• Bakı şəhəri, Az-1073, İnşaatçılar prospekti 2
  • (+99412) 539 35 10/11
  • (+99412) 539 35 44
  • rdcht@mincom.gov.az

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi

Texnologiyaların konvergensiyası əsrində prioritet istiqamətlərin düzgün seçilməsi yüksək texnoloji tutumlu iqtisadiyyatın qurulması və dayanıqlı inkişafının təmin edilməsində başlıca amildir.

 

Bunu nəzərə alaraq, Nazirlər Kabinetinin 23 sentyabr 2008-ci il tarixli 228 nömrəli qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nəzdində dövlət büdcəsindən maliyyələşdirilən Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılmışdır.

 

Mərkəzin məqsədi qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, ölkədə elm tutumlu sənayenin inkişafına xidmət etməkdir. 

 

Fəaliyyət istiqamətləri:

Hazırda Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində yaradılan müasir tipli laboratoriyalarda (Clean room) alınan prototip tipli məhsullar davamlı iqtisadi artımı təmin edən enerji qənaətli və ətraf mühit strategiyası əsasında sənayeləşməyə keçid mərhələsindədir. Bu isə özlüyündə əsas elmi araşdırma (Basic Research) → texnologiyanın yaradılması və inkişafı (Core Tech Research) → prototipin yaradılması (Product Development) → sənayeyə keçid (Industrialization) sxemi ilə həyata keçirilir. 

 

Mərkəzdə sonuncu nəsil zəngin laboratoriyalar qurulmuş, o cümlədən Fotometrik laboratoriya, Biokimya nanotexnoloji laboratoriya, A-CVD karbon nanotexnologiyalar laboratoriyası, Optik spektroskopiya laboratoriyası, Elektron mikroskop laboratoriyası (AFM-Atom Qüvvət Mikroskopu, SEM - Skanedici Elektron Mikroskopu).

 

Muxtəlif rəng temperaturuna və rəng ötürmə indeksinə malik işıq diodlarının (LED) rəqabətə davamlı prototipləri yaradılmış, kiçik həcimli LED istehsal (Çipdən sonrakı mərhələ) xətti qurulmuş və uğurlu pilot layihə həyata keçirilmişdir.

 

İstehsal olunan LED-lampalarını elektrik dövrəsinə qoşmaq üçün güc faktoru >0.95 olan impulslu  çeviricilər (Driver-Intelligent and isolated power supply) hazırlanmışdır. İstiliyə və güclü mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçik diametrli (5-10 nm) karbon nanoborular alınmış və polimer materiallara  tətbiqləri öyrənilir.

 

Həmçinin bir sıra istiqamətlərdə bionanotexnologiya sahəsi üzrə uğurlu tədqiqat nəticələrinə nail olunmuşdur.

 

Bu sahədə aparılan işlərin keyfiyyətinin artırılması və ən son texnologiyalar əsasında daha yüksək nəticələrin alınması üçün çip texnologiyasının qurulması nəzərdə tutulmuşdur.

 

Mərkəzdə çip texnologiyasının qurulması nəinki müxtəlif parametrli  LED çiplərinin, hətta diod lazerlərinin və  həmçinin “İkizonalı sensorların” (Dual band Image Sensor)  işlənib hazırlanmasına imkan verəcəkdir.