date icon
18.07.2019 / 17:27

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində fəaliyyət göstərən “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Qəribov Adil Abdulxalıq oğlu “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

 

Yubiley medalını Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov təqdim edib.

 

Adil Qəribov göstərilən diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib və bu etimadı doğruldacağını bildirib.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R