date icon
07.06.2019 / 16:22

Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələrinin Nəqliyyat üzrə Nazirlər Toplantısında təmsil olunub

Lüksemburqda Rumıniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı” ölkələrinin Nəqliyyat üzrə Nazirlər Toplantısı keçirilib.

 

Nazirlər Toplantısında Avropa İttifaqına üzv 28 ölkənin və “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin nəqliyyat sahəsi üzrə məsul nazirləri, o cümlədən Avropa Komissiyası və bir sıra beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Şahin İsmayılov və Xəyalə Paşazadə təmsil edib.

 

Toplantı zamanı Avropa İttifaqının Trans-Avropa Nəqliyyat Şəbəkəsinin “Şərq Tərəfdaşlığı” ölkələrinə uzadılması ilə əlaqədar qəbul olunmuş uzunmüddətli Sərmayə Fəaliyyət Planının həyata keçirilməsi üzrə atılacaq növbəti addımlara dair müzakirələr aparılıb.

 

Eyni zamanda, Avropa və Asiya qitələri arasında bağlantılar, o cümlədən yol təhlükəsizliyi ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib.

 

Tədbirin sonunda nəqliyyat sahəsində əməkdaşlığa dair məsələləri özündə ehtiva edən Birgə Bəyannamə qəbul edilib.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R