meydançası, uşaqların əyləncəsi üçün uşaq meydançası fəaliyyət göstərir.

 

Xidmətlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  idarə və müəssisələrinin  işçilərinin və onların ailə üzvlərinin istirahətinin təşkili və profilaktik müalicəsi.

 

Hər il yay mövsümündə  istirahət bazasında dincələnlərin sayı 450-550 nəfər təşkil edir.

 

Bir nəfərin 10 günlük istirahəti 425,00 (dörd yüz iyirmi beş) manat təşkil edir.

 

İstirahət paketinə daxildir:

Kotejlərdə yaşamaq

gündə 3 dəfə qidalanma

çimərlik üçün nəqliyyatla təminat

müalicə və tibbi yardımlar

trenajor və idman zallarından istifadə.